“Ölüm həyatdan ayılmadır”
16 iyul 2012
05:00
Kulis.az rus yazıçısı Viktor Pelevinin həyat qaydalarını təqdim edir
Bir ovcumun şappıltısını eşitmişəmmi? (buddizmdə aydınlanmanın sinonimi – red.). Uşaqlıqda çox eşitmişəm, anam yanımdan vuranda. Yəqin elə buna görə buddist olmuşam.
Bizi ölümdən sonra nə gözləyir sualı Arlekini bal-maskaraddan sonra nə gözlədiyi qədər mənasızdır. Çünki onu heç nə gözləmir, çünki Arlekin yalnız maska kimi mövcuddur. Zənnimcə, daha doğrusu, bizi həyatda nə gözləməsini söyləməkdir. Ölümsə həyatdan ayılmadır. Lakin ondan ayılan biz olmuruq, çünki biz özümüz əhatəmizdə olan hər şey kimi xülyayıq. Ölərkən biz hesab etdiyimiz şeydən ayılırıq. Yeri gəlmişkən, Lev Nikolayeviç Tolstoyun gündəliyində bu mövzuda əla bir yuxu təsvir olunub.
Ölümdən qorxub-qorxmadığımı hələ bilmirəm.
Mənim ev heyvanlarım yoxdur.
Mənim zövq deyə bir məziyyətim də yoxdur. Ədəbiyyatda, musiqidə və kinoda bəyəndiklərim hansısa prinsip və qaydalara tabe olduqlarından deyil, - hansıları ki, mənim üstün tutduqlarım kimi formalaşdırmaq olardı, - sadəcə, xoşuma gəlir. Bu, gözlənilmədən və mənim özümə belə aydın olmayan səbəbdən baş verir.
Mənim dilimi və ya əlimi hiss edə bildiyim kimi bilavasitə bir iradəm yoxdur. İradə - interpretasiyadır, azad iradə isə interpretasiyanın interpretasiyasıdır. Əslində belə bir şey mövcud deyil. Bu lap Çapayev haqda məşhur bir lətifədə deyildiyi kimidir: “Mən belə bir iyrəncliyi təsəvvürümə belə gətirə bilmərəm”.
Nə içirəm, nə də ki, çəkirəm və hesab edirəm ki, bu, kimyəvilikdən asılılıqdan savayı heç bir şeyə gətirib çıxarmır və heç bir çətinlikdən çıxış rolunu oynamır. Narkotiklərsə, ümumiyyətlə, yalnız özlərinin yaratdığı çətinliyi həll etməyə qadirdir. Bir də ki “şüurun genişlənməsi” ifadəsi nə məna kəsb edir? Şüurun uzunluq və en deyə bir xüsusiyyəti yoxdur, şüuru nə genişləndirmək, nə də dərinləşdirmək lazım deyil. Zənnimcə, onu tədricən təmizləmək lazımdır, bunun üçünsə narkotiklər sadəcə, yararsız deyil, üstəlik ziyanlıdır. İnsan bədəni özü lazım olan kimyanı hasil edir.
Reallıq bir sözdən ibarət oksyumorondur (qədim yunan dilində “ağıllı səfehlik” – red.). Mücərrəd ideyalardan fərqli olaraq, onu mövcud bir şey kimi qələmə verirlər. Əslində isə reallıq müstəsna olaraq ağılda mövcud olan ideyadır, yəni o, real deyil. “Reallıq” etimoloji cəhətdən latın “res”inə gedib çıxır, yəni əşyadır, amma fiziki dünyada reallıq adlana biləcək bir əşya yoxdur, deməli, bu söz sanki özünü ələ salır. Bu söz nitq fiquru kimi yerinə düşər. Məişət səviyyəsində belə demək olar ki, əgər indi dekabrdırsa, reallıqda pəncərənin arxasında yay deyil, qışdır. Ya da ki, məsələn, valideynlər uşaqlarına deyirlər: “Yemək istəsən, sənə pul lazım gələcək, bu isə reallıqdır”. Mübahisə etmək, sözsüz ki, çətindir, lakin bu, bir daha sübut edir ki, bizim bir xülyamız digərinə nisbətdə realdır. Eyni şey uşaq röyasında baş verir, körpə əminliklə yetərincə real və konkret vedrəyə sidik ifraz edir və o, vedrənin divarına dəyən, eyni zamanda onun yayınmadığını təsdiqləyən etibarlı möhkəm səsini eşidir – amma nədənsə baş verənlərin dumanlı şübhəsi onu rahat buraxmır. Ciddi, yaşlı adam yuxuda işəyən körpədən fərqlənir, ilk əvvəl ona görə ki, o, üstəlik böyük bayıra gedir, ikincisisə, olanlara zərrə qədər də şübhə etmir, hansı ki, yatan uşağı hər halda həqiqətə yaxınlaşdırır. Əvəzində yaşlı adamın dünyanı izah edən elmi təsviri var, qısası, onların reallığında vedrə sidiyin səsilə, bu səsin reallığı isə öz növbəsində vedrənin parıltısıyla sübut edilir, elə bu səbəbdən hamı səhərdən axşamadək pul qazanmalıdır. Ölüm məhz yaşlı insanın bu reallıqdan qurtulması üçün mövcuddur.
Damğalar istənilən cür ola bilər. Dəmir manatla püşk atarkən onun havada yerini dəyişməsi təsadüfi olmayan mexaniki səbəblərdən asılıdır. Lakin praktiki nöqteyi-nəzərdən manatın hansı üzü üstə düşməsi təsadüfdür. Elə bu səbəbdən demək olar ki, bütün təsadüflər qanunauyğundur, bütün qanunauyğunluqlarsa təsadüfdür. Nə baş verməlidirsə, o da baş verir, bizsə olanların üzərinə “təsadüf”, “qanunauyğunluq” damğası vururuq.
Pislik həmişə iztirabla, onun səbəbini anlamaq cəhdilə bağlıdır. Biz səbəbi anlaya bildiyimizi zənn edəndə, onun üzərinə “pislik” damğası vururuq. Lakin bu səbəbi çox vaxt düz anlamırıq.
Boşluğun nə olduğunu izah etməyə çalışacam. Lakin olduqca diqqətlə qulaq asın. Beləcə. (Susur. - Esquire). Bax, elə indicə onu gördünüz. Bu, elə odur.
Çevirdi: Kifayət Haqverdiyeva
Mənbə: “Esquire” jurnalı

1467 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024