Çılpaq sinə qadağası

Çılpaq sinə qadağası
19 noyabr 2014
# 19:00

Viktorian dövründə (1837—1901-ci illəri əhatə edir. Böyük Britaniyada Kraliça Viktoriyanın hakimiyyət illəri. Bu dövr ölkədəki bütün sferalarda dəyişikliklərlə bağlıdır.) qadınların davranışını müəyyən edən çoxlu qadağalar artıq keçmişdə qalıb. Amma qadın sinəsinə tabu hələ də qüvvədədir. Bunun səbəbləri haqda Böyük Britaniya yazıçısı Sara Şeridan yazır.

Kitab festivallarında, kitabxanalarda oxuculara ulu nənələrimizin qarşılaşdığı əngəllərdən danışanda auditoriyanın yasaq mövzusuna səmimi marağından heyrətlənirəm. Həmsöhbətlərim məhz qadağan olan şeylərə şiddətli maraq göstərirlər.

Viktorian dövründə qadına tələblərin siyahısının başında dayanan əsas amil - seks və nikahla bağlı hər şeydə onun təmkinli və ismətli davranması idi. Sonra isə sonsuz “olar” və “olmaz”lar gəlirdi.

Amazonka yəhərində

(Amazonka – XIX əsrdə at sürən qadının xüsusi geyimi)

Britaniya imperiyasının çiçəkləndiyi dövrdə qadına kişi kimi atda oturmağa izn verilmirdi. O zaman qadın yəhərləri mövcud idi, əsilzadə xanımlar ayaqlarını bir istiqamətdə qoyaraq atın tərkində zərif şəkildə otururdular. Bu halda qadının onurğa sümüyü əyilsə də, başqa cür oturmaq həddən artıq ədəbsizlik sayılırdı.

Keçən əsrin əvvəllərində qadınların şalvar geyinməsinə azadlığın simvolu kimi baxılırdı. İndi bizə çətin və bəzən də gülməli gəlir ki, onda qadının şalvar geyməsinə necə dəhşətlə baxırdılar.

1920-ci illərdə Alp klubuna rəhbərlik edən xanım- Obrey Le Blonun başına belə bir məzəli hadisə gəlmişdi. Yeri gəlmişkən, 1857-ci ildə Londonda əsası qoyulan bu klub dünyada ilk qadın alpinist klubu idi.

Нелл Гвен, фаворитка Карла II

O, İsveçrədə dağın zirvəsini fəth edib enəndən sonra yadına düşüb ki, ətəyini dağın zirvəsində unudub. Kiçik Zermatt şəhərinin sakinlərinə şalvarda görünmək qorxusu o qədər güclü idi ki, qadın yenidən dağın zirvəsinə çıxmalı olub.

Yarım əsr sonra isə fransız dizayneri İv Sen Loran "Le smoking" adlı qadın ziyafət geyimləri kolleksiyası hazırladı. Təbii ki, kişi smokinqlərinə əsaslanan kolleksiya qalmaqal doğurdu.

Paris və London bir-birindən fərqlidir

Tarixi romanların müəllifi kimi mən tez-tez başqa dövrlərlə maraqlanıram. Çünki personajlarımın dövrünə uyğun, həqiqi görünməyi vacibdir. Amma əksər insanlar heç düşünmürlər ki, biz başqa dövrün adamlarını öz arşınımızla ölçə bilmərik. Yəqin ki, sələflərimizi bizim kimi düşünmədiyi üçün ittiham etmək daha asandır. Maraqlıdır, bizim davranışımızın hansı aspektləri nəvə-nəticələrimizə izahedilməz görünə bilər?

...Artıq keçmişə qovuşan digər qadağalardan fərqli olaraq qadın sinəsinə qoyulan tabu indiyə kimi də aktuallığını itirmir. Və indi qadın sinəsinin çılpaqlığı ifadəsi bir sözdə yerləşib: “tolpes” (ictimai yerlərdə qadının sinəsinin çılpaq olması).

Bundan başqa Fransada və Böyük Britaniyada qadına həmişə fərqli münasibət olub. Bu mənada bizim yaxın qonşumuz Fransa adətən, Britaniyaya baxış üçün faydalı kontrast ola biləcək əks fikirləri dəstəkləyib.

Oliver Kromvelin (İngilis İnqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı) hakimiyyətə gəlişindən sonra ingilis cəmiyyəti bütün düymələri bağlamağa məcbur oldu. Sərt əxlaqi dayaqlar öz izini hər şeyə qoydu: milad küknarlarından başlayaraq ta qadın bədəninə kimi.

Amma 1661-ci ildə II Karl hakimiyyətə gələndə özüylə birlikdə qadın davranışına liberal baxışları da gətirdi. Belə bir liberal baxış fransız saraylarında adi idi. İngilislər dərindən, rahatlıqla nəfəs aldılar.

Cəsarətli dekolte

Və bu dərindən nəfəsalma getdikcə daha açıq qadın libasları ilə müşayiət olunurdu. Dekoltedən o qədər cəsarətli istifadə olunurdu ki, hətta ədəbli qadınların tualet masasında təkcə üz yox, hətta döş ucları üçün kosmetika da əskik olmurdu.

II Karlın favoriti, aktrisa Elinor Nell Qvini rəssamlar çılpaq təsvir etmişdilər. Hətta məşhur saray xanımlarından biri Frensis Tereza Styüart poz verməkdən və tabloda açıq paltarda, sinəsinin tamamilə çılpaq təsvir olunmasından çəkinmirdi.

Yuxarı təbəqədə belə bir dəb tədricən kütləyə də keçdi. Təbii ki, daha çox təmin olmuş adamlardan söhbət gedir. Bunu o zamanın çəkilmiş tablolarında da görmək olar. Həmin rəsm əsərlərində məşhur qadınlar təsvir olunmurdu.

Amma dövrün yüksək modasının qaydaları ilə yaşayan kral sarayı qadın azadlığının ən ekstremal nümunəsi idi.

Портрет принцессы де Ламбаль

Baxışlar nə zaman dəyişməyə başladı? Nə zaman puritanlar yenidən gücə sahib oldular? XX və XXI əsrlərdəki tabuları anlamaq üçün viktorian epoxasına dönmək lazımdır. Həmin dövrdə kraliçaya xas əxlaq yenidən sərt qaydalar diktə etməyə başladı və bu gücün hesabına korsetlərin şunurları da bağlandı.

Viktorian dövründə monarxın mədəniyyətə təsiri güclü idi. Kraliça Viktoriyanın formalaşmasında isə despot anasının rolu böyük olmuşdu.

O, yeniyetmə Viktoriyaya ədəbsiz görünən hər şeyin qorxulu olduğunu aşılamışdı. Və bu dəhşət kraliçanı bütün ömrü boyu müşayiət etdi.

Viktoriyanın hakimiyyəti zamanı Britaniya cəmiyyətində onun qadın seksuallığının istənilən təzahürünə dözümsüzlüyü tətbiq edilirdi.

Qadağalarla mübarizə

Sərt qadağalara baxmayaraq, qadınlar icazə verilən şeyləri genişləndirməyə çalışırdılar. Məsələn, İzabella Bird ilk səyahətçi qadın idi ki, onu Krallığın coğrafiya cəmiyyətinə üzv qəbul elədilər.

Женщина, кормящая грудью

Berd çətin və təhlükəli səyahətlər etsə də, “Tayms” qəzetində onu ətək yox, kip şalvar geyindiyinə görə ittiham edirdilər.

Qadın onları məhkəməyə verməklə hədələyəndə qəzet geri çəkildi və üzr istədi.

Dövr dəyişir, amma qadınların, xüsusən, məşhur qadınların necə görünməsi ilə bağlı bu gün də konfliktlər yaşanır. Xüsusən də söhbət ədəb qaydalarından gedirsə.

Toples problemi də hələ aradan qalxmayıb. Britaniya əhalisinin çoxu hesab edir ki, məsələn, Sun tablodinin “Üçüncü səhifəsi”ndə yarıçılpaq modellərin fotolarını qadağan eləmək lazımdır.

Участницы группы FEMEN в Париже

Bu kampaniyanı qəzetin sahibi Rupert Merdok da dəstəkləyib. O, hiss olunacaq ironiya ilə deyib ki, bu səhifənin konsepsiyası “köhnə dəbli” görünə bilər.

Digər tərəfdən isə Britaniyada başqa bir kampaniya vüsət alır – qadınların müdafiəsi məqsədi ilə ictimai yerlərində körpələrin əmizdirilməsi.

Etirazın gözəl forması

Rəqəmsal əsrdə çılpaq qadın sinəsi barədə məsələ sosial şəbəkələrdə də müzakirə olunur. Bəzi servislər qadınlara çılpaq foto yerləşdirməyə izn versələr də, Instagramda buna qarşı senzura qoyulub.

Modelyerlər də izn verilən çərçivəni genişləndirməyə çalışır və açıq libaslara bütün dünya podiumlarında daha çox rast gəlinir.

Bryüs Uillis və Demi Murun qızı Skaut yaxınlarda Nyu-Yorkun küçələrində çəkdirdiyi yarıçılpaq şəkillərini Tvitterdə yerləşdirdi: ““Nyu-Yorkda icazə var, İnstagramda yox”. Və bütün fotolar “Döşə azadlıq” haştaqı ilə yerləşdirilmişdi.

FEMEN qrupu isə yarıçılpaq sinələrindən siyasi etiraz vasitəsi kimi istifadə edirlər.

Акция протеста участниц группы FEMEN

Beləliklə, qadın sinəsi siyasi etirazın, hüquqların müdafiəsi və seksual azadlığın simvoluna çevrilib.

Müasir feminizmə görə qadın öz bədəni ilə istədiyini edə bilər. Əgər Viktorian epoxasında qoyulmuş qadağalar bu gün unudulubsa (ərə gedənə kimi seksə qadağanı xatırlayın), çılpaq sinə ədəbli qadın üçün hələ də ədəbsiz və qəbul edilməz sayılır. Ona görə də sinəyə tabu hələ də qüvvəsini itirmir.

Bu məsələdə feministlər də yekdil fikrə gələ bilmirlər.

Bəziləri üçün bu, azadlığın əlaməti və şəxsi seçim haqqıdır. Bəziləri isə tolpes fenomenini qadın bədəninin kişi tərəfindən istismarı kimi qəbul edir. Debatlar onu göstərir ki, tezliklə mədəniyyət nöqteyi-nəzərdən nəyi mümkün, yol verilən hesab etməyimizlə bağlı dəyişikliklər baş verə bilər. Söhbət baxışların radikal dəyişməsinin mümkünlüyündən gedir.

Yaxınlarda Beynəlxalq Edinburq kitab festivalının rəsmi fotoqrafı Kris Klous mənə tolpes çəkilməyi təklif elədi. Fotoda mən kameraya arxamı çevirmişəm, kürəyimdə qanqal təsvir olunub. Bununla da mən detektiv yazan bir müəllifə etiraz eləmişəm. O, düşünür ki, bu janr Şotlandiyada inkişaf eləməyib.

Fotoma müxtəlif reaksiyalar oldu. Fotoçəkilişin təşkilatçılardan biri narahat oldu və fotonu tərs üzünə çevirməyi təklif elədi, amma digərləri cəsarətimi alqışladı.

Писательница Сара Шеридан

Boynuma alım ki, bu, həyatımın vahiməli anlarından biri idi. Düzünü deyim ki, üzümü kameraya çevirib, sinəmi çılpaq çəkdirməyə cəsarətim çatmazdı.

Sonradan fotomu ümumi icmalda yerləşdirdilər, festivalın iştirakçıları bir neçə dəfə yaxınlaşıb, fotonun çox gözəl olduğunu dedilər. Düşündüm ki, bu, II Karlın zövqündə olardı...Mümkündür ki, dövr və adətlər doğrudan da dəyişir.

Hazırladı: Sevda Sultanova

# 12760 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #