Padşahlar üçün cinsi ensiklopediya: “Qabusnamə”

Padşahlar üçün cinsi ensiklopediya: “Qabusnamə”
21 iyul 2012
# 04:00
Mərcimək Əhmədin Sultan İkinci Murad şərəfinə türkcəyə çevirdiyi “Qabusnamə” 500 ildir dünyaya sekslə necə məşğul olmağı öyrədir. Bu şah əsər hər bir kişinin kitabxanasında mütləq olmalıdır.

Mərcimək Əhməd 500 il əvvəl yəni, XV əsrdə yaşamış tərcüməçidir. Həyatdakı ən böyük uğuru farsca bir kitabı türkcəyə çevirmək olub. Amma bu işi elə bir savad və bacarıqla edib ki, üstündən əsrlər keçməsinə baxmayaraq əsər hələ də insanlar üçün çox önəmli bir qaynaq hesab olunur. İnsanlar kitabı əllərindən buraxmırlar.

Kitabın adı “Qabusnamə”dir, dəyəri isə o qədər böyükdür ki, Türkiyə Təhsil Nazirliyi tərəfindən üç dəfə nəşr edilib. Dördüncü nəşr isə 1000 Əsas Əsər arasında yer tutub. Adı cəlbedici olmaya bilər, amma maraqlanan üçün xəzinə dəyərindədir.

Qabusnamə yoxsa nəsihatnamə?

Ön sözün ilk cümləsində belə bir məlumat var: “Qabusnamə, Ziyar oğullarından Əmir Unsurül Mali Keykavus tərəfindən hicrətin 475-ci ilində oğlu Gilanşaha yazılmışdır”. Tarixi faktlara əsaslanan kitabın XXI əsrin sonlarında yazıldığı təxmin edilir. Yazarın adı qısaca Keykavusdur. Əsər farsca qələmə alınmışdır. Kitab, yazarın oğluna verdiyi bilgiləri və tövsiyyələridən ibarətdir. Kitabın əsl adı “Nəsihətnamə” - yəni öyüdlər kitabı adlanır. Buna baxmayaraq nəsihatnamə yerinə yazarın dədəsinin adından götürülən “Qabusnamə” adı seçilib. Kitab ingilis, fransız, alman və rus dillərinə də tərcümə olunub.

Kitab XI əsrdən etibarən Şərq dünyasında ziyalıların əsas kitablarından birinə çevrilib. XV əsrdə Sultan İkinci Muradın qulluğunda farsca tərcüməçi olan Mərcimək Əhməd də kitabın təsiri altına düşənlərdən idi. Ədəbiyyat və şeiri yaxşı bilən Mərcimək Əhməd padşahın əmriylə “Qabusnamə”ni osmanlı türkcəsinə çevirməyə başladı. Kitab dindən həkimliyə, süfrə əxlaqından münəccimliyə qədər müxtəlif məlumatları əhatə edən bir ensiklopediya hesab olunur.

Bu günkü nəşr texnikasıyla 500 səhifəlik bir kitab olan “Qabusnamə” tərcümədən çox milli məhsul kimi qəbul olunur. Kitaba izahlar, məlumatlar və şeirlər toplanıb. Ədəbiyyatşünaslar Mərcimək Əhmədin Keykavusun “Qabusnamə”sini ustalıqla zənginləşdirdiyini deyirlər.

Qabusnamədə nələr yazılıb?

Kitab tam 44 bölmədən ibarətdir. Bu bölümlərin bir çoxu xüsusilə maraqlıdır. Məsələn, 11-ci bölmənin başlığı “fiərəb içmək tərbiyəni və ərkanını bildirir”. 10-cu bölmə isə yemək əxlaqına həsr olunub. 12-ci bölmə “Qonaq gələni necə qarşılamaq gərək, qonaqlığa varmayanın halın bəyan edər” başlığı altındadır.


Əvvəlki bölmələr isə “Hamama necə girmək gərək”, “Yatmaq vaxtı”, “Nə zaman faydalı, nə zaman ziyan” kimi başlıqlara ayrılıb. Bir çox bölmədə isə dost tutmanın və düşməndən qorunmağın incəliklərindən danışılır. Nərd və şahmat haqda taktikalar və gözəl söz söyləmə sənəti haqda da öyüdlər verilir. Bütün bölmələrin içinə hekayələr, nağıllar da yerləşdirilib.

“Qabusnamə”də ən diqqət çəkən hissələr cinsi həyatla bağlı nəsihətlərdir. 15-ci bölmə “Cimada (cinsi əlaqə) faydalılıq və ziyanlılığın bəyan edər” adlanır. 14-cü bölmənin mövzusu ”Aşiqlik kefdən bəyan edər” kimi gedir. Həyat yoldaşı seçərkən nələrə diqqət edilməli mövzusunda 26-cı bölmə isə “Övrət alacaq necə övrət ala və necə dirilik edə, anı bəyan edər” başlığı altındadır.

Sekslə nə zaman məşğul olmalı?

15-ci bölmə kitabın ən rəngli bölməsidir. Bu bölmədə sekslə nə zaman məşğul olmağın faydası və cinsi həyatda nələrdən qaçmaq lazım olduğundan geniş danışılır. Mərcimək Əhməd, bu bölümün ilk cümləsində belə deyir: “Elə bilmiş ol ey oğul ki, cima etmək dünyanın ləzzətlərindən bir ulu ləzzətdir”. Sonra seksə özünü çox alışdırmanın zərərlərindən də bəhs etməyi unutmayıb: “Amma bunun ləzzətinə aldanıb çox məşğul olma, ta ki, təməlin aşınıb getməyə!”

Mərcimək Əhməd yataqda ölçünü qaçırmaq haqda belə deyir: “Çox cima etmənin ziyanı var, amma az etmənin daha ziyanı var. Demək ki, hər nəsnə orta qərarda yaxşıdır. Ol dahi qayət arzu ilə xoşdur”.

“Qabusnamə”də özünü nizamlaya bilməyən seks düşkünlərinə də nəsihət verilir: “Və əgər özünü məğlub edə bilməsən, barı sevdiyinlə cima etmə. Ta ki, sevginin əsası aşınıb, getməyə. Necə ki, sevgi isti bir nəsnədir və cima soyuq bir hərəkətdir, istər-istəməz bu soyuqluq o istini pozar”.

Kitaba görə ər sevgilisinin üstünə çox düşüb, yerli-yersiz seks istəməməlidir. Bu cür hərəkətlər sevgini aşındırıb sevgilini canından bezdirər. Keykavus danışmağa davam edir: “Necə ki, hər istədikcə cima etmək heyvanların işidir. Necə ki, heyvanlar vaxt və bivaxtı bilməzlər. Nə vaxt ki, əlinə girdi, işləməyə başladı. Elə isə adam olan, vaxtın gərək gözləsin. Ta ki, heyvan ilə onun arasında fərq ola. Bilinsin ki, bu adamdır və də ol heyvandır”.

“Qabusnamə”nin ən şokedici cümlələri isə seksin vaxtını, mövsümünü və cinsi istəklərin idarə olunmasını göstərən bölmələrdə yer alıb: “İsti hamamda və isti gündə və qatı soyuqda cima etmə ki, ziyanı olmasın. Xüsusilə də yaşlılıq dəmində diqqət ola yaşı artmış olanlar üçün çox isti və çox soyuq havada cinsi əlaqə məsləhət görülmür. Dahası, sərxoşluqda da sekslə məşul olmamaq tövsiyyə olunur: “Baş şərabla dumanlı olarsa nə cima etdiyin bilər kişi və nə də cimanın ləzzətini. Amma çox çarəsiz olunca barı mahmur cima etmək gərək ki, səfasından xəbərdar ola. Ol dahi arada bir gərək”.

Bahar havası gözəl olduğundan və çeşmələrdə bol su tapıldığından ən uyğun seks mövsümü ilk bahar olaraq açıqlanır: “Bahar havası məqbul ola, çeşmələrdə su çox ola. Və aləmdə xoşluq və rahatlıq arta. Bizim dəxi bədənimizdə qandan şəhvət artar. Elə olunca şəhvət artdığı vaxtda cima səfalı və ziyansız olur. Görməzsən ki, damarda qan artıq olsa qan aldırmaq faydalı olar. Damar boş olsa, qan aldırsan ziyan olar. Elə isə beldə döl olmasa cimanın nə faydası vardır!”

Mərcimək Əhməd daha sonra yazır: “Əgər qan qələbə qazanıb artsa qanı sakit etməyə çalış. Müvafiq şərablar və yeməklər ye. Amma çox yemək yemə, bezincəyə qədər cima etmə. Və yaz olanda övrətlərə meyl et. Qışda da oğlanlara meyl et ki, sağlıqlı olasan. Necə ki, oğlanın bədəni istidir. Yazın iki isti bir yerə vücuda zərər verər. Və övrət bədəni soyuqdur. Qışın iki soyuq bir yerə gəlsə bədəni azad olar vəssəlam”.

Fərid Mirzəyev
# 4729 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #