2020-ci ildə pandemiya səbəbilə bir çox mədəniyyət ocaqları qapadılsa da, il ərzində ölkəmiz üçün kifayət qədər yaddaqalan hadisə baş verdi. Kulis.az ötən il ərzində ölkədə və dünyada baş verən önəmli ədəbi-mədəni hadisələrin xülasəsini təqdim edir.
İl ərzində ədəbiyyat sahəsində baş verən hadisələr:
Şair Baba Vəziroğlu “Şöhrət” ordeni ilə təltif edildi.
***
Fransa Senatının sərəncamıyla 1980-ci ildə Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycan yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçildi.
***
“Nika” Rusiya Kinematoqrafiya Sənətləri Akademiyasının vitse-prezidenti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyov "Şərəf və ləyaqətə görə" "Nika"ya layiq görüldü.
***
Kulis.az "Sözün güneyi" adlı yeni layihəyə start verdi və Cənubi Azərbaycan yazıçılarının əsərləri silsilə yayımlandı, onlar haqda tənqidi yazılar yazıldı.
***
Kulis.azın daha bir layihəsi ədəbi-tənqidin və oxucuların diqqətini çəkdi: “Hekayə günü” Bu gün yayımlanan hekayələr müzakirələrə səbəb oldu.
***
İlk dəfə monqol dilinin orijinalından hekayələr çevrilərək yayımlandı.
***
Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı, Nadir Adilmanın “O gələcəkmi?”, Reyhan Həsənovanın “Göydən üç alma düşdü”, Mübariz Örənin “Sodomor” kitabları Fransada işıq üzü gördü.
***
İlin ən çox müzakirə olunan romanları bunlar oldu: Kamal Abdulla - “Sirlərin sərgüzəşti”, Əjdər Ol – “Lo”, Pərviz Cəbrayıl “Məryəm surəsi”, Aqşin Yenisey – “Tarix və tale”, Şamxal Həsənov – “Səs və ya qırmızı”...
***
Gənc şair Amil Amal “Evə gələndə sevgi al” kitabını Kulis.azda əqdim etdi
***
Ramiz Rövşən və Vahid Əzizə Xalq şairi, Kamal Abdulla və Afaq Məsuda Xalq yazıçısı adı verildi
***
Ölkə başçısı Ramiz Rövşənə mənzil hədiyyə etdi
***
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevi “Dostluq” ordeni ilə təltif etdi.
***
“Mücrü” nəşriyyatının rəsmi açılış mərasimi baş tutdu.
***
Hollandiya yazıçısı Marika Lukas Reyneveld Beynəlxalq Buker Mükafatının qalibi oldu
***
Xalq şairi Fikrət Qocaya "İstiqlal" ordeni verildi.
***
2020-ciil ədəbiyyat üzrə Nobel mükafatı amerikalı şair Luiza Qlüka verildi.
***
Əlif Şəfəqin ermənipərəst mövqe sərgilədiyini əsas gətirərək Azərbaycanda bir neçə kitab mağazası onun romanlarının satışını dayandırdı
***
Qonkur mükafatının bu ilki qalibi fransız yazıçı Erve Le Telye oldu.
***
Xalq yazıçısı Kamal Abdulla "Şərəf" ordeni ilə təltif edildi.
***
Xalq şairi Vahid Əzizə Prezidentin fərdi təqaüdü verildi.
Mədəniyyət və incəsənət sahəsində baş vermiş önəmli hadisələr:
Şamil Əliyevin “Çölçü” filmi 2020-ci ildə uğur qazanan ilk filmimiz oldu.
***
Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edildi
***
Brüssel İncəsənət Sarayında təşkil edilən “Bridges” film festivalında rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi nümayiş olundu.
***
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edildi.
***
Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriyada klassik musiqi sahəsində nüfuzlu Mədəniyyət üzrə “Qran- Pri” (Grand Prix de la Culture) mükafatına layiq görüldü.
***
Gənc pianoçu Leyla Zeynalova 9-16 fevral tarixində Estoniyanın Narva şəhərində keçirilən XIII Beynəlxalq Şopen Müsabiqəsində “Qran-pri”-yə layiq görüldü.
***
Martın 9-da Avstriyanın Baden şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu konsert proqramı ilə çıxış etdi.
***
Prezident İlham Əliyev Şəfiqə Məmmədovanı 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi.
***
Xalq artisti Niyaməddin Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi.
**
“Mücrü” jurnalı təsis edildi.
***
Kann Film Festivalı 2021-ci ilə qədər təxirə salındı
***
Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan “Suğra və oğulları” filmi çəkildi.
***
Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edildi.
***
“Oskar” mükafat gecəsi koronavirus səbəbilə 2021-ci ilin 25 aprel tarixinə ertələndi.
***
Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edildi.
***
Azərbaycan kino tarixində ilk dəfə Venesiya Film Festivalında “Qızıl Şir” mükafatı uğrunda yarışacaq filmlər sırasına azərbaycanlı rejissor Hilal Baydarovun quruluş verdiyi “Səpələnmiş ölümlər arasında” filmi yer aldı.
***
Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayevi öz ərizəsi ilə işdən azad edildi.
***
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 26-cı Sarayevo Film Festivalında qalib oldu.
***
“Aranfilm” Yaradıcılıq Mərkəzi fəaliyyətini dayandırdı
***
UNESCO 18 noyabr tarixini “Beynəlxalq İslam Mədəniyyəti Günü” elan etdi
***
V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
***
Şəhid Xudayar Yusifzadənin oxuduğu təsnifə onun adı verildi.
***
Türk Dünyasının Mahnı Müsabiqəsi "Türkvizyon-2020"nin qalibi ukraynalı müğənni Natalya Papazoğlu oldu.
***
Elmar Bayramovun "Let me run" ("İzn ver qaçım") qısametrajlı filmi Londonda keçirilən "Fighting Spirit Film" beynəlxalq kinofestivalında "Ən yaxşı xarici film" mükafatına layiq görüldü.
***
Mənsum İbrahimov "Şərəf" ordeni ilə təltif edildi.
***
Bütün dünya – o cümlədən ədəbiyyat və mədəniyyət dünyası Covid-19 pandemiyasından xeyli zərər gördü. Bir çox tədbirlər təxirə salındı, bir çoxu onlayn həyata keçirildi, bir çox insanlar virusa yoluxdu, bəziləri dünyasını dəyişdi.
Ümid edirik Yeni 2021-ci il – sənəd cameəsi də daxil hamı üçün uğurlu il olacaq!
Yeni iliniz mübarək!