Dünyanı dəyişən qadınlar

Dünyanı dəyişən qadınlar
25 sentyabr 2013
# 07:45

Yazıçılar, filosoflar, dövlət başçıları arasında qadınların sayı azdır. Ancaq hər halda onlar dünya tarixinə mühüm təsir edə, öz həyat və fəaliyyəti ilə tarixdə qala biliblər.

Kulis.az həmin qadınlar haqqındakı yazını təqdim edir.

Sapfo (b.e.ə 570)

Tarixin ilk qadın şairəsi. 182 şeiri bu günümüzə qədər gəlib çatıb.

Kleopatra (b.e.ə 69- 30)

Roma imperiyasının son dönəmlərinin ən güclü iki rəhbəri Sezar və Mark Antoni ilə birlikdə olub və ölkəsinin qorunmasını təmin edib.

Maqdalalı Məryəm (b.e.ə. 4- b.e 40)

Xristianlığın yayılmasına mühüm rolu olub. “İncil”də göz yaşları ilə İsanın ayaqlarını yuyub, saçları ilə sildikdən sonra günahları bağışlanan qadındır. Rəvayətə görə basdırıldıqdan sonra dirilən İsanı birinci dəfə o görüb.

Xildeqard von Binqen (1098 – 1179)

Həyatını monastırda keçirən rahibə Xildeqard keçirdiyi miqren (başağrısı) ağrılarına görə əzablarını kağıza tökməyə başlayıb. Sonra şeir yazmağa başlayan alman rahibə qadınlıq hisslərini yazıya çevirən ilk qadınlardan biri olub.

Janna d`Ark (1412- 1431)

Fransanın milli qəhrəmanı olan Janna d`Ark yüz illik müharibə dövründə İngiltərəyə qarşı vuruşub. Dindar Janna ona vəhy gəldiyini bildirərək Fransa rəhbərliyini qəti hərbi əməliyyata başlamağa ruhlandırıb, başçılıq etdiyi ordu isə mühasirədə olan Orlean şəhərini ingilislərdən azad edib. Bundan sonra xalq arasında Orlean Qızı adlandırılıb. Bir sıra qələbə qazanan Janna d`Ark Karlı taxt-taca sahib edib (1427). 1430-cu ildə ingilislərin müttəfiqi burqundlara əsir düşmüş, onlar da Janna d`Arkı ingilislərə satıblar. Ruanda qurulmuş kilsə məhkəməsi Janna d`Arkı küfr və cadugərlikdə təqsirləndirib və o, tonqalda yandırılıb. 1456-cı ildə Fransa məhkəməsi ona bəraət qazandırıb, lakin yalnız 1920-ci ildə katolik Kilsəsi Janna d`Arkı müqəddəslər sırasına daxil edib. Fransada mayın 2-ci bazar günü Janna d`Ark günü kimi qeyd edilir (1979-cu ildən).

Yekaterina Mediçi (1519- 1589)

14 yaşındakı Fransa kralıyla evlənib Avropanın ən böyük gücünün başına keçib. Əri vəfat etdikdən sonra 3 oğluyla birlikdə Fransanı idarə etməyə başlayıb. Siyasi gücü artırmaq üçün hər cür qəddarlığa əl atırdı. “Bartolomey gecəsi”nin təşkilatçılarından biri o olub.

Yekaterina (1729- 1796)

Rusiyanı XVIII əsrdə böyük qüvvəyə çevirən çariçanın zamanında böyük torpaqlar fəth edilib. Rusiya imperiyasının təməli məhz onun dövründə qoyulub.

Meri Uolstonkraft (1759- 1797)

Fəlsəfəyə “Feminizm” anlayışını gətirən britaniyalı filosof, yazıçı qadın hüquqlarının qanuniləşdirilməsi fikrini meydana atıb. “Qadın haqlarının müdafiəsi” kitabında M.Uolstonkratf qadınlara və kişilərə bərabər yanaşılmasının vacibliyini vurğulayıb.

Ceyn Ostin – (1775 – 1817)

Qadınların nadir hallarda roman yazdığı dönəmdə “Kül və atəş”, “Qürur və Qərəz” kimi romanlar yazan Ceyn Ostin özündən sonrakı qadın yazarların ilham mənbəyi olub.

Florens Naytingel (1820 -1810)

Florens Naytingel insanlara xidməti, onları xəstəliklərdən, ölümdən xilas etmək üçün əlindən gələni edirdi. Bütün həyatını buna həsr etmişdi.

Florens Naytingel Britaniya ordusunun tibbi xidmətlə bağlı islahatlar aparmaqla, tibb bacılarının işini ciddi xidmətə çevirməklə məşhurlaşıb. Tibbi xidmətlərin əsası Florens Naytingelin fəaliyyətindən götürülüb.

Mariya Küri (1867- 1934)

Polyak əsilli fransız kimyaçısı və fiziki. Radium elementini kəşf edib və 2 dəfə Nobel mükafatına layiq görülüb. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatını iki ayrı-ayrı sahədə almağa nail olub...

Roza Lüksemburq (1870- 1919)

Almaniyada kommunist hərəkatın liderlərindən biri olan Roza Lüksemburq alman əsgərləri tərəfindən öldürülüb.

Koko Şanel (1883- 1971)

Müasir dizaynları ilə moda anlayışını yaradan dizayner.

Elyanor Ruzvelt (1884-1962)

“Beynəlxalq İnsan Hüquqları Bəyannaməsini” BMT-ə təqdim edərək onun qəbul olmasını təmin edən birinci xanım.

Ketrin Xepbörn (1907- 2003)

4 dəfə Oskar mükafatı alan, 12 dəfə Oskara namizəd olan aktrisa oynadığı rollarla tabuları yıxıb.

Simona de Bovuar (1908- 1986)

İkinci nəsil feminizm dalğasını başladan ekzistensialist fransız filosofu.

Tereza Ana (1910- 1997)

Həyatını kimsəsizlərə, ehtiyacı olanlara həsr edən, Kəlküttədə öz əlləriylə 1000 nəfəri xilas edən, kilsənin müqəddəs elan etdiyi qadın.

Doroti Xodjkin (1910-1994)

İngilis biokimyaçısı. Penisilin və inusilin istehsalının inkişafını təmin edən alim. Sonrakı illərdə ömrünü nüvə silahı ilə mübarizəyə həsr edən qadın.

Çyan Çin (1914-1991)

Çində mədəni inqilab dövründə ölkədəki intelektualların və sənətkarların əsas düşməniydi. Maonun 3-cü arvadı olan Çyan Çin onun ölümündən sonra edam edildi.

İndira Qandi (1917- 1984)

Hindistanın ilk qadın baş naziri olan Qandi ölkəsini ən çətin vaxtlarda dağılmaqdan xilas edib. Buna baxmayaraq 1984-cü ildə şəxsi mühafizəçiləri tərəfindən sui-qəsd nəticəsində öldürülüb.

Marqeret Tetçer (1925)

İngiltərənin “Dəmir leydi” ləqəbli ilk qadın baş naziri. Soyuq müharibə dövründə İngiltərənin inkişafında böyük xidmətlər göstərib.

Merilin Monro (1926-1962)

Seksuallıq anlayışını kinoya gətirən ən gözəl sarışın qadın.

Bənazir Bhutto (1953-2007)

Pakistanın diktaturadan demokratiya keçməsini təmin edən Bhutto sui-qəsd nəticəsində öldürülüb. O, müsəlman dünyasında ilk qadın baş nazir idi.

Madonna (1958)

Bütün dövrlərin ən uğurlu qadın pop sənətçisidir.

# 7669 dəfə oxunub

Oxşar xəbərlər

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

14:20 10 avqust 2026
Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

10:30 8 avqust 2026
Faşistlərin  və  kilsənin qəzəbinə səbəb olan rəssam  – Onun əsərləri niyə qadağan edilmişdi?

Faşistlərin və kilsənin qəzəbinə səbəb olan rəssam – Onun əsərləri niyə qadağan edilmişdi?

16:25 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər