Kleopatra haqqında 15 maraqlı fakt

Kleopatra haqqında 15 maraqlı fakt
19 noyabr 2022
# 17:00

Kulis.az tarixin əfsanəvi qadınlarından biri olan Kleopatra haqqında 15 maraqlı faktı təqdim edir:

1. Kleopatra Ptolemeylər sülaləsində bu adı daşıyan yeddinci qadın idi .

Buna görə "Kleopatra VII Filopatr" kimi də tanınırdı.

2. Niyə Misir kraliçasına yunan adı verilib?

Çünki o, yunan idi. Kleopatranın ailəsi Yunanıstandan Misirə köçüb. O, Misirdə anadan olsa da, Makedoniya əsilli idi. Kleopatra Misirdə danışmağı və yazmağı öyrənən ilk Ptolemey hökmdarı idi. 300 il ərzində onun ailəsi yalnız yunan dilində danışırdı, buna görə məhkəmə sənədləri həm Yunan, həm də Misirdə ikidilli idi.

3. Kleopatra 7 dil bilirdi.

Kleopatranın ailəsi yunanca danışırdı. O, öz ailəsində yerli mədəniyyəti, qədim adət-ənənələri və Misir Tanrılarını mənimsəyən ilk şəxs idi. O dövrün tarixçilərinə görə, Kleopatra öz dilindən başqa ivrit, ərəb, fars, erməni, həbəş və somali dillərini də oxuyub yaza bilirdi.

4. Kleopatranın məşhur göz makiyajı bir qoruma üsulu idi.

“Analytical Chemistry” jurnalında dərc olunan məqalədə misirlilərin göz makiyajından gözləri qorumaq üçün istifadə etdiyi qeyd edilib. Bu makiyajdakı qurğuşun duzunun miqdar önəmlidir.
Kleopatranın makiyajında 4 qurğuşun əsaslı maddə var idi və o Qədim Misirdə olduqca geniş yayılan göz infeksiyasının qarşısını almaq üçün bundan istifadə edirdi.

5. Düşünüldüyü qədər gözəl deyildi.

Müasirləri onun gözəlliyini zahiri görkəmindən daha çox zəkasında, xarakterində, xarizmasında görürdülər. Plutarxın fikrincə, o, ağlı, cazibədarlığı və "səsindəki şirinlik" ilə insanları ovsunlamağı bacarıb.

6. “Onun səsi çoxsimli musiqi alətinə bənzəyirdi.

Səsindəki ahəngdarlığa görə istədiyi dildə sözləri asanlıqla tələffüz edə bilirdi.

7. Kleopatranın indiki Ölü dənizdə ətir fabriki var idi.

Ölü dənizdə Kleopatranın ətir fabrikinin qalıqları tapılıb. Bu yer həm də gözəllik və spa salonu kimi istifadə olunub.

8. Kleopatra hər iki qardaşı ilə evlənib.

Kleopatra ilk dəfə 10 yaşında olan qardaşı 13-cü Ptolemeylə evləndi. Atası ölməzdən əvvəl Misir krallığının kiçik oğlu Ptolemeyə keçməsini istəyirdi. O, qızı Kleopatra və sağ qalan oğlunun evlənərək hakimiyyəti birgə davam etdirməsini arzulayırdı. Qoca ata XII Ptolemey eramızdan əvvəl 51-ci ildə öldü və Kleopatra kağız üzərində də olsa, öz qardaşı ilə evləndi. Onların evliliyi 3 il davam etdi. Qardaşı öldürüldükdən sonra Kleopatra təkbaşına hakimiyyəti ələ keçirdi. Bu qardaşının ölümündən 7 il sonra o, digər qardaşı XIV Ptolemey ilə evləndi.

9. Sezarla arasında böyük yaş fərqi var idi.

Sezar Kleopatraya aşiq olanda onun 52, Kleopatranın isə cəmi 21 yaşında var idi. Romanın istilasından sonra onlar sevgili oldular.

10. Yuli Sezar Venera məbədində Kleopatranın heykəlini ucaltdı.

Sezar Romadakı Venera məbədində Kleopatranın heykəlini ucaltmışdı.

11. Kleopatra təkcə hökmdar deyil, həm də ana idi.

Kleopatranın bacı-qardaşlarının övladı olmasa da, onun həm Yuli Sezar, həm də Antonidən uşaqları olub.

12. Pul xərcləməyi sevirdi.

Kleopatra krallıq gəlirinin təxminən 50%-ni gözəllik və digər dəbdəbələrə xərcləmişdi. Amma o, xalqının haqqını yemirdi.

13. Kleopatranın bir kokteyl üçün xərclədiyi məbləğ 16.000.000 dollardan çox olub.

Kleopatra bir dəfə Antoni ilə yalnız bir yeməyə 10 milyon 16,7 milyon dollar xərcləyə bilələcəyini mərc edir. Və Antoni bundan dəhşətə gəlir.

14. Kleopatra intihar edərək dünyasını dəyişib.

Kleopatranın ölümü ilə bağlı çoxlu şayiələr var. Onlardan ən məşhuru onun özünü ilana dişlətdirərək öldürməsidir. Qədim tarixçi Strabon yazır ki, Kleopatra həmişə yanında zəhərli daraq gəzdirirmiş. Ehtimal olunur ki, o, sözügedən daraqla da özünü öldürüb.

15. Kleopatra öləndə cəmi 39 yaşında idi və onun məzarı hələ də tapılmayıb.

Arxeoloqlar axtarışlara davam etsələr də, hələ ki, Kleopatra və Mark Antoninin qəbiriləri tapa bilməyiblər. Bununla belə, Misir Qədim Əşyalar Xidməti onun İsgəndəriyyənin cənub-qərbindəki “Taposiris Magna” məbədində və ya onun yaxınlığında olduğuna inanır.

# 14031 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #