C. Məmmədquluzadənin “kiçik” adamları haqda monoqrafiya çap olunub

C. Məmmədquluzadənin “kiçik” adamları haqda monoqrafiya çap olunub
4 oktyabr 2012
# 09:53
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımlının “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası” monoqrafiyası nəşr olunub.

AMEA-dan AzərTAc-a bildiriblər ki, monoqrafiyada Azərbaycanın ədəbiyyat tarixində, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətləri olan demokrat yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin geniş yaradıcılığının özünəməxsusluğu, ədibin ictimai-tarixi şəraiti, dövrü, mühiti, o dövr insanlarının sosial vəziyyəti, cəmiyyətdəki mövqeyi, azadlıq və əsarəti, onun həmişəyaşar əsərlərindəki “kiçik” adamların talelərindən bəhs olunur.

Monoqrafiya “Ön söz”, giriş, üç bölmə, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Əməkdar Elm Xadimi, akademik İsa Həbibbəylinin rəyi, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu ilə işıq üzü görən yeni nəşrin ilk səhifəsində ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadə yaradıcılığı ilə bağlı fikirləri öz əksini tapıb.

“Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam problemi”, “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam probleminin sosial mahiyyəti”, “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazının mənəvi-psixoloji aləmi” adlı bölmələrdə ədibin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Anamın kitabı” və digər əsərləri müəllif tərəfindən elmi cəhətdən təhlil edilir, “kiçik” adam obrazında olan insanların hər birinə xas qəhrəmanlıqlardan söz açılır.

Yeni nəşrdə, həmçinin görkəmli ədibin yaşadığı dövrün ən vacib məsələlərinin öz əksini tapdığı və “kiçik” adam obrazlarının yer aldığı əsərlərindən nümunələr gətirilmiş, əsərlərin mövzusu, janr xüsusiyyətləri, vətənpərvərlik motivləri, sadə adamların Vətənə məhəbbəti yığcam və ümumiləşdirilmiş şəkildə şərh edilmiş, Mirzə Cəlil yaradıcılığı zəngin materiallar əsasında qiymətləndirilib.

Monoqrafiya müəllimlər, ali məktəb tələbələri, elmi-tədqiqatçılar və əbəbiyyatçılar üçün nəzərdə tutulub.
# 2258 dəfə oxunub

Oxşar xəbərlər

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər