#

Bu heykəllər sizi heyrətləndirəcək

Bu heykəllər sizi heyrətləndirəcək
9 mart 2016
# 12:37

Kulis dünyanın ən təsirli heykəllərini təqdim edir:

1. “Öpüş”– Auqust Rodin. Rodin müzeyi. Paris. 1882.

Rodinin ən məşhur heykəllərindən biri olan bu heykəl XIII əsrdə yaşayan Fransesca Rimi adlı nəsil-nəcabətli bir qadının təsviridir.

Haqqında danışılan qadın ərinin qardaşına aşiq olur. Bunu öyrənən qısqanc ər həm qadını, həm də qardaşını öldürür.

2. “Proserpinanın təcavüzü”– Gian Lorenzo Bernini. Borges qalereyası. Roma. 1621-1622.

Gian Lorenzo Bernini bu əsəri təqdim edəndə hələ 23 yaşında idi. Öz əsəri ilə bağlı belə demişdi: “Mərməri fəth etdim! Onu hardasa mum kimi elastik elədim. Bu o deməkdir ki, heykəl rəsimdən heç də fərqlənmir”.

3. “Müqəddəs Teresanın ekstazı” - Gian Lorenzo Bernini. Kornaro Şapeli. Roma. 1645-1652

Bu heykəl XVI əsrdə sevilən bir ispan rahibə və katolik Müqəddəs Teresaya həsr olunub.

Müqəddəs Teresanın məktublarının birində yuxusunda “ətə-sümüyə bürünmüş bir mələyin” onun yanına gəldiyini və qızıl oxla rəhmini dəlməyindən. Heykəlin hekayəsi bu əhvalata dayanır.

4. “Örtülü Vestal”– Raffel Monti. XIX əsr.

Bu heykəl Yunan və Roma mifologiyasında önəmli yeri olan Vetsal Tanrısına özlərini həsr edən və “Vetsal bakirələri” deyə tanınan rahibələrin örtülü biçimdə təsviridir.

5. “Ölüm öpüşü”. Barselona Poblenou məzarlığı. 1930.

Bu əsərin dəqiq müəllifi məlum deyil. Ancaq Jaume Barbanın olduğu deyilir.

Məşhur rejissor İnqmar Berqman “7-ci möhür” filmini bu heykəldən ilham alaraq çəkmişdir.

6. “Ugolino və oğulları”– Con Baptist. 1857-1860.

Bu heykəl Dantenin “İlahi Komediya”sından təsirlənərək hazırlanıb. Pisanın zalım tiranı və onun uşaqlarının yüksək bir qüllədə həbs edilməsi, daha sonra isə aclıqdan ölməsindən bəhs olunur.

7. “Danaid” - Auqust Rodin. Rodin müzeyi. Paris. 1885.

Bu heykəl “Cəhənnəm qapıları” adlı daha geniş bir proyektin hissəsi olaraq Parisdə Dekorativ Tətbiqi Sənətlər muzeyi üçün layihə kimi düşünülmüşdü. Ancaq layihə baş tutmadıqda əsər yeganə çalışma olaraq qaldı.

8. “Mərmər məzar daşı” Stagliena monumental məzarlığı. Cenova. 1851.

1851-ci ildə açılan bu məzarlıq çox sayda heykəl, türbə və qəbirlə məşhurlaşıb.

9. Stagliena monumental məzarlığı. Cenova. 1851.

Demək olar, məzarlığa aid bütün heykəllər XIX əsr italyan heykəltəraş Santo Varni, Giulio Monteverde və başqaları tərəfindən hazırlanıb.

Cenova sakinləri canlıya oxşayan bu heykəllərin çoxluğu ucbatından məzarlıqda narahat olur və burdan qaçırlar.

10. “Kupidonun öpüşü ilə yenidən canlanan ruh” – Antonio Canova. Luvr. Ermitaj. 1787-1793.

Heykəldə Eşq Tanrısı Kupidonun öpüşü ilə yenidən canlanan bir insan təsvir edilir.

11. “İsmət” – Antonio Korradini. Napoli. 1752.

Bu heykəl şahzadə Raimondonun doğulmasından qısa bir zaman sonra ölən anasının xatirəsinə ithaf olunub.

12. “Yuxulayan Ariadna” - Kristina Qarsiya Rodero. Madrid. 1991.

Uzun zaman Kleopatra heykəli kimi bilinən eramızdan əvvələ aid abidə.

13. “Bazar sabahı” – Filipp Faraut. 2009.

Əsərlərinin çoxunu gil, bürünc və mərmərdən hazırlayan Filipp ağac oymaqla, mebel dizaynı ilə dolanışığını çıxarır. Onun əsərləri insana və təbiətə bağlığı ilə seçilir.

14. “Ofeliya” – Maykl James Talbot

İngilis sənətçi və heykəltəraş qeyri-adi, uzun qadın heykəlləri ilə tanınır. Yunan mifologiyasından təsirlənərək abstrakt qadın heykəlləri hazırlayır. Heykəllərin bəzilərinin boyu iki metrə yaxındır.

15. “Balerina və oğlan” – Kevin Frances Qray. 2013

Kevin Frances Qray sifəti olmayan heykəlləri ilə tanınır. Bu əsərdə də sifəti olmayan gənc oğlanın cansız bədənini təsvir edilir.

16. Seung Mo Park. 2013

Koreyalı Seung Mo Parkın alüminumdan hazırladığı heykəl. Heykəltəraş şüşə lif və alüminiumdan istifadə edir. Seung Monun fikrincə bu maddələr insan vücudunun qırışıqlarını, qıvrımlarını daha dəqiq göstərir.

17. “Lena gözəli” – Rusiya

“Lena gözəli” adını Lena çayından alır. Heykəl də çayın qırağında yerləşir.

Məşhur rus heykəltaraşı Nikolay Çerkasov tərəfindən hazırlanan heykəl üç metr boyundadır.

# 1567 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #