"Bu mətnə, əlbəttə, hekayə demək olmaz" - Hekayə müzakirəsi

"Bu mətnə, əlbəttə, hekayə demək olmaz" - Hekayə müzakirəsi
27 oktyabr 2023
# 12:00


Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Şəfiqə Şəfanın "Üzüm oğruları" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.




Teatrdan qovulan aktyorların son vəziyyəti – Samirə Əşrəf yazır...

Samirə Əşrəf:

"Hekayə çox xoşuma gəldi. Sadə, səliqəli hekayədir. Niyəsə bizə elə gəlir ki, hekayənin maraqlı olması üçün mütləq qeyri-adi hadisələr, ölüm-itim olmalıdır. Ancaq Şəfiqənin hekayəsində bunlar yoxdur. Sadəcə, maraqlı iş ortaya qoyub. Sadə bir qadının həyatı fonunda qaçqınlığı bu şəkildə göstərə bilmək məharət tələb eləyir. Mən Şəfiqəni tərcüməçi kimi tanımışam. Bu ondan oxuduğum ilk hekayədir. Yazıçı nəfəsi duyulan yaxşı bir hekayə oxudum".

Xudavi - Rəvan Cavid

Rəvan Cavid:

"Bu mətnə, əlbəttə, hekayə demək olmaz. Hadisə, obraz, təhkiyə yarımçıqdır. Üzüm haqqında essedir bu. Əgər müəllifin iddiasına inansaq, hekayə kimi dəyərləndirsək, köhnə sovet mətnlərindən özünü dartıb çıxaran, amma üstündə hələ də gərəksiz romantik vicdan nəsnələri yapışmış bir mətn kimi qiymətləndirə bilərik. Müəllifə uğurlar!"

Literaz.com | Rəqsanə Süleyman. Onların həyatı. r e s e n z i y a

Rəqsanə Süleyman:

"Hekayədə yaxşı həll olunmuş məsələlər var. Qəhrəmanımız maddi baxımdan sıxıntılı biridir. Bir otaqlı kirayə evində ehtiyac içində yaşayır və ömründə heç kimin bir çöpünə də göz dikməmişəm, deyir. Tanıdığımız, bildiyimiz "ürəyi hər istədiyinə xərcləyən", ya da "imkansızlıqdan çörəyi də çatdırmıram - deyib, - boğazından kəsən" fiqur deyil. Aşağı təbəqə adamı, ancaq ürəyi istəyir deyə, bir salxım üzümdən ötrü son qara qəpiyindən keçən adamdır. Qəlib və köhnə obraz yox, yetəri qədər realdır. Hekayənin ilkin mesajı budur: bütün insanlar - acgözündən gözütoxuna, varlı-kasıb, qadın-kişi olmasından asılı olmayaraq, ən adi bir ehtiyacdan nəfslərinə hakim kəsilə bilmirlər. Çünki nəfs hər birimizin mənəvi mərkəzi sinir sistemidir. Hekayə bu məqamları həll etsə də, hələlik obraz öz həllini tapmamış kimi görünür. Obrazın öz həllini tapması üçün qəhrəman qadın-kişi fərqi qoyulmadan çatdırılmalı idi - ortada bir kişi və ya qadın nəfsi problemi qalmasın deyə. Amma sona yaxın nə görürük? Eyni situasiyadan keçmiş günah ortağı kişi.

Son olaraq, təsadüf mistikası, həqiqi yumor, köməkdarlıq qismində yenə müəllifin mifik şüurundan qaynaqlanan Xızır peyğəmbərin çıxması ilə hekayə bir qədər məcazlaşıb bağlanır. Şəfiqə xanım sağ olsun, "Üzüm oğruları" hekayəsi ilə ədəbiyyatımız çoxluqlar boşluğundan bir hekayə də qazandı."

Qırmızı ayaqqabılar - Orxan Həsəni

Orxan Həsəni:

"Şəfiqə xanımın "Üzüm oğruları" hekayəsi mənə orta məktəbdə oxuduğum bir hekayəti xatırlatdı. Qarı əlində zənbil yolla gedir. Zənbilin içində almalar var. Cavan səssiz yaxınlaşıb zənbildən çürük bir alma oğurlayır. Onu yeyib bitirəndən sonra qarını keçib getmək istəyir. Bu vaxt qarı onu saxlayır və zənbildəki ən iri, dadlı almanı ona hədiyyə edir.

Məncə, hekayənin mahiyyətini bircə cümləylə ifadə eləmək olar: ya elə ya belə - hamı öz qismətini yeyir. Bu mətni, təssüf ki, hekayədən çox hikmətli əhvalata çevirir".

# 3015 dəfə oxunub

Oxşar xəbərlər

Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

12:00 29 avqust 2026
"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın  "Qızıl pillələri"

"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın "Qızıl pillələri"

17:30 28 avqust 2026
"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?

"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?

17:30 27 avqust 2026
Ömrün mərhələləri kətan üzərində - İtalyan rəssamdan  “Zamanın müdriklik alleqoriyası”

Ömrün mərhələləri kətan üzərində - İtalyan rəssamdan “Zamanın müdriklik alleqoriyası”

13:10 27 avqust 2026
Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

14:20 26 avqust 2026
“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

12:40 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər