Seyran Səxavət deyir ki...

Seyran Səxavət deyir ki...
28 dekabr 2019
# 12:03

- İnsan yalnız ölümə yaltaqlana bilmir.

- Nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı, laaaap aşağıdan laaaap yuxarıya qədər kim özünü kişi hesab edir etsin - mən özümü kişi hesab eləmirəm və 25 il bundan qabaq kişilikdən istefa vermişəm.

- Yalan yaltaqlığın lirikasıdır.

- Baba ilə nəvə ona görə bir-birini çox istəyir ki, ikisi də bir ağılda olur.

- İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar.

- İnsan ölənə qədər öyrənir, düzdür, ancaq öləndə də öyrənir - ölməyi öyrənir...

- Dünya Allahın çin olmuş yuxusudur.

- Xalqın uğrunda ölməyə dəyməz, çünki xalqa həqiqət deyil - həqiqətin yolunda ölmək lazımdır.

- Cümlə qurmaq dövlət qurmaq qədər çətindir!

- Ən asan şey dünyaya gəlməkdir, çünki burda sənin heç bir zəhmətin yoxdur.

- Qız uşağı sevinəndə Allah da gülümsəyir. Allahın dodaqlarına təbəssüm qonanda o, bəşəriyyətə qarşı daha çox mərhəmətli olur.

- Yumruq boyda daş, milyon illər boyu sıxılmış Yer kürəsi boyda torpaqdır.

- Mənə elə gəlir ki, Allah bütün dünyanı bizim kəndin üstündən idarə eləyir.

- Şuşa ucalığından baxanda Təbriz , Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü - bu gün isə Şuşanın özünü görə bilmirik.

- Yoooox!!! Sənin dediyin o həqiqət doğulmayacaq - Sən də, Mən də, O da yığışıb o həqiqəti abort elətdirməliyik! (“Qızıl teşt” tamaşasından - 1988-ci il).

- Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı - eləcə çürük idi.

- Əgər Abdulla da davadan qayıtmasaydı, tarix kitabında yazacaqdılar ki, Sovet xalqı İkinci Dünya müharibəsində iyirmi milyon bir nəfər adam itirib.

- Qızlarının üzü gülməyən məmləkətin gələcəyi ağlar qalar.

- Bizim Milli Məclisdəki deputatların 99,9 faizinin yediyi çörəyə heç vaxt and içmərəm, əgər and içsəm bilin ki, yalandan and içirəm.

- Dünyanın ən xoşbəxt xalqı, dünyanın ən az yalan danışan xalqıdır.

- Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə.

P.S. Seyran Səxavət nə deyir eeee?!
Deyir dəəəə...

# 4495 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 24 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər