Gənc Tamaşaçılar Teatrı 84-cü mövsümündə

Gənc Tamaşaçılar Teatrı 84-cü mövsümündə
26 sentyabr 2011
# 11:07
Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov 84-cü mövsümün ilk tamaşası münasibətilə hər kəsi təbrik edərək yeni mövsümdə səhnəyə qoyulacaq tamaşalar barədə məlumatlar verib.

Belə ki, bu ilin noyabr ayından teatrda dramaturq U.Şekspirin «Romeo və Cülyetta» tamaşasını təqdim ediləcək.

İlin sonuna qədər isə Xalq Yazıçısı Elçinin «Buzovna kəndinin əhvalatları» əsəri əsasında hazırlanan tamaşa nümayiş olunacaq.

Bundan başqa teatrın rəhbəri 2012-ci illə bağlı planlarından da danışıb: “M.F.Axundovun 200 illik yubileyi münasibətilə dramaturqun daha bir komediyasını səhnələşdirməyi nəzərdə tuturuq. Bununla da teatrımızda yubiley çərivəsində «Axundov həftəsi» gerçəkləşəcək».

2012-ci ildə məşhur ingilis yazıçısı Çarlz Dikkensin də 200 illiyinin qeyd ediləcəyini bildirən M.Həmidov Azərbaycanda ilk dəfə Gənc Tamaşaçılar Teatrında adıçəkilən yazıçının yaradıcılığına müraciət edildiyini deyib.

Daha sonra ölməz ədib Hüseyn Cavidin iki hissədən ibarət «Şeyx Sənan» faciəsi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Həmin gün teatrın balaca tamaşaçılarına isə Azərbaycan Xalq nağılı «Göyçək Fatma» nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, bəstəkarı Cahangir Zülfüqarov, quruluşçu rəssam Mustafa Mustafayev, rejissor və xoreoqraf Nicat Kazımovdur.

Günel Əsgərzadə
# 2295 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər