Ötən ilin ən bahalı 10 sənət əsəri

Ötən ilin ən bahalı 10 sənət əsəri
5 yanvar 2015
# 17:00

Ötən ilin 10 ən bahalı sənət əsəri

Kulis.Az 2014-cü ildə incəsənət hərraclarında satılmış ən bahalı 10 sənət əsərini təqdim edir.

Amadeo Modilyani “Baş”

İtalyan rəssam və heykəltəraş Amadeo Modilyani bu cür bir neçə “baş” heykəlləri hazırlayıb. Bu heykəllərdə həm o dövrdə dəbdə olan Afrika incəsənətinin, həm də Modilyaninin müəllimi və abstrakt heykəltəraşlığın ustası Konstantin Brankuzinin təsiri hiss olunur. Əsər 70.7 milyon dollara satılıb.

Alberto Cakometti “Araba”

2014-cü ildə ən baha satılmış heykəl isveçrəli heykəltəraş Alberto Cakomettinin 1952-ci ildə hazırladığı “Araba” əsəridir. “Araba” Sotbi hərracında 100.9 milyon dollara satılıb.

Barnet Nyuman “Qara alov”

“Qara alov 1” abstrakt ekspressionizmin banilərindən biri olan Nyumanın əsəridir. Əsər 84.2 milyon dollara satılıb. Nyuman 40 yaşında olanda çəkdiyi bütün əsərləri məhv edib, sonrakı 20 ildə isə 120-dən çox əsər yaradıb. Onun əsas mövzusu həyat, ölüm, insan, təbiət və faciə olub.

İki dəfə Uorhol

Ötən ilin ən baha lotları siyahsıında Endi Uorholun iki əsəri təmsil olunur. Bunlar “Üçqat Elvis” (81.9 milyon dollar) və “Dörd Marlon“ (69.6 milyon dollar) əsərləridir.

Frensis Bekon “Con Edvardsın portreti üçün üç etüd”

Bekon Con Edvards adlı barmeninin portretini 1984-cü ildə çəkib. Əsər 80.8 milyon dollara satılıb. Bekon dünyanın ən bahalı rəssamlarından hesab olunur.

Frensis Bekon “Danışan Corc Dayerin portreti”

Əsər 1966-cı ildə çəkilib. Müəllif naturaçı kimi sevgili Corc Dayeri çəkib. Bekon iddia edir ki, Corc onun evini yarmaq istərkən tanış olublar. Rəsm əsəri 70.4 milyon dollara satılıb. Bekonun əsərlərinin qiyməti son illərdə on dəfə artıb.

Say Tvombli “Adsız”

Amerika abstraktsionisti Say Tvombli özünəməxsus üsluba malikdir. Onun 1970-ci ildə çəkdiyi əsər 69.6 milyon dollara satılıb.

Mark Rotko “Adsız”

Rotko da rəssamlıqda özünəməxsus tərzə malik sənətkardır. O, hesab edir ki, tablo şəkildən yox, rəngdən başlayır. Əsər 66.2 milyon dollara satılıb.

Edurad Mane “Yaz”

Eduard Mane XIX əsr rəssamları arasında 2014-cü ilin reytinq siyahına düşmüş yeganə sənətkardır. “Yaz” tablosu 65.1 milyon dollara satılıb.

# 2743 dəfə oxunub

Oxşar xəbərlər

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

13:30 24 iyun 2026
İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

10:40 24 iyun 2026
Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

12:00 22 iyun 2026
"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

10:00 21 iyun 2026
Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər