700-dən çox sənətçi süni intellektə qarşı

700-dən çox sənətçi süni intellektə qarşı
26 yanvar 2026
# 14:08

Skarlett Yohansson, Keyt Blanşett və Cozef Qordon-Levitt də daxil olmaqla 700-dən çox sənətçi, yazıçı və bloger müəllif hüquqları ilə qorunan əsərlərdən icazəsiz istifadə edən texnologiya şirkətlərinə qarşı yeni kampaniyaya başlayıb.

Kulis.az xəbər verir ki, sənətçilər süni intellekt əleyhinə kəskin mövqe nümayiş etdirirlər:

“Bizim əsərlərimizi mənimsəmək innovasiya və ya tərəqqi deyil; bu, açıq-aşkar oğurluqdur”.

Hazırda dünyanın müxtəlif ölkələrində qanunvericilər süni intellektin təlimində istifadə olunan məlumatlarla bağlı yeni tənzimləmə qaydalarını nəzərdən keçirirlər.

Kampaniya iştirakçılarının açıqlamasına görə, əsas məqsəd ABŞ-də milyonlarla iş yeri yaradan və iqtisadi artımı təmin edən nəhəng yaradıcılıq sektorunu (film, musiqi, nəşriyyat və rəqəmsal media) qorumaqdır. İmzalanmış bəyanatda vurğulanır ki, süni intellekt tərtibatçılarının sənət əsərlərini icazəsiz, ödənişsiz və gizli şəkildə skan etməsi mədəni ekosistemi ciddi təhlükə altına qoyur.

Sənətçilər texnologiya nəhənglərini bəzi şirkətlərin artıq tətbiq etdiyi kimi müqavilələr bağlamağa və tərəfdaşlıqlar qurmağa çağırırlar. Məsuliyyətli lisenziya müqavilələri həm süni intellektin inkişafına şərait yarada, həm də yaradıcı insanların hüquqlarını təmin edə bilər.

Yohansson əvvəllər də süni intellektin təhlükələrinə qarşı çıxmış və öz obrazının icazəsiz kopyalanmasına etiraz etmişdi. O, 2024-cü ilin fevralında Kanye Vestin antisemit paylaşımlarına etiraz edən və məşhurların süni intellektlə yaradılmış saxta görüntülərindən istifadə olunan videonu sərt tənqid etmişdi.

May ayında isə aktrisa "OpenAI" şirkətini hədəf almışdı. O bildirmişdi ki, şirkət "Sky" adlı "GPT-4o" botu üçün onun “Her” filmindəki səsindən icazəsiz şəkildə istifadə edib.

# 1307 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər