770 şair, 210 yazıçı, 42 tənqidçi, 8 dramaturq
28 iyul 2012
05:00
Rövşən Yerfi
Ötən il “Nurlar” Nəşriyyat – Poliqrafiya Mərkəzi tərəfindən filologiya elmləri doktoru professor Teymur Əhmədovun tərtib etdiyi “Azərbaycan yazıçıları XX – XXI yüzillikdə” ensiklopedik məlumat kitabı nəşr olunmuşdur. Böyük, həm də qalın – 1055 səhifəlik bu kitabın satış qiyməti 50 manat müəyyənləşdirilsə də Yazıçılar Birliyinin üzvlərinə güzəşt edilərək 35 manata satılır. Kitab Teymur müəllimin bu sıradan dördüncü kitabı olmasına baxmayaraq, şübhəsiz, onu hazırlayarkən bu dəfə əvvəlkilərdən daha çox zəhmət çəkmişdir. Çünki, sonuncu nəşrdən sonra Yazıçılar Birliyinin üzvlərinin sayı “özünəməxsus sürətlə” – yüzlərlə nəfər artmışdır.
Kitabda 1926 nəfər üzv və fəxri üzv haqqında məlumat toplanıb. Onlardan təqribən 1220 nəfəri sağdır, qalanı vəfat edib. (Təqribən ona görə deyirəm ki, kitabın çap prosesi zamanı və keçən bir il ərzində vəfatından məlumatımız olmayanlar ola bilər, bu səbəbdən şərh edəcəyim bütün rəqəmlər dəqiq sayılmamalıdır.) Vəfat edənlərə Allah rəhmət eləsin, onlarla bir işimiz yox, araşdırma obyekti sağları seçdim. Belə ki, əlifba sırası ilə A-dan Z-yə qədər kitabda sıralanmış 1220 nəfərin məlumatlarını araşdırarkən oxuculara, ilk növbədə Yazıçılar Birliyinin üzvlərinə maraqlı olacaq müəyyən nəticələri topladım.
Üzvlərin cins baxımından 985 nəfəri kişi, 235 nəfəri(19 faizi və ya beşdən biri) qadındır. Maraqlı faktdır ki, müstəqillik dövründə qadın üzvlər, kişilərlə nisbətdə bir qədər artıb.(Deyəsən ədəbiyyatımızın da gələcəyi təhsilimizə, səhiyyəmizə oxşayacaq.) Sovet dövründə qadın üzvlərin say nisbəti 14 faizdən az olub. Bunu həmin dövrdə üzv olanları araşdırarkən də yəqin etmək olar. Kitaba əsasən hazırkı üzvlərin təqribən 215 nəfəri(17.6 faiz) sovet dövründə üzv olanlardır.(Onlardan 185 kişi, 30 nəfəri qadındır.) Qalan 1005 nəfər isə 1992-ci ildən bəri – iyirmi ilə yaxın müstəqillik dövründə üzv olmuşlar. Yəni orta hesabla ildə 50 nəfər və yaxud təqribən həftəyə bir nəfər...
Üzvlərin sayının bu qədər artırılmasında görəsən əsas məqsəd nə olub? Planmı, öhdəlikmi artıma rəvac verib? Yoxsa maddi, siyasi niyyətlər rol oynayıb? Kitabı vərəqlədikcə ədəbiyyat sahəsindən kənar xeyli tanınmış simalarla: aktyor, rejissor, səfir, rektor, millət vəkili, hakim, prokurorluq işçisi, biznesmen-sahibkarla rastlaşırsan. Yazıçılıq sənətində peşəkar sayılmayan, bir kitabı çıxan ya da normal bir nümunəsi olmayan bu insanların öz sahələrində əldə etdikləri ad-sanları azmış Yazıçılar Birliyinin üzvülük vəsiqəsi də əlavə fəxri ad kimi onlara bəxş edilmişdir. Daha bir təəccüblü fakt isə bəzilərinin yaşı yetmişi ötəndən sonra Birliyə üzv olmalarıdır. Görən bu yaşdan sonra AYB üzvü olmalarının onların özlərinə və yaxud ədəbiyyatımıza nə xeyiri var..?
Üzvlər arasında özünü ilk növbədə şair hesab edən 770 nəfərdir(63 faiz). (Bu qədər şairi neylərsən, ilahi!) 210 nəfər(17 faiz) nasirdir. Yerdə qalan 20 faizi isə - 90 nəfər ədəbiyyatşünas, 75 nəfər publisist, 42 nəfər tənqidçi, 25 nəfər tərcüməci təşkil edir. 8 nəfər özünü əsasən dramaturq hesab edir.
Doğulduqları yerlərə görə araşdırılması da maraqlıdır. Onların böyük əksəriyyəti Bakı şəhərində(165 nəfər) doğulsalar da, Bakıdan sonra burada da üstünlük Naxçıvan əyalətində doğulanlarındır(110 nəfər). Qərbi Azərbaycanda və Gürcüstanda doğulanlar təqribən eynidir(63 nəfər). Rayonlar işərisində ən çox üzvə malik olanı Masallıdır(45 nəfər). Bu baxımdan zonalar içərisində ən güclüsü cənub zonasıdır: Lənkəran(35 nəfər), Cəlilabad(28 nəfər), Yardımlı(25 nəfər). Digər zonalarda Qazax(38 nəfər), Cəbrayıl(36 nəfər), Ağdam(30 nəfər) daha çox fərqlənir. Mərkəzi Aran və Şirvan mahalına aid rayonlarda isə üzvlərin sayı iyirmi beşə çatmır. Bir daha xatırladıram ki, söhbət kitaba düşən, hazırda yaşayan üzvlərdən gedir.
Kitabda araşdırmanı başa vurandan sonra istər-istəməz düşünməli olursan: belə “inkişafla” növbəti ensiklopedik məlumat kitabı güman ki, bir yox, bir-neçə cilddən ibarət kitablar olacaq. İctimai quruluşun, baxışların, meyarların dəyişildiyi indiki zamanda, ömrü SSRİ-nin ömründən uzunçəkən Azərbaycan Yazıçılar Birliyinin üzv olma şərtlərini, prinsiplərini yaşadığımız dövrün tələblərinə uyğunlaşdırmaq, peşəkarları həvəskarlardan ayırmaq mümkünsüzmü? Bu sovetdən qalma təşkilat köhnə ölçülərlə hələ çoxmu üzv artırma ilə başını qatacaq...?

1697 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024