Qaliblər gəldilər-YENİLƏNİB
APA-nın Düsseldorfda “Eurovision-2011” müsabiqəsini izləmək üçün ezam olunmuş xüsusi müxbiri də həmin təyyarə ilə geri dönüb. Onun bildirdiyinə görə, qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayrılıb.
Təyyarənin bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Azərbaycanı “Eurovision-2011” yarışmasının qalibi edən təmsilçilərimiz üçün AZAL tərəfindən hazırlanmış tort təyyarədə kəsilib. Xüsusi çoşqu ilə keçən səfər barədə APA-ya danışan Eldar Qasımov bildirib ki, o, ölkəyə belə qələbə ilə qayıtdığına görə, çox xoşbəxtdir: “Biz bu xoşbəxtliyi, sevinci Bakıya yaşatdığımız üçün çox məmnunuq. Bu uğurlarımızı davam etdirməyə çalışacağıq”.
Hava Limanında “Eurovision” qaliblərini yüzlərlə insan qarşılayıb, Limanın qarşısında böyük tıxac yaranıb. Qarşılanma mərasimində iştirak edənlər “Azərbaycan!” nidalarını səsləndiriblər, onların əllərində Azərbaycan və Türkiyə bayraqları olub. Qaliblərimizi qarşılayanlar arasında millət vəkilləri Ceyhun Osmanlı və Fuad Muradov da olub.
Qarşılanmaya gələn bütün maşınlar Azərbaycan bayrağına bürünüb, maşınlardan ölkəmizin təmsilçilərinin səsləndirdikləri “Running Scared” mahnısının sədaları eşidilib.
Fanatları “Eurovision” təmsilçimizə çoxlu güllər, hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, qaliblərlə birgə Almaniyadakı Azərbaycan nümayəndə heyəti, başda gənclər və idman naziri Azad Rəhimov başda olmaqla geri dönüblər.
***
Azərbaycan “Eurovision“ qələbəsi yaşadan Eldar Qasımov və Nigar Camal onları müyiət edən nümayəndə heyəti ilə birlikdə Azərbaycana dönürlər.
APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayırılıb.
Təyyarənin Heydər Əliyev Beynəlxalq Hava Limanına səhər saat 05:00 radələrində enəcəyi gözlənilir.
APA-nın müxbiri xəbər verir ki, bütün Avropa, eyni zamanda bu il müsabiqəyə ev sahibliyi edən Almaniyanın çoxsaylı televiziya kanalları və radio dalğalarında qalib təmsilçilərimizdən danışılır. Bütün radio dalğaları Eldar Qasımov və Nigar Camalın ifa etdiyi “Running Scared” mahnısını səsləndirirlər. Şəhərin mərkəzi küçələrində əcnəbilər belə, Azərbaycan bayrağını dalğalandırırlar. Hər kəs Azərbaycan nümayəndə heyətini təbrik edir və ölkəmizə gəlmək istəyini bildirirlər.
Onu da bildirək ki, mayın 14-də keçirilən final mərhələsindən sonra Düsseldorf şəhərinin ən böyük əyləncə məkanlarından birində Azərbaycanın qalibiyyəti qeyd olunub. Azərbaycanın adı ilə bağlı olan bağlanış tədbirində digər ölkə təmsilçiləri də iştirak ediblər.

Oxşar xəbərlər
“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?
16:37
23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?
16:30
23 oktyabr 2025
İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?
16:22
22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam
13:30
22 oktyabr 2025
"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr Nobel mükafatından niyə imtina edib?
11:30
22 oktyabr 2025
Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?
15:30
21 oktyabr 2025