#

Masallı Mamedin həyatı ARAŞDIRMA

Masallı Mamedin həyatı ARAŞDIRMA
13 aprel 2013
# 07:45

Kulis.Az Azər Nurun “Masallı Mamed" kitabından seçmələri təqdim edir.

O, orta məktəbi bitirəndə univermaqda şöbə müdiri işləyən atasının işi məhkəməyə düşdü. Üzünə duran iman­sız şahid də milis işçisi idi... Əslində atası şöbədə satı­cı işləyən gənc bir qızın milisə-məhkəməyə düşməsin deyə “günahını” öz üzərinə götürmüşdü, bu, əsl azər­bay­can­lı-müsəlman kişisinin necə böyük ürək sahibi olduğuna dəlalət edən alqışa layiq bir xarakter idi. Amma ailənin yeganə çörək qazananı olan ataya nahaqdan maddi və mə­nəvi ziyanlar vurulurdu. İşi o qədər yubatdılar ki, oğlu 17 yaşına qədəm qoydu. O, ailənin ikinci oğlu idi. Böyük qardaşı hərbi xidmətə yola düşmüşdü. Evdə ondan başqa 5 uşaq böyüyürdü. Böyük ailənin başsız qalacağını düşünə-düşünə içinə qorxunc fikirlərin nə zaman dolduğunu bilmədi... 5-10 qəpiyə görə ticarətçi atasının üzünə duran milisi yalan ifadəsini geri götürtmək, əks təqdirdə ona həddini bildirmək, cəzalandırmaq fikrinə düşdü. Bürcündə deyildiyi kimi, “Əqrəblər ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahir, daim narahatlıq hissi keçirən adam­lardır”. Elə bu narahatlıq hissilə də atasını həbsə saldırmaq niyyətindən əl çəkməyən milis işçisinin dərsini verdi...

Milisə əl qaldırdığına görə ona 3 il məcburi əməyə cəlb olun­ması haqqında hökm çıxarıldı. Bir həftə keçməmiş Sum­qayıtdan – məcburi əməyə cəlb olunduğu “kolon pas­ledni”dən Bakıya gələndə tale yenə onu namərd əli ilə sı­nağa çəkdi. Texnikumda oxuyan qohumuyla tələbə şən­liyinə getmişdi. Tələbə bir qıza sataşan oğlanla arala­rın­da mübahisə düşdü. Qızı ağır söyüşlərlə təhqir etdiyinə görə həmin oğlanı bıçaqla vurub qətlə yetirdi. O dövrün qanunlarına görə Mamedi ölüm hökmü ilə güllələnməyə də göndərə bilərdilər. Atası İsgəndər kişinin döymədiyi qara me­şin qapılar qalmadı. Meşin qapılarsa, belə müşkül işlər­də adamın üzünə pul cingiltisinə açılır... Nəhayət, ata oğlunu güllələnmə cəzasından güclə xilas etdi. Gözlənilən ölüm hökmü 15 illik cəza müddətilə əvəz olundu.

Və bu dəfə öz cəzasının 5 ilini çəkmək üçün əvvəlcə Şu­şaya – Azərbaycanda ən sərt rejimi ilə seçilən qapalı tipli həbsxanaya göndərildi.

Burda da kəcrəftar çərxi-fələk yenə nə onun, nə atası­nın saydığını saydı. Dustaqlardan biri öz yoldaşları ba­rədə tez-tez həbsxana nəzarətçilərinə “informasiya” çat­dı­rırdı. Belə “informator”lardan “nadzor”lar gəlir mənbəyi kimi istifadə edirdilər. “Poqon”lularla məxfi əməkdaşlıq onsuz da ağır şəraitdə yaşayan dustaq yoldaşlarının vəziyyətini daha da çətinləşdirirdi. O, dustaqlara “torba” tikən adamın əclaflığına dözə bilmirdi. Bir dəfə ona həddini bildirdi, möh­kəmcə əzişdirdi...

Onu Şuşa “qapalı”sından da ağır rejimli Qroznı həbs­xa­nasına göndərdilər.

Sovet İttifaqının bir həbsxanasından digərinə ötürülən gəncin sorağı özündən qabaq Qroznıya çatmışdı. Çünki Ma­med “asi” məhbusu özünəməxsus tərzdə cəzalan­dır­maqla günahsız dustaqların haqqını müdafiə etmişdi...

Kriminal aləmdə suçu sübuta yetirilən satqın məhbuslara “suka” deyilir. Həbsxanalarda belə məhbuslar “mavi”lərdən də aşağı səviyyəli, hörmətsiz şəxs hesab olunur. Belələri azadlıqda olan­da da dolanmaq xətrinə “işverənlik” vərdişlərindən əl çəkmir­lər. Qanuna görə (əlbəttə, burda söhbət kriminal aləmin qa­nun­larından gedir – A.) bu şərəfsizliyi istər azadlıqda, istər “zon”da edən “sukalarla” əl verib salamlaşmaq, yoldaşlıq etmək, bir masa arxa­sında çörək yemək yasaq sayılır. Hər hansı “zon”a, yaxud “xata”ya təzə gələn məhbusa dərhal həmin adamların kimliyi barədə məlumat verilir ki, sonradan pis vəziyyətə düşməsin.

Qroznı həbsxanasında o, nüfuzlu avtoritetlərlə tanış oldu. Gələcəyin iki “qanun oğrusu”nun – Masallı Mamed adıyla tanınacaq bir gəncin Dağlı Cavanşirlə dostluğu da Qroznıdan başladı...

Həbsxana hücrəsi onun üçün dünyanın ən “yaxşı” qiraətxanası oldu.

O, bircə saatını belə boş keçirmirdi. Dini, fəlsəfi, tarixi kitablar oxuyurdu.

Yada düşən o qədər xatirələr vardı ki...

Qapalı həbsxanada cəzası bitəndən sonra onu Rusi­ya­dan Bakıya, 6 saylı cəzaçəkmə müəssisəsinə gön­dər­dilər. 80-ci illərin ortalarında cəzasını Bakı həbsxanasında yenə Cavanşirlə bir kamerada çəkdi. Burada da nə­za­rət­çi­lərin qanunsuz əməllərinə dözmədiyi üçün yenidən yu­m­ruğunu işə saldı. Onu Rusiya həbsxanalarına göndər­di­lər.

Öz səyi ilə Voloqda şəhərində “Sentral” adlı müvəqqəti sax­lama təcridxanasında “polojeniya” yaratdı. Sonra onu “Mat­­rosskaya tişina”ya göndərdilər. Anzor Bezruki, voro­nejli Balandin və başqa tanınmış “qanuni oğru”ların cəza çək­diyi bu həbsxana Lefortovo, Bastiliya qədər məşhur idi. Burada ağır şəraitə etiraz edən dustaqlar qiyam qal­dır­dılar. Qi­yamçı dustaqların sakitləşdirilməsində Ma­medin də bö­yük xidməti oldu. Dustaqların ona hörməti məş­hur oğ­ru­ların diqqətini cəlb etdi. Ona “Qanuni oğru” titulu tək­lif olun­du. “Sən bizim ailəyə lazımlı adamsan!” O bu göz­lə­nil­məz təklif ba­rədə düşünəcəyini bildirdi. Rusiya həbs­xa­nalarında cəza müd­dətinin 5 ilə yaxınını Voloqda şəhərində çəkdi.

Elə burdan da “yaxşı oğlan” kimi azadlığa çıxması ilə kri­minal aləmin daha çox diqqətini özünə cəlb etmişdi... Am­ma hələ “qanuni oğru” deyildi.

..1992-ci ilin mart ayının 26-da azadlığa çıxdı. Bu vaxt o, keçmiş SSRİ ərazisində – ümumittifaq miqyasda krimi­nal aləmin ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Artıq azad­­lığa təkcə o yox, adına SSRİ deyilən imperiyanın əsa­rətindən qurtulan XALQ(lar) da çıxmışdı.

1992-ci il. 4 noyabrda – ad günündə toyu oldu... Toyun ən unudulmaz məqamlarından biri Məşədi Təvəkkülün ürəklə “Oğru qisməti” mahnısına rəqs etməsi idi. Cansız videolent 31 bir yaşlı bəyi ekranda canlandırır. Türmə hə­ya­tının acısını dadmış Məşədi ərklə bəyi rəqsə dəvət edir... Leninin şəkli olan qırmızı onluqlar, bənövşəyi iyir­mi­beşliklər yağış kimi yağır. Bu kağız əskinaslar bir il öncə süqut edən sovet imperiyasının ayaqlar altında tap­danan son atributu idi! Yeni ildən Müstəqil Azərbay­canın milli pulu dövriyyəyə buraxılacaqdı: Üzərin­də Məmmə­də­min Rəsulzadənin, Nizami Gəncəvinin və Qız Qalasının şəkli olan milli manatlar...

Onu yenə kriminal aləmin tanınmışları öz sıralarında görmək istəyirdi. Çoxları bu adla “təltif” olunmağa can atır­dı. O isə “Qanuni oğru” adı daşımağın nə qədər məsuliy­yətli ol­du­ğunu dərk edirdi. Amma bu da onun taleyinə yazılmış­dı.

HAŞİYƏ: Uşaqlıq dostu Rafiqə bir dəfə: “Mənim bir adım var, onu da mənə atam İsgəndər verib!” demişdi. Çox sonralar “oğru” dünyasına maraq göstərən, onların ləqə­bindən, statusundan “kodeksindən” ağızdolusu danışan, kriminal terminlərini söyləməkdən zövq alan gənclərə Mamed belə deyəcəkdi:

-Əsl qibtə olunası adam öz ev-eşiyində, ailəsinin başın­da avtoritet olan şəxsdir.

-Deyəcəkdi ki, özünüzə ayrı yol seçin! “Oğru” dünyasın­da qibtə ediləcək nə var ki? “Qanuni oğru” hər gün, hər ZAMAN “bespridel”lə duelə çıxmaq idi.

...1993-cü ilin dekabrında Bakıda “Leyla” şadlıq evində Sa­birabadlı Hikmət, İrəvanlı Faiq, Lotu Bəxtiyar, Dağlı Ca­van­şir, Yetim Hüseyn, Ənvər, Çingiz Axundov və başqa av­to­ritetlərin iştirak elədiyi mərasimdə ona “Qanuni oğru” ti­tu­lu verildi (Bəzi mənbələrdə yanlış olaraq Mamedin Sabi­ra­badlı Hikmətin toyunda “korenavat” olduğunu yazırlar).

Könüllərdən və bədənlərdən qan fışqıran qanlı-qadalı illər idi. Cəbhə bölgələrindən Masallıya gətirilən şəhid­lərin sayı 150 nəfərə çatmışdı. “torpağa dən əkmək üçün doğulanlar, özləri torpağa dən kimi əkildilər”. Müstəqillik Azərbaycana qan-qada bahasına başa gəlirdi. Ölkə 20 min şəhid vermişdi, minlərlə adam əsir və itkin düşmüşdü. Atəşkəs elan olunsa da, ölüm-itim casus kimi hər yanda insanları pusur, öz toruna salırdı.

1995-ci ilin mayın 4-də müharibə şəraitində yaşayan bir ölkənin paytaxtında – Bakıda onu tapança “gəzdirdi­yi­nə” görə həbs etdilər.

Kriminal aləminin qanunlarına görə “qanuni oğru” üs­tün­də yaxalandığı tapançadan imtina edə bilməzdi. Hət­ta o silah əməliyyatçılar tərəfindən qəsdən onun adına “yazıl­saydı” belə... (“Qanuni oğru” statusu daşıyan hər kəs bu alə­min “kodeksi”nə sadiq qalacağını öz öhdəsinə götürür. Bu ehkamı pozanlar aid olduğu aləmdə nüfuzdan düşürlər.).

Tapançaya görə cəzasını çəkmək üçün onu Keşlədəki həbsxanaya göndərdilər.

Xatırlamalı elə anlar vardı ki...

...16 il öncə həmin həbsxanadan çıxanda Saşa adlı bir rus dustağın son kəlməsi qulaqlarında əks-səda verdi: “Mənə ünvan verməyinə ehtiyac yoxdur, kardeş, səni yerin altında da olsan tapacağam!” Amma taqanroqlu həmin rus yerin üstündə tapdı onu.

...Masallıda əmisi oğlunun toyuna, sonra Moskvaya ad gününə – şad gününə gəldi Saşa. Ona həsr etdiyi şeri də oxudu:

Когда бы поняли меня,

Вы б, несомненно, согласились:

Нам Божий суд будет вменять

Всё то, чем души окрестились.

Нам не дано, конечно, знать,

Кого Господь возьмёт на Небо

– Единый Бог! Мой долг сказать:

Возьми того, кто дал мне хлеба.

Bu şerin altında Saşa rusca “4 ноября 1995 г. г. Баку, пос. Кишлы” yazmışdı (28 aprel 2011-ci ildə Masallıda Mamedin məzarı önündə özünün dediyi kimi hələ o zaman Saşa Mamedin soyadını da bilmirdi.).

Üç il əvvəl yenə Bakıya gəldi. 10 saylı cəzaçəkmə müəs­­sisəsində ona baş çəkdi. O gün Mamed Saşaya təsbeh ba­­ğışlamışdı...

Dustaqların zövqlə düzəldib cilaladığı 33 ədəd kəhrəba daşlar...

Ardı var...

# 17577 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
#
#
# # #