Səfəvilərdə az vərəqlənən səhifə: Sünni qadınla evlənən sehrli ideoloq Şeyx Cüneyd kim idi? - Qırmızı tarix

Səfəvilərdə az vərəqlənən səhifə: Sünni qadınla evlənən sehrli ideoloq Şeyx Cüneyd kim idi? - Qırmızı tarix
11 avqust 2021
# 12:03

Kulis.az "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" kitabından bir parçanı təqdim edir.

"Səfəvilərdə az vərəqlənən səhifə - Şeyx Cüneyd amili"

Təriqətin və sülalənin banisi Şeyx Səfiəddindən sonra şəcərəyə yeni ruh qazandıran Şeyx Cüneyd Səfəvilər tarixində sehrli ideoloq hesab oluna bilər. Tarix kitablarında lazımi qiymətini almayan bu şəxsiyyət əslində qızılbaşlar tarixində ən funksional halqadır. Məhz Cüneydin səpdiyi toxumlar sayəsində Səfəvilər dirçəldi, tarixdə heç vaxt toplamadığı qədər tərəfdara sahib oldu. Cüneydin daha bir özəlliyi onda idi ki, əsl dini liderlərə xas ilahi cəzbi var idi. Ona gələn müridlər ömür boyu şəksiz sadiqlik göstərirdi. Tarix kitablarımızda keçən abzasları xatırladaraq bir analogiya aparaq:

“Əkinçi” baba və “biçinçi” nəvənin “dastan”ı

1449-cu ildə Ərdəbildən çıxarıldıqdan sonra Cüneyd Suriyada, Orta Asiyada, Kilikiyada, Trabzonda oldu. 4 il burada qaldı və yaxınlıqda türk tayfalarında müridlərinin sayını xeyli artırdı. Ustaclı, şamlı, rumlu, əfşar, qacar, təkəli, zülqədər, varsağ, bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı, talış sufiləri də Səfəvilərə qoşuldu. İndi isə bu hadisədən düz 50 il sonra balaca İsmayılın çoxsaylı tərədarları ilə getdiyi yola və onun ətrafına toplaşan tayfalara diqqət edək: “Deyləmdən Taroma gəldilər. Burada rum və şam tayfaları onlara qoşuldular. Taromda qoşuna baxış keçirildi, onun sayı 1500 nəfərə çatırdı.

İsmayıl Qızılüzən çayı üzərində məskunlaşan Şamlu tayfasını qızılbaşlara cəlb etmək məqsədilə Gilandan birbaşa Ərdəbilə yox, Xalxalın cənub və cənub-qərbini dolaşaraq Ərdəbilə daxil oldu. Qızılbaş başçılarının yığıncağında Kiçik Asiyaya, Ərzincana, Suriyaya getmək qərara alındı. Çünki burada onun bayrağı altına toplaşa biləcək xeyli sayda tərəfdarları var idi.

1500-cü ildə Göyçə gölünün cənub sahilinə gəldi. İbrahim Aminin məlumatına görə bu bölgədən onun qoşununa ərəşli və zülqədər tayfasında tərəfdarlar qatıldı. Mingöldən keçərkən ona ustaclılar, Ərzincanda isə ona 7 min nəfər şamlu, qaramanlı, ustaclu, rumlu, təkəli, zülqədər, əfşar, qacar, vasağ, Qaradağ sufiləri qoşuldu”.

Fikir verin, İsmayılın ordusuna qoşulan bütün tayfalar 50 il qabaq Cüneydin ətfafına toplaşan şəxslər və onların davamçıları, yəni eyni tayfanın nümayəndələri idi. Sanki baba 50 il qabaq bu coğrafiyaları gəzə-gəzə toxum səpir, 50 ildən sonra nəvə atın belinə atlanıb hazır məhsulu toplaya-toplaya doğma yurduna qayıdır. 1501-ci ildə Təbrizə daxil olanda İsmayıla bircə özünü şah elan etmək qalmışdı. Çünki onun ayağını yumağa hazır olan və illərlə bu günü gözləyən, orduya çevrilmiş minlərlə tərəfdarı var idi.

Şiəlik silah kimi

Akademik, görkəmli tarixçi Ziya Bünyadovun fikrincə şiə Şeyx Cüneydin Trabzonda süni Uzun Həsənin bacısı Xədicəbəyimlə evlənməsi ilginc bir məsələnin üstünü açır. Bu hadisədən əvvəl və sonra süni-şiə məsələlərində ən xırda detallara da həssaslıqla yanaşılsa da, Cüneyd sünni bir qadınla ailə həyatı qurur. Akademikin fikrincə, Cüneyd və onun xələfləri siyasi xadimlər idilər və şiəlikdən məqsədə çatmaq üçün bir vasitə kimi istifadə edirdilər.

# 6984 dəfə oxunub

Oxşar xəbərlər

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər