Azərbaycanlıların sayt sevgisi

Azərbaycanlıların sayt sevgisi
12 sentyabr 2011
# 16:01
Azərbaycanda internet istifadəçilərinin sayı durmadan artır.

Bu həm internetin qiymətinin ötən illərə nisbətən ucuz olması, eyni zamanda kompüter texnolgiyalarının qiymətinin aşağı düşməsi ilə bağlıdır.

Etiraf etməliyik ki, internet bu gün klassik mediaya güclü təsir göstərir.

Qəzetlərin satışı getdikcə aşağı düşür.

Televiziyaya baxanların da sayı azalır. Əvvəllər insanlar ailə saatlarını televizorun qabağında keçirirdilər.

İndi isə evində internet olanlar sosial şəbəkələri üstün tuturlar.

İnsanlar qaçırdıqları filmləri, proqramları da internetdən izləyə bilirlər.

Xəbər saytları isə ürəyiniz istəyən qədərdir.


Onlarla xəbər saytı


Azərbaycanda internetdə xəbər saytı açmaq artıq dəb halını alıb.

Kimin bir balaca imkanı olur özünə xəbər saytı açır. Hətta vaxtına heyfi gəlməyib xəbər bloqları açanlar da var.

İnternetdə araşdırma apardıq. Oxunma sayı çox aşağı olan xəbər saytlarının adlarını yazdıq. Yarım saat ərzində siyahı artıq 40-ı keçmişdi. Davam etmək mümkün idi. Lakin heç bir mənası yoxdur. Çünki sadəcə adları və dizaynları fərqli olan bu saytların içərisi fərqlənmir.

Belə nəticəyə gəlmək olur ki, bu saytları açan şəxslərin yeni mediadan ümumiyyətlə anlayışları olmur. Saytın necə reklam edilməsi, reytinqin necə yığılmasını da bacarmırlar.

Copy paste

Belə xəbər saytlarının demək olar ki, xəbərləri də olmur. Digər böyük saytlardan götürülmüş informasiyaları və yaxud dünya mediasından etdikləri tərcümələri təqdim edirlər.

Bu yolla isə oxucu qazanmaq qeyri-mümkündür. Tutaq ki, bir insan internetdə 2 saat vaxt keçirir. Bunun saat yarımını sosial şəbəkəyə, e-maile, yazışmalara sərf edir.

Yarım saatını isə informasiya saytlarına gəzişirsə, o hansı saytı seçəcək?

Əlbəttə ki, özəl xəbəri olan, yaxşı dizaynı olan saytı.

Azərbaycanın internet məkanında özünə kifayət qədər oxucu yığan informasiya saytları var. Onların adlarını yazmağa ehtiyac yoxdur. Reklam və anti-reklam olmamaması üçün digərlərinin də adını yazmırıq.


Bu əziyyət nəyə gərəkdir?


Bu saytlarla yəqin çoxlarınız rastlaşmsınız. Sosial şəbəkələrdə tez-tez qarşınıza çıxır. Saxta hesablar yaradaraq saytların reklamı ilə məşğul olurlar.

Bəlkə də 2-3 il qabaq bu yolla bir sayta oxucu yığmaq mümkün idi. Ancaq indi qeyri mümkündür. Təkrar edirəm: saytların sayı kifayəq qədər çoxdur, oxucunun isə bu qədər səhifənin arasında qurdalanmağa zamanı yoxdur.

Anlaşılmayan bir şey də var.

Heç bir maddi bazası olmayan insanlar nə məqsədlə belə saytlar açmağa ehtiyac görürlər?

Əgər bu yolla pul qazanmaq istəyirlərsə, faktiki olaraq bu sahədən qazanc götürməyin mümkün olmadığını başa düşməlidirlər.

Çünki Azərbaycanda elektron xəbər saytlarının bazarı tutulub.

Ortalığa yeni və maraqlı proyektlər qoymadan uğur əldə etmək mümkün deyil.



Elmin HƏSƏNLİ
# 2829 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər