Amerikanın soyunan müsəlman qız reklamı

Amerikanın soyunan müsəlman qız reklamı
18 mart 2014
# 08:45

Reklam yaradıcılıq, maraqlı ideya, fərqli yanaşma tələb edir. Müasir dövrdə ən yaradıcı insanlar, ən yaxşı reklamları çəkənlər sayılır. Bu günlərdə ABŞ-da dərgilərdə və küçələrdə gözəçarpan bir reklam var. Bu reklam bütün dünyada, xüsusilə müsəlmanlar arasında müzakirələrə səbəb olub. Kulis.az “Hürriyet” qəzetində istinadən qalmaqal yaradan firmanın reklamlarından bəhs edən məqaləni və fotoları təqdim edir.

Geyim firması “American Apparel”ın “Banqladeşli” reklamı skandala səbəb olub. Bunu reklam işində “inqilab” adlandıranlar da var, skandal sayanlar da.

Asiyalı bir qadının yarıçılpaq bədəni, üzərində də iri şriftlərlə yazı: “Banqladeşdə istehsal olunmuşdur”. Reklamın altındakı mətn qadının geydiyi cins şalvarın deyil, şəxsən özünün Banqladeşdə istehsal edildiyindən bəhs edir. Qadının adı Maks. Doğulduğu yer Dəkkə. Müsəlman dəyərlərinə sadiq olan ailəsi illər öncə ABŞ-a köçüb. Reklam mətnində yazılıb ki, müsəlman dəyərlərindən bezən və özünə yeni bir obraz yaratmaq məqsədi ilə dindən uzaqlaşıb.

Bu bir “American Apparel” reklamıdır. Hər dəfə qalmaqallı reklamları ilə daha da məşhurlaşan geyim firmasının sonuncu “hoqqasıdır” bu. Reklamı yaradanlar bir daşla iki quş vurmaq istəyiblər. Birincisi, məhsullarının harada hazırlandığına diqqət çəkmək: mətni oxuyanlar məhsulların Banqladeşdə yox, elə Amerikada hazırlandığını öyrənmiş olurlar. İkincisi isə, yeni bir qalmaqal yaradaraq məhsullarını tanıtmaq. Onlar hər zaman belə reklam yollarına əl atırlar, amma budəfəki çox sərtdir. Firma qəsdən Banqladeşi seçərək başqa bir hadisəyə işarə vurmuş olur: təxminən bir il qabaq Banqladeşdə dünyaca məşhur bir çox markanın atelyesinin yerləşdiyi “Rana Plaza” çökmüş, 1129 işçi ölmüşdü.

Maksın müsəlman olmağının vurğulanması və bundan da şok effekti yaratmaq istəyi başa düşüləndir. Bundan qabaqkı reklamlarında firma qeyri-adi üsullara əl atıb. Pornoqrafiyaya yaxın olan fotolar, dəyərlər sistemi ilə məzələnən mesajlar, böyük moda həftələrində heç vaxt iştirak edə bilməyəcək və bu günün modasının gözəllik standartlarına cavab verməyən həvəskar modellər... Hətta firmanın kataloqunda porno ulduzların çəkildiyi reklamlar da var. Fotoları şəxsən firmanın sahibi Dov Çarney çəkir. O deyir ki, əsas olan təbiilikdir. Qalmaqal isə sonra yaranır.

Sözügedən qalmaqallı fotolara baxa bilərsiniz.

# 9456 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər