Azərbaycanlı musiqiçilər “Şərq bazarı” festivalında

Azərbaycanlı musiqiçilər “Şərq bazarı” festivalında
23 sentyabr 2011
# 09:35
Bu musiqi bayramında ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar Vüqar Camalzadə və müğənni Ayaz Qasımov təmsil edəcəklər.

Kulis.az AzərTAc-a istinadən bildirir ki, Azərbaycanlı musiqiçilər səhnəyə sentyabrın 24-də çıxacaqlar. Onlar festival iştirakçılarına “Sarı gəlin”, “Süsən sünbül” xalq mahnılarını, C.Cahangirovun “Ay qız”, Ş.Axundovanın “Mehriban olaq” mahnılarını, eləcə də milli rəqslərimizdən ibarət kompozisiyaları təqdim edəcəklər.

Dünyanın 30-dan çox ölkəsindən musiqiçilərin iştirak etdiyi müsabiqənin məqsədi Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi, estrada müğənniləri vasitəsilə Şərq və Qərb musiqisinin vəhdətinə nail olmaqdır.

Peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək festival sentyabrın 26-dək davam edəcəkdir.

“Şərq bazarı” beynəlxalq televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə Yevpatoriyada keçirilib.
# 1778 dəfə oxunub

Oxşar xəbərlər

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər