İşə gecikənlər üçün ən yaxşı bəhanələr
15 sentyabr 2012
05:00
Səhər vaxtı əksəriyyətimizin içində yuxudan durmamaq, işə, məktəbə, universitetə getməmək istəyi baş qaldırır. “Beş dəqiqə də yatım, duracağam” deyə-deyə bir də görürsən, iş vaxtına az qalıb. İşə daima gecikənlərə biz də bəhanə sarıdan kömək göstərməyə çalışacağıq. “Yox, mən punktual insanam” deyənlər də bu yazını oxuya bilər, axı heç kim sabah nə ilə qarşılaşacağını bilmir...
Ən köhnə bəhanə: Əlbəttə ki, tıxac... İçəri donquldana-donquldana: “Bezdim bu tıxaclardan. Ömrümüz tıxaclarda keçir. Saat 8-dən evdən çıxanam, buna bax, artıq 10-dur. Gərək saat 5-dən düşək yollara” – deyib, müdirinizi qabaqlayın, “harada qaldın?” sualının verilməsinə şərait yaratmayın. Əmin olun ki, həmin gün tıxacda qalan yoldaşlarınız sizin sözünüzə qüvvət verəcək: “Yaxşı daha, oturum işləyim, onsuz da gecikmişəm”, - desəniz, müdir deməyə söz tapmayacaq.
Günahı maşının üstünə atın: Təkər partladı, yağı qurtardı, birdən yolun ortasında dayandı, su qaynatdı... Onsuz da metal parçasıdır, dili-ağzı yoxdur ki, izahat versin.
Özünüzü yaxşı vətəndaş kimi göstərin: “Elə işə gəlirdim ki, qarşımdakı iki maşın toqquşdu. Tək şahid də mənəm! Polis sənin, xəstəxana mənim, bir saatdır ki, ora-bura qaçıram”. Bundan yaxşı bəhanə axtarırsınız?!
Günahkar bürokratiyadır: “Səhər notariusda sənəd təsdiqlətməyə girdim beş dəqiqəlik. Bir xanım sənədləri alıb getdi, düz bir saata yaxın gözlədim. Az qalırdım sənədləri elə orda qoyum gedim. Heç bilməzdim bu qədər uzun çəkər”.
Bu dəfə də günahkar liftdir: “İşdən əvvəl bir yerə dəyəsi idim deyə evdən tez çıxdım. Saat 7 olardı. Birdən lift dayandı. Saat 7-də kimdi adamı eşidən?! Telefon da tutmur. Qışqırıram, eşidən yoxdur. Axır bir qonşu tezdən işə gedəndə görər qapını döyəcləyirəm, usta çağırar. Ustanın da gəlməyi, lifti düzəltməyi bir saatdan az çəkməz ki...”.
Xəstəlik həmişə işə yarayır:“Səhər durdum gördüm ürəyim bulanır, başım fırlanır. Güclə bir təhər özümü tualetə çatdırmışam, siz də məni bağışlayın. Ayaq üstə güclə dururam, dedilər yat dincəl, dedim yox, gec də olsa gərək gedəm...”.
Saat vaxtında zəng çalmadı: Yeri gəlsə, heç birinci sinif şagirdi də bəyənib işlətməz bu köhnə bəhanəni, amma siz yenə də yoxlayın. İnandırıcı olsun deyə, uşağınızın saatın vaxtını dəyişdirdiyini deyin. Zəngli saatınız telefonunuzdadırsa, onun xarab olduğunu əsas gətirin.
Heç nə ağlınıza gəlmir: Nəhayət, heç nə ağlınıza gəlmirsə, müdirinizin qulağına əyilib: “Şəxsi məsələ ilə bağlı gecikmişəm, indi deyə bilməyəcəyəm. Ümid eləyirəm, bu dəfə keçərsiniz günahımdan” – desəniz, müdiriniz böyük ehtimalla yumşalacaq. Yox əgər, yuxarıdakı bütün bəhanələrini işlədib onun səbir kasasını doldurmusunuzsa, bu bəhanənizin cavabı belə olacaq: “Nədi elə çox şəxsi məsələn? De bilək də”.
Üç mühüm xəbərdarlıq:
1. Gecikəcəyinizi bilirsinizsə, müdirə zəng vurub bildirin. Ən azından “Mobil telefon bəs nə üçündür? Gecikəcəksənsə, zəng vur da” sözünü eşitməyəcəksiniz.
2. Zəng vuranda: “Alo, alo, Filankəs müəllim, alo, səsim gəlir? alo...” – deyib guya eşitmirmiş kimi aparın özünüzü.
3. Ən son variant da budur ki, iş yoldaşınıza zəng vurub: “Müdirə zəng vururam, amma nə isə düşə bilmirəm, bir problem var, gecikəcəyəm. “Sən de da”, - deyə bilərsiniz. Amma nə badə işdən gələn hansısa zəngə cavab verəsiniz.
Ən gülməli 12 bəhanə
“Careerbuilder” internet saytı, 3100 işçi və 2400 biznesmen arasında apardığı araşdırmada gecikənlərin gətirdiyi ən gülməli 5000 bəhanəni müəyyən edib. İlk 12 bəhanəni sizə təqdim edirik:
1. Anam toyuq hücumuna məruz qaldı.
2. Barmağım boulinq topuna ilişib zədələnmişdi.
3. Əkdirdiyim saçlarda infeksiya yaranıb.
4. İşi sabaha qədər görüb qurtarmaq üçün gecəyə qədər işlədim, yorğunluqdan boynum necə düşübsə, peysərim ağrıyır.
5. Alo, bu gün işə gələ bilməyəcəyəm. Çünki qonşunun inəyi bizim evə girib, sığorta işçilərinin gəlib dəymiş ziyanı hesablamalarını gözləyirəm.
6. Sevgilim evdə balıq ovlayanı fırladanda evin pəncərəsini qırıb, yeni şüşələrin gətirilməyini gözlədim.
7. Ayağım zibil presləyən maşına ilişmişdi.
8. Axşam saat 5-də bardan zəng vuran işçi: “Sabah xəstə olacağam və işə gəlməyəcəyəm!
9. Səhər müdirə sms yazan işçi: Özümü sabah işləyəcək qədər ağıllı hesab etmirəm.
10. Məhəlləmizi Gözəlləşdirmə Dərnəyi cəzalandırmasın deyə, səhər durub otları biçməli idim, ona görə işə gələ bilmədim.
11. Bayram səhəri müdirə zəng vurub, ağır səs tonunda danışan işçi: “Dünən ballı balqabaq yeyəndə ağzım yandı, ona görə işə gələ bilmədim”.
12. Evimizin yanındakı göldə gəmiylə üzməyə çıxmışdıq, birdən benzinimiz qurtardı, qaldıq düz gölün ortasında. Xilasedicilər gəlib kömək etsələr də, bütün gecəni polis idarəsində keçirməli olduq...
P.S: İşə gəlməmək və ya gec gəlmək üçün belə yalanlar uydurmaq çox risklidir. Həmin araşdırmada məlum olub ki, 3 müdirdən 1-i işçilərinin düz deyib-demədiyini yoxlayır. Və hər 6 müdirdən 1-i əvvəl dediyi bəhanəni sübut edə bilməyən ən azı bir nəfəri işdən qovur.
Rəna Nevzat

2876 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024