“Təsadüfi sevgilərdən və narkotikdən uzaq durun!”

“Təsadüfi sevgilərdən və narkotikdən uzaq durun!”
8 avqust 2012
# 06:00
Kulis.az şoumen Murad Dadaşovun həyatdan öyrəndiklərini sizə təqdim edir:

İstəyirəm elə yaşayım ki,
kim olduğumu adımdan bilsinlər və gülümsəsinlər.

Məncə, hansı dildə ən azı bir bənd şeir qoşa bilirsənsə, o sənin doğma dilindir.

Əgər hər hansı bir səbəbə görə saat 12-yə qədər evdən çıxmamışamsa, bu, mənim üçün artıq iş gün deyil.

Ürəyimin lap dərinliyində özümü bir damcı da kök hiss etmirəm. Əksinə, cüssəli, ucaboy, yaraşıqlı, göygöz sarışınam ürəyimdə. Bəlkə elə ona görə də heç cür arıqlaya bilmirəm.

Evlilikdə qarşılıqlı sevgiçox vacibdir. Çətin günlərdə ən çox sevgi dirçəldir insanı.

İnanmıram ki, insanlar doğulandan yaxşı, yaxud pis olurlar. Hamı doğulanda neytral doğulur. O neytrallıq sonradan onları pislərə və yaxşılara bölən insanlara görə pozulur.

Üçüncü oğlum doğulandan sonra əsl atalıq hissini yaşadım. Ona qədər atalıqda möcüzəvi bir şey görmürdüm. Bunu mütləqiyyət hesab edirdim.

BMT-nin 6 işlək dilində səlis danışmaq istərdim, bir də simli və nəfəsli alətlərdə ifa etməyi. Barabanı da sevirəm.

Həyatımda vicdanlı, amma ədalətsiz çox insan olub. Ədalətli olanlar da çox vaxt vicdanlı olmayıblar.

Qadjetmenəm. Bir yığın axmaq elektronik qurğularım var.

Filmin annotasiyasında “Vestern” sözü kifayətdir ki, o filmə marağım itsin.

Hər gün atama və anama zəng vururam, hər gün fərqli mövzulardan danışırıq. Atamla hər mövzuda söhbət edirik, anamlasa ancaq artıq çəkimdən.

Sehirbaz olsaydım, yəqin ki dünyanın ən yaxşı həkimi olmaq istərdim. Məncə, dünyada ən xeyirli peşədir.

İşimdə ən vacib şey intizamlı olmaqdır. Təsadüfi eşqlərdən və narkotikdən uzaq durmaq lazımdır. Ən əsası isə yaradıcı, istedadlı insan olmaqdır. Ona görə də, bilmirəm oğlanlarım kompaniyamın işimi davam etdirə biləcəklərmi, ya yox.

Oturub saatlarla sehrbaz və illuziyaçıların fəndlərinə baxa bilərəm. Təbiiliklə mümkünsüzlüyün vəhdətidir. Buna heyranam!

Müsahibədə ən sevmədiyim sual sonda verilən “Lətifə, yaxud da başıma gələn ən gülməli əhvalat”la bağlı sualdır.

Mənbə: “1news.az” saytı
Ruscadan tərcümə: G.Əsgərzadə
# 2359 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

12:00 29 oktyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər