Rusiya jurnalı Nizamini fars şairi kimi göstərdi

Rusiya jurnalı Nizamini fars şairi kimi göstərdi
14 avqust 2012
# 16:19
Rusiyanın “Vokruq sveta” jurnalının iyul nömrəsində Azərbaycanın dahi şairi Nizami Gəncəvi fars şairi kimi göstərilib.

Krımın Azərbaycan icmasından AzərTAc-a bildiriblər ki, icmanın nümayəndələri jurnalın redaksiyasına etiraz məktubu göndəriblər. Müraciətdə deyilir ki, “Çingiz xanın güzgüarxası tarixi” sərlövhəli məqalədə Çingiz xan barədə yeni söz deməyə cəhd göstərən Yuri Aleksandrov adlı biri guya tapmacalara cavab tapmağa çalışır və utanmadan belə bir nəticəyə gəlir ki, Nizami Gəncəvi fars şairidir.

Dünya ədəbiyyatşünaslığı bu məsələni çoxdan həll edib. Görünür, məqalənin müəllifi Nizami Gəncəvinin Azərbaycan şairi kimi tanıyan tanınmış türkoloqlar Krımski, Bertels və Amerika alimlərinin elmi əsərləri ilə tanış deyil. 1939-cu ildə Böyük Sovet Ensiklopediyasında Krımskinin redaktəsi ilə nəşr edilmiş məqalədə Nizami Azərbaycan şairi və mütəfəkkiri kimi göstərilib.

Nizaminin Azərbaycan şairi olmasını yalnız onun fars dilində yazmasına əsaslanaraq inkar etmək olar. Xatırladaq ki, Nizaminin anadan olmasının 850 illiyi şərəfinə 1991-ci ildə Vaşinqton, Los-Ancelesdə, Londonda və Təbrizdə beynəlxalq konqreslər keçirilib.

Azərbaycanda və azərbaycanlıların təşəbbüsü ilə Rusiyanın Moskva, Sankt-Peterburq və Çeboksarı şəhərlərində, habelə Daşkənddə Nizami adına ali məktəbin qarşısında dahi şairin abidələri var. 2012-ci ildə Romada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Roma meriyası nümayəndələrinin iştirakı ilə Nizaminin abidəsinin açılışı olub.
# 2741 dəfə oxunub

Oxşar xəbərlər

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər