Azərbaycanlı parfümerdən təhlükəli eksperiment: "Ətirlərinə nəcis qatdım..."

Azərbaycanlı parfümerdən təhlükəli eksperiment: "Ətirlərinə nəcis qatdım..."
4 may 2021
# 11:01

Kulis.az azərbaycanlı ətriyyatçı Murad Məsudun son günlər etdiyi eksperimentlər bağlı yazdığı mətni təqdim edir.

“Netflix”də Türkiyəni yeni, “Fatma” adlı serialı yayımlandı. Əri həbsxanaya düşür, qüsurlu övladı ilə tək qoyur qadını. Sonradan uşaq qəzada dünyasını dəyişir. Əri həbsdən çıxsa da, sonradan it-bat olur, bu dəfə də övladsız tək qoyur qadını.

Fatma düşünür ki, ərinin başına nəsə bir iş gəlib, qurdalayır məsələləri. Məlum olur ki, ərinin kimlərəsə borcu var. İlk borclu olduğu adamı öldürür, istəmədən. Sonra isə 2, 3, 4... Dayanmadan öldürür.

Əslində qətl edilən başqalarıdır, ancaq ölən Fatmadır. Hər vəchlə cinayətləri haqda gah polisə, gah da qoca yazara danışmaq istəyir. Düşünür ki, danışsa rahatlayar. İçində saxladıqca daha çox öldürür. Ancaq ciddiyə almırlar. İnanmırlar.

Filmin sonu da başqa bir adamı öldürməklə bitir. Özünü!

Bəli, özü özünə başqalaşır, yadlaşır. Sonda da həmin o başqa adamı öldürür.

Görürsən ki, bəzən düz danışanda inandırıcı alınmır. Açığı, yalan danışanda da inandırıcı olmur. Ancaq yalan deyəndə ən azından diqqət çəkir.

***

Bu yaxınlarda kiçik bir sınaq təşkil etdim. Bir neçə qoxunu qatdım bir-birinə, elan verib, könüllülər tapdım, dedim sınayın.

Hamı burnunu büzdü. Hətta neçə illik ətriyyatçı karyeramı sorğulamağa başlayanlar oldu ki, bu nədir, biz də səni parfümer bilirdik.

İş yoldaşlarım məzələnmək üçün bir birilərinin üzərinə bu ətirdən püskürdürdülər. (Ətir çox spesifik idi) Mən də sakitcə müşahidə edirəm. Bir tərəfdən yazığım da gəlir. Bir tərəfdən də qəzəblənirəm ki, nə edirlərsə, haqlı edirlər, sizə. Mənə də.

Aralarında məsələyə ən ciddi yanaşan Sərdar Amin oldu. O da dedi ki, bəs bundan acı yovşan, at təri, at sidiyi qoxusu gəlir. Bir də köhnə kişilərin qoxusu. Xoşuma gəldi. Bəlkə də bu ciddiyətlə, həssasiyyətlə ən ağır fikirləri də desəydi, yenə xoş olardı. Çünkü həqiqətən də, bu qoxunu sidik, nəcis, diş arasında çürüyən qida qalığı və digər "iyrənc" qoxulardan toplamışdım.

Məlumatı olmayanlara onu da deyim ki, əslində insanların ətir tərkiblərində özlərinin də xəbəri olmadan axtardıqları elə bu tip qoxulardır; özümüzdən olan qoxular: nəcis, sidik, tər, qan...

Lağa qoyanlar, gülənlər, çoxu mənim daimi müştərilərimdi. Məsxəryə qoyduqları qatqıları mütəmadi olaraq onların ətirinə qataraq vermişəm. Onlar da kimisi uşağının boğazından, kimisi bazlığının pulundan kəsib gətirib verib mənə. Hələ bir üstəlik qaldırıb dağın başına da qoyublar.

Mən açığı bu eksperimenti təşkil edəndə düşünmürdüm ki, bu haqda uzunçuluq edərəm. Uzaq başı “Facebook”da bir kəlmə statusla bitirəcəkdim mövzunu. Ancaq orda ciddi şeylər yazırsan gülürlər.
Həqiqəti yazırsan inanmırlar.

Keçən dəfə yazmışam ki, “parkovşik”lərə hay can deyəndə qarşılığında gülümsəyirlər. Xeylaq adam bu statusuma gülüş smayliki atıb.

İndi bu yazını burda yazıram ki, belə şeylə qarşılaşmayım. Əslində, bəlkə də gülməlidir, ancaq mən gülənləri görməyəcəm.

İllərdir ətirlərinə nəcis qatıram. Az olanda yaxşı olur, bu onların uğurudur ki, yaxşı ətir alıblar. Çox olanda isə səni söyürlər, pis ətir hazırlamısan.

Ətirlərin içində sizə tanış qoxu olmasa, onu sevməyiniz sual altındadır. Ancaq o tanışın nə olduğunu tapa bilsəz, o zaman bütün sehr itəcək.

Ətriyyatçı olaraq üzərində ən çox çalışdığım uyğun nisbəti tapmaq və qatdığım maddələri gizlin saxlamaqdır.

..çünki həqiqətən digər qoxuları da qatmışdım...

# 4396 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #