Cinsi tərbiyəsizlik
10 avqust 2012
15:19
Uşağın cinsi şəxsiyyətinin formalaşmasında valideynlərin rolu əvəzedilməzdir. Burada cinsəlliklə bağlı doğru məlumatlandırma ən önəmli ünsür sayılır. Kiçik yaşlarından tətbiq edilməsi gərəkli cinsi tərbiyə təəssüf ki, bir çox Şərq ölkələrində olduğu kimi bizdə də “ayıb” qəlibi içərisindədir.
Keçmişdən qalma mənasız bir çox inanclar bu qəlibin divarlarını sıvayır. Bundan başqa valideynlərin özlərinin də bu tabularla böyüdülməsi, bu mühitdə tərbiyənləndirilməsi inancları qırmağa imkan vermir, beləcə “cinsi tərbiyəsizlik” meydana gəlir. Mütəxəssislər qeyd edir ki, fərdin cinsəlliklə əlaqədar məlumatları, düşüncələri necə və hansı şərtlər daxilində öyrənmiş olması çox əhəmiyyətlidir. Bu fərdi həm müsbət, həm də mənfi cəhətdən təsirləndirə bilər.
Ayıblarımızı örtməyək!
Bizdə cinsəllik mövzusunda 3 inanc var: ayıb, qadağan və günah. Lakin bunlardan daha vacib olan insan təbiətindəki maraq duyğusudur. Məhz insanın bioloji və fizioloji inkişafından irəli gələn maraq duyğusu vasitəsi ilə mümkün variantlar çərçivəsində bu məsələyə dair məlumat əldə edilir. Əslində etiraf etmək gərəkdir ki, bizim cəmiyyətdə ayıb anlayışı çox qəribədir. Sanki ayıblarımızı örtməklə reallığı dəyişdirəcəyimizi sanır və bu səbəbdən qadağalara baş əyirik.
Bir neçə dəfə cinsi tərbiyənin önəmi ilə bağlı gənc analarla söhbətlərim olub. “ Mənim uşağım o barədə düşünməz” , “mənim uşağım elə şeylər bilmir” –bu cavablarla məni susdurmağa çalışıblar. Lakin müşahidələrim belə deməyə imkan verir ki, məhz o anaların özləri həqiqətən doğru cinsi tərbiyə görmədiklərindən övladlarına bu anlayışı ayıb, qadağa və günah çərçivəsində 1-2 cümlə ilə başa salaraq onların başqa yollarla məlumat əldə etməsinə zəmin yaradıb. Bu gün kimsə zəmanət verə bilməz ki, bu vəziyyət o uşağın cinsi şəxsiyyətinin formalaşması baxımından gələcəkdə hansı nəticələri doğuracaq. Hətta araşdırmalar göstərir ki, bu şəxslər gələcəkdə orqazm ola bilməmə, erkən boşalma və ya sərtləşmə, arzuolunmayan hamiləlik, cinsi xəstəliklər və s. kimi problemlər yaşayır.
Cinsi həyat evliliyin təməlidir
Statistik göstəricilər olmasa da müşahidələr göstərir ki, bu gün evliliklərin çoxunun dağılmasında önəmli faktorlardan biri məhz cinsi problemlərdir. Bu vəziyyət cəmiyyətin təməllərini sarsıdan əsas amil sayıla bilər.
Unutmaq lazım deyil ki, cinsi həyat hər bir evliliyin əsas qoruyucusudur. Lakin tabular mühitində yaşayan fədlər cinsi problem səbəbiylə boşanmaq istəyəndə məlum olur ki, çoxluq bu problemi qarşı tərəflə heç müzakirə etməyib. Səbəb bəllidir: beynimizə hopdurulan ayıb anlayışı. Bu özü ayrıca bir problemdir, kökündə isə əlbəttə, yanlış tərbiyə durur.
Cinsi tərbiyə ailədən başlayır
Uşaq lap körpəlikdən özünü kəşf etməyə başlayır. Hətta altının dəyişdirilməsi zamanı cinsi orqanına toxunuş ona həzz verir.
İki-üç yaşında tualetə getməyi öyrənəndə cinsi orqanına olan marağı artır. Bu zaman valideynlər böyük səhv yol verirlər: övladlarına ciddi və sərt reaksiya göstərirlər. Bu, tamamilə yanlış bir davranışdır.
Çünki bu sadəcə öz cinsini kəşf etmə duyğusudur. 3- 5 yaş arasında artıq uşaq öz cinsinin fərqinə varır , qarşı cinslə özünü müqayisə edib nəticələr çıxardaraq suallar verir. Suallar daha çox onun necə doğulması, qarşı cinsdəki fərqli görünüşlərlə bağlı ola bilər. Bu zaman valideynlərin sərt reaksiyası onda utanma və duyğularını gizlətmə kimi hisslər yaradır. Beləcə onun şəxsiyyət kimi formalaşmasının təməl daşını yerindən tərpətmiş oluruq. Məhz belə yanlışlıqların qarşısını almaq üçün uşağın yaşına uyğun şəkildə, sadə dildə ona gerçəkliyi başa salmaq lazımdır. “Leylək gətirdi”, “bazardan aldıq” kimi nağıllarla onları aldada bilməyəcəksiniz. İndiki dövrdə uşaqlar leyləklərə inanmır axı.
7-8 yaşlarında sönən cinsi maraq yeniyetməlik dövründə yenidən başlayır. Bu səbəbdən yeniyetməlik dövründə ata-anaların cinsi tərbiyə vermələri çox önəmlidir. Çünki qoyduğunuz qadağalar onlar üçün keçilməz deyil. Sizdən öz suallarına cavab almazsa, ən əsası cinsi problemlərini sizinlə bölüşməzsə, xüsusən yetişkinlik dövründə keçirdiyi yeni hiss və duyğuları, inkişafı ona anlatmazsanız, əmin olun ki, başqa mənbələr baş vuracaq. Araşdırmalar da göstərir ki, bu mənbələrdə çox vaxt normal məlumatlar olmur. Və bu yeniyetmənin sağlam cinsi həyatına təsir göstərir.
Cinsi tərbiyədə edilən 4 səhv
- cinsəlliklə bağlı ardım istəyən uşağa ciddi və sərt reaksiya göstərmək.
Bu zaman sözügedən mövzunun günah olduğu düşüncəsi şüuraltına yerləşir. Unudulmamalıdır ki, belə bir qadağa və utanc anlayışı ilə inkişaf edən cinsi istək heç zaman sağlam həyat bəxş edə bilməz.
- cinsi sağlamlıqla bağlı problemləri görməməzliyə vurmaq
Bu da çox yanlış və tez-tez rast gəlinən haldır. Cinsəlliklə bağlı problem görməməzliyə vuranda mənfi nəticələrə gətirib çıxara bilər.
- cinsi orqanlar daha çox utanılacaq, murdar olaraq tanıdılır
Bu məqam uşaqlarınızın gələcəkdə partnyorları ilə aralarında ciddi problemlər yarada bilər. Ata-anaların cinsi orqanlara qoyduqları adlar da çox yanlış bir hərəkət hesab edilir. Cinsi orqan vagina və penis olaraq tanıdılmalıdır. Hər mövzuda olduğu kimi burada da uşaqların yaşına uyğun elmi yanaşma olması mütləqdir.
-uşaqlarda qarşı cinslərinə nifrət oyatmaq
Bizim kimi qapalı cəmiyyətlərdə bu davranış müşahidə edilir. Bu isə övladın ailə həyatının istənilən məqamında özünü göstərir. Yeri gəlmişkən onu da qeyd edim ki, bizim cəmiyyətdə cinsəllik sadəcə nəsil artırma kimi anlaşılır. Tamamilə yanlış düşüncədir. Cinsəllik şəxsi gigiyenadan tutmuş, qadın və kişi anatomiyasına qədər bir çox mövzuları əhatə edən elmdir.
Məktəblərdə cinsi təhsil
- ilk cinsi tərbiyə ailədən başlayır. Ata-analar bu mövzu ilə bağlı övladlarına doğru məlumatlar verməlidir.
- məktəblərdə cinsi təhsil verilməlidir. Bunu ayrıca bir fənn kimi tədir etməmək də olar, psixoloqlar bu işlə məşğul ola bilər.
- hər yaş dövrü üçün cinsi məlumatlandırma xidmətləri olmalıdır. Çünki bu günün və dünənin valideynləri də məhz cinsəlliklə bağlı tabularla böyüyüblər. Bu xidmət övladlarına cinsi tərbiyə vermək istəyən valideynlər, gənclər, istənilən yaş qrupunda cinsi problemlər yaşayan şəxslər üçün nəzərdə tutulmalıdır.
- seksologiyaya ayrıca bir elm sahəsi kimi ABŞ və bir çox Avropa ölkələrində olduğu kimi yer verilməlidir. Xaricdən bu sahə üzrə mütəxxəssislər dəvət edilərək maarifləndirici tədbirlər görülməlidir.
Əslində variantlar çoxdur, sadəcə onu həyata keçirmək lazımdır. Lakin bu gün cəmiyyətimizdəki inacları yıxmaq çətindir. Bu da öz növbəsində yenilliklərin həyata keçməsini gecikdirir. Demək əsas iş bizlərin üzərinə düşür. Özümüz tabulardan qurtulmalıyıq ki, başqalarına da bunu aşılaya bilək.
Nərmin Məmmədli

2849 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024