Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam

Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
4 dekabr 2020
# 15:03

Bizim çox qara bayramlarımız, faciələrimiz olub, amma bu gün onların hamısından fərqlənir. Çünki biz bu dəfə qalib gəlmişik və şəhidlərimizi başımız dik, alnımız açıq yad edəcəyik.

Bu dəfə kədərli olduğumuz qədər də qürurlu və məğruruq.
Dünən şəhid sayı açıqlandı: 2783!
Himnimizin sözləri yadıma düşdü

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Hüququndan keçən əsgər,
Hərə bir qəhraman oldu!

Hüququndan keçən əsgər... Bu hüquq yaşamaq hüququdur. Hər kəsin yaşamaq hüququ var, amma Vətən uğrunda bu hüququndan keçən əsgərlər bizim qəhramanlarımıza çevrildilər.

2783 gözəl adam!

Artıq göy üzündə ruhu daim bizimlə olacaq 2783 əsgərimiz var.
Artıq bu torpaqlara Vətən deyə bilməyimiz üçün 2783 istinad nöqtəmiz var.

Onlar bizim üçün, bu Vətən üçün ölümə gülə-gülə, oynaya-oynaya, oxuya-oxuya getdilər.
Biz bu gün Xocalını yad edəcəyik, “20 yanvar”ı yad edəcəyik.
Biz bu gün Bərdəni yad edəcəyik, Gəncəni yad edəcəyik.
Biz bu gün Mübariz İbrahimovu, Polad Həşimovu,
Allahverdi Bağırovu, Xudayarı yad edəcəyik.
Biz bu gün Çingiz Mustafayevi, Salatın Əsgərovanı yad edəcəyik.

Bundan sonra 2783 qat daha məsuliyyətli olmalıyıq Vətən qarşısında. 2783 dəfə daha çox sevməliyik Onu.

Ey bu Vətən uğrunda canından keçmiş şəhidlərimiz. Biz sizi özümüzdən də çox sevirik. Biz sizin ruhlarınız qarşısında baş əyirik. Biz həmişə sizə borclu qalacağıq.

Azad etdiyiniz məmləkəti göz bəbəyimiz kimi qoruyacağıq!

Ruhunuz şad olsun!

# 11412 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər