Sərxoşdum, içib ayıldım - Mahir N. Qarayevin yeni şeiri

Sərxoşdum, içib ayıldım - Mahir N. Qarayevin yeni şeiri
26 iyun 2023
# 12:00

Kulis.az Mahir N.Qarayevin yeni şeirini təqdim edir.

Bu qarşı dağ Savalandı –
baxdım, könlüm havalandı;
nə yaram qaysaq bağlayan,
nə dərdlərim sağalandı...

Hər nəyim var hədər mənim,
bu kəmfürsət qədər mənim -
ilimə bir sevinc düşür,
günümə yüz kədər mənim!

Bəlkə yüz deyil, əllidi,
əlli də yüzə bəllidi;
dəmir qapı Dərbənddi bu,
billah, bu da təsəllidi...

Bu evin içi bayırdı,
sərxoşdum, içib ayıldım -
beş sayıbsa fələk sayıb,
mən hələ üçü sayırdım!

Nə fərqi nə saymağının,
sayı üçdü barmağımın;
sayını gerçək bilirəm
ömürdən nə qalmağının...

Bu dənizin hənirtisi,
gəmisinin göyərtəsi -
ya götürər bu gün məni,
ya gələn günün ertəsi!

Bu daş qala Əlincədi,
daşları əlcə-əlcədi;
əcəl məni girləməsin,
mənimki də ölüncədi...

Ölüncə bayırdı yerim,
çöldəyəm, çayırdı yerim -
dəmir qapı Dərbənddi bu,
daş qapı Bayıldı yerim!

Titrədi, tərpəndi qatar,
adladı Dərbəndi qatar;
öldür, Allah, öldür məni,
ya da qurtar... qurtar... qurtar...

Bu qarşı dağ Savalandı,
baxdım, könlüm havalandı -
dəmir qapı Dərbənddi bu,
qalan qapılar yalandı!..

# 2293 dəfə oxunub

Oxşar xəbərlər

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
“Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi?

“Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi?

14:00 18 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər