Yasamal qəbiristanlığı, torpaqşünas molla və... REPORTAJ
16 sentyabr 2011
16:00
Mollaların çörəyi ölülərdən çıxır; nə qədər ölüm var, mollaların bazarı ölməyəcək. Yəqin, məşhur lətifəni eşitmisiniz. Bir gün molla həyətdə təsərrüfatıyla məşğul imiş, bir nəfər canhövlü özünü qapıdan içəri salır ki, bəs molla, durma, gəl, kişi canını tapşırdı. Molla deyir, get, gəlirəm. Fikirləşir ki, qoy işimi yekunlaşdırım, on-on beş dəqiqəyə çıxaram, onsuz da ölü qaçan deyil.
Bu heyndə bir başqası da qapının ağzını kəsdirir: “Molla, məmə can verir, gəl “Yasin”i başla.
Molla “lapatka”nı torpağa sancıb evdən arvadını səsləyir:
- Ay arvad, ordan pencəyimi gətir, p..x p...xa qarışıb.
Bizim kənddə mollalar haqda sabitləşmiş bir fikir var: fahişənin və əyyaşın axırı mollalıqla qurtarır. Qısası, mollalıq da lotuluğun bir növü sayılır.
Çoxlarınız “Azərbaycan” nəşriyyatının arxasındakı Yasamal qəbiristanlığının girşində sırayla düzülmüş mollalara rast gəlmisiniz. Bura onların iş yeridir. Qəbristanlığın ağır havası onların paltarlarına, hətta nəfəslərinə, saqqallarına da hopub. Onlardan bəziləri qəbir daşlarının arxasında gizlənir, pullu müştəri görən kimi qəfil başının üstünü kəsdirirlər. Qəbiristanın ortasından uzun bir dəhliz ayrılır, bu uzun dəhliz boyu hər yüz metrdən bir bir nəfər molla oturub, hərəsinin öz sahəsi var. Adama elə gəlir ki, bu qocalar (içərilərində ortyayaşlı, nisbətən cavanı da var) qəbiristanlığın təhlükəsizliyini qoruyurlar, bircə uniformaları çatmır.
“Azərbaycan” nəşriyyatının birinci mərtəbəsindəki yeməkxananı sözün əsl mənasında zəbt etmiş, Yafəs Türksəsin sözü olmasın, nanay şairlərin cəngindən yaxamı güclə qurtarıb başı dumanlı vəziyyətdə qəbiristana sarı üz tutdum. Qəbirlərin arasında nabələd adam kimi vurnuxmaqdaykən qəfildən qonşuluğumuzda yaşayan əli çəlikli qoca kişi rastıma çıxdı. İstədim salam verim, qarşımda açılmış əlini görüncə hər şeyi anladım.
Bu qoca qəbiristanlıqda dilənməklə məşğuldu. İnanılası deyildi. Bu adamın oğlu təptəzə “07”-də gəzir, bildiyimə görə, hardasa imkanlı yerdə işləyir. Çox güman ki, atasının dilənməyindən xəbəri yoxdur. Qoca məni görcək, tutulub qaldı, bilmədi nə desin. Səssizcə keçib getdim, bir xeyli uzaqlaşandan sonra dönüb arxaya baxdım, qoca həmin yerdəcə dayanıb arxamca baxırdı. Yəqin fikirləşirdi ki, atasının dilənməyini oğluna xəbər verəcəyəm.
...Mərmər daşlardan o qədər tanış simalar boylanır ki! Xalq artisti Əşrəf Abbasov, xalq rəssamı Cabbar Qasımov, xalq artisti, tarzən Bəhram Mansurov, xalq artisti Zemfira Əliyeva, “Dan ulduzu” ansamblının bədii rəhbəri Gülarə Əliyeva qızıyla birgə bu qəbiristanda dəfn olunublar. Bir qəbrin üstündəki büst diqqətimi cəlb etdi, adı da yazılmışdı, amma dəqiqləşdirmək üçün yaxınlıqdakı molladan soruşdum:
- Bu, həmin o deputat Tofiq Bağırovdur?
Eynək taxmış, üst-başının kiri tökülən saqqallı molla həvəslə izahat verdi:
- Hə, rəhmətlik İsmayıl Şıxlıyla birlikdə Ali Sovetin iclasını aparan Tofiq Bağırovdu. Hayıf ondan, gözəl insan idi, axırda şəkərdən gözləri tutuldu. Bu yanındakı da oğludur, o da qara ciyər xəstəliyindən vəfat etdi. 120 kiloluq adamın 49 kilo çəkisi qalmışdı.
Onlardan bir az qabaqda Etibar Məmmədovun atası və qardaşının qəbirləridir. Səlidar və Eldar Məmmədovlar yan-yana dəfn olunublar. Azərbaycanın dövlət himnini yazan Əhməd Cavadın oğlu Yılmaz Axundzadə də burda uyuyur. Kriminal aləmdə ad qazanmış Lotu Cavanşirin də məzarı o həndəvərdədir.
Yaşlı mollalardan birinə yaxınlaşıram. Aramızda belə bir dialoq alınır:
- Salam!
- Əleyküməsalam!
- Sizin işiniz lap çətin olar. Hər gün burda durmaqdan bezmirsiniz?
- Yox əşşi. İşimiz budur da. Bayaqdan fikir verirəm, deyəsən kiminsə qəbrini axtarırsan.
- Nüsrət Kəsənənlinin qəbri bilmirsiniz ha tərəfdədir?
- O bu tərəflərdə olmaz, olsaydı, mən bilərdim, bu ərazidə hər qəbri adbaaad tanıyıram. Yəqin “Qurd qapısı” tərəfdədir. Tanıyırdım, Allah rəhmət eləsin! Yaxşı şair idi. Sən onun nəyisən?
- Oxucusuyam. Eşitdiyimə görə o, burda dəfn olunub. İstədim məzarını ziyarət edim.
- Yaxşı eləmisən. Eh, qardaşım, burda elə qəbirlər var ki, heç doğmaları illərlə gəlib baş çəkmirlər. Ya da doğmaları bir-bir dünyadan köçür, ondan sonra gəlib-gedəni olmur. Bunlar yetim qəbirlərdi...
Arada pauza yarandı. Molla söhbətin mövzusunu dəyişdi:
- Ziyalı adama oxşayırsan...
- İndi yetənə ziyalı deyirlər. Adam özünə ziyalı deməyə utanır.
- Harda işləyirsən?
Yalan danışmalı oldum:
- Tikinti şirkətində.
- Nə işləyirsən orda?
- Mühasibəm.
- Əsas odur ki, dolanışıq olsun. Mən özüm də ziyalıyam.
Qorxdum ki, birdən bu da şair çıxar,onda vəziyyət qəlizləşə bilər. Onda gəl ölünü qoy, dirini ağla. Şair tayfasının cəngindən güclə xilas olmuşam, gəl burda da bunun girinə keç. Qəbristanlığın ortasında mənə poema oxumasa yaxşıdır. Amma yox, yaxşı qurtardım.
Bu kişinin adı dediyinə görə, Əliquludur. Sovet əyyamında Elmi-Tədqiqat İnstitutunda çalışıb. İxtisasını soruşuram, deyir mən torpaqşünasam, mənim işim-peşəm xəritə çəkməkdir.
- Bəs necə olub ki, gəlib bura düşmüsünüz?
- Bu, uzun söhbətdir. Sovet dağıldı, alimə, ziyalıya qiymət verən olmadı, alimlər qaldı çöldə-düzdə, çoxu alverə qurşandı, elm yaddan çıxdı. Mən də ki, burda başımı girələyirəm.
- Ağsaqqal, yəqin burdakı mollaların da hərəsi bir peşənin sahibidir.
- Yox ey, içində avaraları da var. Ode, qabaqda şöngüyüb oturan var a (canımçün, elə belə də dedi – K.H), iki dəfə yatıb çıxıb, “turemşik”di. İndi molla cildinə girib.
- Doğurdan deyirsiniz? - Bir az da qocanı qıdıqlayıram ki, danışsın.- O nə üstə yatıb?
- Bu gədə narkoman idi, heç cür tərgidə bilmirdi, özü də “barıqalıq” edirdi. Köhnə Yasamalda bunu tanımayan yoxdu.
- Çoxdan işləyir burda?
- Bir il olar. Başı daşdan-daşa dəyəndən sonra deyəsən ağıllanıb. Ailəsi də onu atıb getmişdi. Bu yaxınlarda haqq yoluna gəldiyi üçün barışıblar.
- Birinci dəfədir ki, bariqanın mollalıq elədiyini görürəm, - üzümdəki təəccüb ifadəsini bir qədər də dartıb uzadıram ki, qoca danışsın.
Amma deyəsən molla əmi nəsə duydu, açıb-tökdüyü boğçasının ağzını bağlayıb məni şübhəli nəzərlərlə süzdü:
- Əşi, neynirsən e, hərə bir yolla çörəyini qazanır də. Çox sual verdin e, sən.
- Yox, mənə maraqlı gəldi. Səni yordumsa, bağışla.
- Hə, Allah bağışlasın. Sən “Qurd qapısı”na tərəf get, Nüsrətin qəbri o tərəfdədir.
Mənsə şairin məzarını tapa bilməyəcəyimi bəhanə edib əks istiqamətə üz tutdum.
Kənan HACI

1429 dəfə oxunub
Oxşar xəbərlər
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024