AYB-dən yeni xəbərlər: üzvlük dayandırıldı, qurultay ilin sonuna qaldı

AYB-dən yeni xəbərlər: üzvlük dayandırıldı, qurultay ilin sonuna qaldı
8 sentyabr 2011
# 12:45
Azərbaycan Yazıçılar Birliyinə (AYB) yeni üzvlərin qəbulu dayandırılıb.

Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu deyib. Onun sözlərinə görə, birliyə yeni üzvlər ancaq ekspertlərin rəyindən sonra qəbul olunur: “Bu il Birliyə cəmi 15-dək üzv qəbul olunub. Onlar da əvvəlki illərdən sənəd verən 400-500 nəfərin içindən seçilib. Yeni üzvlərin qəbul edilməməsinin digər səbəbi isə qurultay öncəsi olması və birlik üzvlərinin üzvlük vəsiqələrinin dəyişdirilməsidir”.

Ə. Əsgəroğlu deyib ki, birliyin üzvlük vəsiqələri standartlara cavab vermədiyindən dəyişdirilir: “Elə üzvlük vəsiqəsi istəyirik ki, üzvlərimiz müəyyən tədbirlərə gedəndə onu boyunlarından asa bilsinlər”.

Qeyd edək ki, hazırda AYB-nin 1650 üzvü var. Onlardan 350-si fəxri üzvdür.

AYB-nin qurultayı isə ilin sonunadək keçiriləcək. Ədalət Əsgəroğlu bildirib ki, yay ərzində birliyin üzvlərinin əksəriyyəti məzuniyyətdə olduğundan qurultaya hazırlıq işləri də aparılmayıb.

Yaxın günlərdə AYB-nin rayon filiallarında hesabat iclasları keçiriləcək: “AYB dövlət büdcəsindən maliyyələşən qurum olduğundan qurultaya hazırlıq, yer ayrılması, bukletlərin və broşuraların buraxılması üçün əlaqədar qurumlara müraciət eləmək lazımdır. Ümid edirəm ki, bu hazırlıqlar ilin sonuna kimi başa çatacaq. Qurultay sədri seçəcək, sədr isə katibləri təyin edəcək. Qurultayda ötən qurultaydan bəri ədəbi prosesdə baş verən dəyişikliklər də müzakirə olunacaq”.
# 1685 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər