Amerikanın gizli əyləncəsi

Amerikanın gizli əyləncəsi
22 iyun 2011
# 06:00
Adəmin qadağan olunmuş almanı yeməsi

Dini kitablarda Adəmin cənnətdən qovulması qadağan olunmuş almanı yeməsi ilə izah olunur. Allah insana cənnətdə yaşamağa bir şərtlə icazə verir: bu ağacdakı almanı yeməyin. Həvvanın inadı ilə Adəm almanı yeyir. İnsan qapalı, qadağan olan bir şeyin gizliliyinə şirnikir və onu etməyə meyllənir. O almanı yemək qərarı, şübhəsiz alınmış ən səhv qərardır.

“Troya atı”

E.ə 12-ci minillikdə bir-biriləri ilə münaqişədə olan yunanlılar və troyalılar qarşı-qarşıya gəlir. Yunanlılar şəhəri iki həftə mühasirədə saxlayır. Ancaq troyalılar təslim olmurlar. Yunanlılar sonunda taxtadan at düzəldib içində gizlənər və atı da Troyanın qapısına qoyar. Yunanlıların təslim olduğunu düşünərək hədiyyəni qəbul edirlər. “Troya atı” haqqında olan hadisənin sonu hər kəsə məlumdur...

1173: Piza qalası əyridir

Avropanın turistik mərkəzlərindən sayılan Piza qalası əslində, memarın yanlış bir qərarına görə əyridir. Memarının adı bilinməsə də, proyektdə vacib bir ölçü xətasının olması aydındır. 50 metrlik qüllə az qala “Mən səhv bir qərarın nəticəsiyəm” deyərək dünyaya yan baxır.

1771: Los Ancelesin kəşfi

İspan missioner Cunipero Serra 1771-ci ildə bugünkü Los Anceles torpaqlarına gəlib buraya insan köçünün başlamasına səbəb olub. Ancaq çətin ki, Serra şəhərin indiki halını düşünə bilərdi. Los Ancelesi görən Serra burada missionerlik fəaliyyətinə başlayıb.

1912: Batar, ya batmaz?

Suya endirilmiş ən böyük gəmi Titanik də “səhv qərar”ın qurbanı olub. Transatlantik buzdağına çırpılıb ikiyə bölünəndə məlum olmuşdu ki, kifayət qədər xilasetmə jileti və qayıq olmayıb. Gəmidə əsas problem kapitanın gec duyuq düşməsində deyil, gəminin düzəldilməsi zamanı buraxılan xətalarla bağlı olub. Gəmidə ən az təhlükəsizlik məsələlərinə diqqət yetirilibmiş.

1920: Qanunlar onları pozmaq üçündür

Birinci Dünya müharibəsindən sonra başlayan böhrandan depressiyaya düşən amerikalılar içki və əyləncəyə qurşanır. Vəziyyəti aradan qaldırmaq üçün dövlət alkoqolu qadağan edir. 1920-ci ildə alınan bu qərar ölkədə vəziyyətə pisə doğru dəyişir: ölkədə daha çox alkoqol istifadə olunmağa başlayır, gizli də olsa, əyləncə davam edir. Üstəlik bu vəziyyət iqtisadiyyata daha pis təsir göstərir. 20-ci illər bütün dövrlərin ən alkoqollu illəri olaraq tarixə düşür və yalnız böhranın 1933-cü ildə qalxması ilə birlikdə sona yetir. Demək, bir şeyi qadağan etmək pis bir qərardır.

1962: “Bitlz”ı rədd etmək?

O zamanlar “Decca Records” şirkəti “Bitlz” qrupunun 15 mahnıdan ibarət səs yazılarını “gitara dınqıltısı” adlandıraraq rədd edib. “Bitlz” da mahnılarını “Parlophone” adlı səsyazma şirkətinə verir. Beləcə, qrup sonradan “İsadan belə məşhur” olurlar. Yəqin ki bu vəziyyətdə ən çox peşman olan “Decca Records” şirkətinin rəhbəri olub.


Günel ƏSGƏRZADƏ
# 2143 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

12:00 23 aprel 2026
"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər