Opera teatrında yeni premyera

Opera teatrında yeni premyera
13 sentyabr 2017
# 16:42

Opera və Balet teatrı yeni mövsümün ilk premyerasını élan edib.

Kulis.az-ın teatra istinadən verdiyi xəbərə görə, bu, Azərbaycanın görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasının tamaşası olacaqdır. Premyerası oktyabrın 7-də baş tutacaq tamaşa 109-cu mövsümün ilk premyerasıdır.

Cahangir Cahangirov “Xanəndənin taleyi” operasını 1978-ci ildə qələmə almış və həmin ildə opera səhnəyə qoyulmuşdur. Maraqlı süjet xətti olan tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir. Qeyd edək ki, operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq artisti Baba Mahmudoğlu ifa etmişdi.

Yeni quruluşda əsas qəhrəmanı teatrın solisti - Əməkdar artist İlkin Əhmədov yaradacaq. Premyera tamaşasında həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) çıxış edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.

# 1910 dəfə oxunub

Oxşar xəbərlər

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

16:00 10 mart 2026
Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

15:00 10 mart 2026
İstintaq - Əli Novruzovun hekayəsi

İstintaq - Əli Novruzovun hekayəsi

10:00 10 mart 2026
Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

10:00 9 mart 2026
Odlanarsan, qurban olum, uzaqda dur, yaxşımı? - Səbinə Xasıyevanın şeirləri

Odlanarsan, qurban olum, uzaqda dur, yaxşımı? - Səbinə Xasıyevanın şeirləri

15:00 7 mart 2026
Gələsən, yeddi öpüşlə oyadasan məni... - Mana Ağayinin şeirləri

Gələsən, yeddi öpüşlə oyadasan məni... - Mana Ağayinin şeirləri

15:00 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər