Cülyetta tək qalmışdı - REPORTAJ FOTOSESSİYA
18 may 2011
11:28
Ramilə QURBANLI
Gənc Tamaşaçılar Teatrında gənclərin sevimli mövzusuna, məhəbbətə müraciət olunub. Teatrın baş rejissoru Cənnət Səlimova Şeksprin “Romeo və Cülyetta” əsərini tamaşaya hazırlayır. Kulis.az məşq prosesində müşahidə edib.
Teatrın demək olar ki, bütün heyəti səhnədədir. Kütləvi epizodu məşq edirlər, Romeo ilə Tibaltın savaş səhnəsini.
Çox keçmir ki, səhnədə qan axıdılır. Əlqərəz, əsərin mövzusu zatən hamıya tanışdır.
İndi tabutu aparırlar, Cənnət xanım bir sözü bir-neçə dəfə təkrar edir, bəzən bir səhnəni dəfələrlə yenidən məşq edirlər.
Bu gedişatda hərdən rejissorun da əsəbləri tarıma çəkilir, aktyorların da. Elə olur ki, hansı aktyorun günahındansa onun tərəf müqabili də eyni səhnəni dəfələrlə məşq etməli olur. Pərdə arxasına keçəndə biri o birinin qarasına deyinir.
Belə məqamlarda rejissor alovlanan ocağa öz şirin dili ilə su səpməsə çətin söndürüləcək yanğın qaçılmaz olar. Cənnət xanım da bu arada “milaya”, “daraqaya” kimi ifadələri işə salır.
Hə, rus ifadələri işlətdim yadıma əsərin tərcüməsi düşdü. Bilmirəm, “Romeo və Cülyetta” kimi bir klassik əsərin tərcüməsimi bərbaddır, yoxsa səhnəyə çıxarmaq üçün edilən ixtisarlar, nəticədə tamaşanın dili “erməni budaq cümləsi” alınır.
Məsələn, dayə deyir ki, “Tanrım, bu qız, hara itdi...”, cümlə sadə insanın işlətdiyi ifadəyə bənzəmir. Elə bil aktrisa pafosla dövlət başçısını vəsf edən, yaxud vətənə aid şer deyir. Onu sadəcə “Ay Allah, bu qız hara yoxa çıxdı” desə daha təbii alınar. Çox misallar gətirmək olar. Ümumiyyətlə, tamaşanın şer dili ilə olması bu günkü səhnə estetikasının tələblərini əksidir. İnşallah, ssenari hazırlayanlar bu qənaətə gələrlər. Xüsusən də əgər o şer ingilisdən rusa, rusdan da azərbaycan dilinə tərcümə olunubsa. Gəl ki, rejissor da Azərbaycan dilinin özəlliklərini bilməyə və bu səbəbdən nüansı tutmaya.
Nə isə, keçək məşq prosesinə. Cənnət xanımın tapdığı gənc aktrisa xalis Cülyettadır. Üz-gözündən şeytancığazlıq yağır. Cülyettanı Asya Atakişiyevadan başqa Günel Məmmədova adlı daha bir aktrisa oynayacaq, amma o bu məşqdə yox idi.
Romeonu iki gənc aktyor oynayır, Elnur Kərimov, bir də Cənnət Səlimovanın tələbəsi, Mədəniyyət və İncəsənət Universitetində 4-cü kursda oxuyan Mirzəağa Mirzəyev. Bu onun “Mənim ağ göyərçinim”, “Mən səni sevirəm” tamaşalarından sonra, üçüncü roludur. Hər üçü də əsərin qəhrəmanıdır. Hərçənd, bir gənc aktyora bu qədər imkan yaratdığı üçün Cənnət Səlimovanı qınayanlar da var. Onu başqa gənc aktyorları diqqətdən kənarda qoymaqda günahlandırırlar, amma rejissor işindən məmnundur. Teatrda elə aktyor var ki, rejissorun bu üçüncü addımından sonra etiraz əlaməti olaraq işdən çıxıb.
Romeolardan biri qızdırma içində yatdığından, o, birisi isə əsgərliyə çağrıldığından heç biri məşqə gələ bilməmişdi. Məşq prosesində Elnur Kərimov özünü çatdırdı, deyəsən əsgərlik məsələsi çıxan elə bu Romeo idi.
Sonda Cənnət Səlimova ilə bir az tamaşadan danışdıq: “Məncə, bu çox müasir əsərdir. Ona görə ki, məhəbbət mövzusu həmişə aktualdır. İndi daha çox aktualdır, niyə çünki indi dünyada nifrət artıb. Elə bir dövrə gəlib çıxmışıq ki, təcavüzlər artıb. İngiltərə kimi sivil ölkə də müharibələrə, təcavüzlərə məruz qalır. Elə bir ölkə yoxdur ki, orda müharibə olmasın. Həmin bu məsələni təhlil etmək istəyirəm. Niyə insanlar məhəbbətə deyil, nifrətə, təcavüzə meyllidir. Nifrət o qədər çoxalıb ki, “Romeo və Cülyetta” da olan kimi böyük məhəbbət əriyib yox olur. Bu tamaşada mənfi yaxud müsbət qəhrəman olmayacaq. Hər kəs müəyyən qədər günahkardır. Romeo qatildir, Tibatı öldürüb. Cülyetta əmisi oğlu məzara qoyulmamış onun qatili ilə gecə keçirir. Ona görə də nifrət dolu bu dünyada məhəbbət yaşamır. Vəziyyətin bu hala gəlib çıxmasını araşdırma, aydınlaşdırma üzərində qururuq bu tamaşanı ”.
Teatrın bütün truppası tamaşada məşğuldur. Elə dayə rolunda üç aktrisa məşq edir - Naibə Allahverdiyeva, Nübar Novruzova, Nəsibə Eldarova.
Cənnət xanım deyir ki, aktyoru rolsuz qoymaq günahdır, qoy boş qalan olmasın, hamı tamaşada rol alsın. Hər biri də yalnız öz koloritini və fantaziyasını işə salmalıdır. Cənnət xanım aktyora bu azadlığı verir. Hər üç aktrisa müxtəlif məktəb görüb. Onların hansının dayəsinin daha inandırıcı olması tamaşada özünü büruzə verəcək. Tamaşaya isə çox qalmayıb. İyun ayı “Romeo və Cülyetta”nın premyerası olmalıdır.

1746 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024