Polunin qar yağdıracaq

Polunin qar yağdıracaq
26 sentyabr 2014
# 16:17

Sentyabrın 21-dən başlayan Tiflis Beynəlxalq Teatr festivalı davam edir. Bu barədə kulis.az festivalın rəsmi saytına istinadən xəbər verir.

Festivalın proqramı iki formatda, beynəlxalq və gürcü proqramı ilə keçirilsə də, lakin bu il festivala əlavə proqram “New Market” əlavə olunub. Bu proqram çərçivəsində tamaşaçılar Qara dəniz sahilləri və Qafqaz ölkələri teatrlarının tamaşalarına baxa biləcək. Bu bölmədə Rusiya, Azərbaycan, Ermənistan və Türkiyədən tetatr kollektivləri iştirak edəcək. Festival oktyabrın 8-dək davam edəcək.

Beynəlxalq proqramında Tayvanın “Qızıl rəqs” teatrı, Almaniyanın “Satellit production” Philipp Hocsmair Company teatr şirkətlərinin, Ukraynanın İvan Franko Milli Akademik Teatrı, Polşanın Pieśń Kozła teatrının , Litvanın Klaipėdanın qalası Teatrının, Vilnüs şəhər teatrının, Rusiyanın Milli teatrının, Finlandiyanın Şəhər teatrının tamaşaları təqdim olunur.

Beynəlxalq proqram oktyabrın 1-də dünyaca məşhur Slava Poluninin "Slavanın qar şousu" tamaşası ilə yekunlaşacaq.

Azərbaycan festivalda iki tamaşa ilə - Gənc Tamaşaçılar Teatrının "Müharibə" və Akademik Milli DRam Teatrının "İlahi oyun" tamaşası ilə təmsil olunacaq.

Tbilisi Beynəlxalq Teatr Festivalı 2009-cu ildən keçirilir. Festival çərçivəsində həmçinin ustad dərsləri, konfranslar və sərgilər də daxildir.

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

13:00 16 iyun 2026
Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

14:00 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

10:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər