Suyun qaldırma qüvvəsini kim tapıb? - Əsl həqiqət

Suyun qaldırma qüvvəsini kim tapıb? - Əsl həqiqət
5 avqust 2022
# 17:00

Kulis.az hidrostatikanın əsas qanunlarından biri olan “Arximed qanunu”nun maraqlı tarixçəsini diqqətinizə çatdırır.

Rəvayətə görə, Sirakuza kralı Hiero, Karfagenlilər üzərində qələbəsinə görə təşəkkür etmək üçün tanrılara hədiyyə olaraq xalis qızıldan hazırlanmış bir tac sahibi olmaq istəyirdi. Buna görə də müəyyən miqdarda xalis qızılı çəkib emal üçün zərgərə verir.

Zərgər Hiero üçün gözəl tac düzəldir və ondan tələb olunan gündə tacı Hieroya təhvil verir. Hiero tacı tərəziyə çəkir və görür ki, zərgərin ona verdiyi qızılın çəkisi eynidir. Tacı çox bəyənən Hiero zərgərə külli miqdarda pul ödəyir.

Mərasimə bir neçə həftə qalmış, tacını tanrılara təqdim edəcəyi zaman Hiero zərgər haqqında şayiələr eşitməyə başlayır. Şayiələrə görə, zərgər Hieronun ona verdiyi qızıldan yalnız tacın xarici hissəsini örtmək üçün işlədib, qalan hissəsi üçün isə bərabər çəkidə gümüş istifadə edib. Yəni zərgər Hieronu aldatmışdı.

Hiero tacı sındırıb onun xalis qızıldan olub-olmadığını görə bilərdi. Lakin bunu edəndə qızıl xalis olsaydı, həm tacı israf edərdi, həm də hədiyyəni vaxtında tanrılara təqdim edə bilmədiyi üçün onlara qarşı cinayət etmiş olardı. Ona görə də Hiero tacı sındırmadan tərkibinin təmiz olub-olmadığını müəyyən etmək üçün başqa bir yol tapmalı idi.

Bu məsələnin həlli üçün ölkədə riyaziyyatçıları axtaran padşah, nəhayət, Arximedi öz hüzuruna çağıraraq “Sən ağıllı adamsan, Arximedsən, bunun həllini tapacaqsan” deyərək Arximedə tapşırıq verir. Arximedin vəzifəsi tacı sındırmadan onun xalis qızıl olub-olmadığını müəyyən etmək üçün bir yol tapmaq idi.

Arximed həftələrlə gecə-gündüz yatmadan düşünür, düşünür, düşünür və düşünür. Amma heç bir həll tapa bilmir, gecələr yataqda sağa-sola dönür. Yuxusuzluqdan gözləri şişir, hətta nitqi belə pozulur. Mərasim günü yaxınlaşdıqca Arximedin vaxtı daralır.

Bu vəziyyət təkcə Arximedi deyil, Arximedin həyat yoldaşını da narahat edir. Arximed rahatlıq tapa bilmədiyi üçün arvadı da dincliyini itirir. Arximed narahat olanda arvadı da narahat olur.

Bir gün Arximedin arvadı çaşqınlıq içində olan ərinin yanına gedərək ona deyir: “Sən çox düşünürsən və buna görə ağlın düzgün işləmir. Vaxtının bir azını başqalarına sərf etməli və dincəlməyə çalışmalısan”. Və onu istirahət etmək üçün hamama göndərir.

Həyat yoldaşına hörmət edən Arximed onun sözünə qulaq asıb hamama gedir. Paltarını çıxarıb dincəlmək üçün vannada suya girəndə suyun bir az qalxdığını, yanlardan bir az da daşdığını görür.

Bir qədər fikirləşəndən sonra “görəsən, vannaya başqa bir şey girsə, bu su nə qədər daşardı?” sualını verməyə başlayır. Başa düşür ki, padşahın problemini bu yolla həll edə bilər və “tapdım” mənasını verən “evrika!” qışqırır. O, qışqıra-qışqıra çılpaq şəkildə evə qaçır və həmişəlik yaşayacaq ixtirasını hamıdan əvvəl ona hamama getmək fikrini verən arvadına danışır.

Bu gün Arximedin dəyəri bilinir, lakin Arximed haqqında bioqrafiyalar dövrümüzə çatmadığı üçün Arximedin həyat yoldaşının kim olduğu bilinmir.

Beləliklə, Arximedin həyat yoldaşı tarixi şəxsiyyət kimi deyil, bir əfsanədə əsas məqam kimi yadda qalır.

# 6211 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #