“Kitab oğurladığımı yadıma sala bilmirəm” - SORĞU

“Kitab oğurladığımı yadıma sala bilmirəm” - SORĞU
13 aprel 2011
# 13:45
LAYİHƏ: Kulis.az tanınmışlardan standart suallarla kitab haqqında müsahibələr alır.


Müsahibimiz vəkil Adil İsmayılovdur


- Heç kitab oğurladınızmı?


- Bu bir az çətin sualdır. Yaxşı fikirləşsəm bəlkə yadıma düşər.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- Yəqin ki var, ona görə ki vaxtilə kitabxana yaradanda təkcə sevdiklərimiz olmurdu ki, orada.

- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?

- Belə götürəndə həyatımız onsuz da kitabdır. Yaşayışımızda kitab kimidir elə.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Universitetdən müəyyən kitablarım qalır. Amma məktəbdən yox, heç nə qalmayıb.

- Birinci sinfə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Birinci sinfə gedən adam hər halda yəqin ki yazmaqdan qabaq oxumağa başlayar, hərfləri öyrədib sonra yazdırırlar. Mən birinci sinfə gedəndə həm yazırdım, həm oxuyurdum.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Baxır kitaba. Bəzisində vərəq qoyursan arasında, bəzisində isə kitablar üçün xüsusi alətlər var ki ondan istifadə edirəm. Olub ki, qatlamışam kitabın vərəqini.

- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?

- Şeir kitabları var kitabxanamda. Əzbərimdə bildiyim şeirlər də var. Mən şeir həvəskarı deyiləm. Belə götürəndə yaddaşım yaxşıdır, istəsəm istənilən şeiri hafizəmdə saxlaya bilərəm. Ümumiyyətlə əzbərçi olmamışam.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Çətin olar, amma hər halda nağıl kitabı olardı.

- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?

- Olub yəqin ki..

- Kiməsə kitab bağışlamısınızmı?

- Kitab xoşuma gəlibsə o kitabdan alıb kiməsə verə bilərəm, amma öz kitabımı kiməsə bağışlamaq mənə xas xüsusiyyət deyil. Oxumaq üçün istəyiblər vermişəm, olub ki, heç qaytarmayıblar.

- Ən sevdiyiniz film kitab olsaydı onu oxuyardınızmı?

- Kitaba olan münasibət tamam başqadır. Hər halda filmlə kitabın arasında fərq böyük olur. Film kiminsə o kitaba yanaşmasıdır. Zənnimcə kitabı oxumaq filmə baxmaqda daha yaxşıdır. Amma vaxt olsa oxuyardım.

- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?

- Oxumamışam.

- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?

- Ümumi. Belə hesab edirəm ki, dinə o qədər də meylim yoxdur, dindar deyiləm. Allaha inanıram. Ona görə də hesab edirəm ki, bütün dinlərdə Allaha inam üzərində qurulub. Olur hərdən bir müqayisə aparırsan ki, harda nə cürdür.

- Elektron kitab oxumusunuzmu?

- Olur. Son dövrlərdə olur hərdən bir. Sırf peşə ilə bağlı, bir də psixologiyayla əlaqədar müəyyən yazıları gözdən keçirirəm.

- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?

- Vallah heç kimə arzu eləmirəm kitab yazsın. Bu istəklə olan bir şeydir. Çox uzağa getməyək, Heydər Əliyevin yazdığı kitabı, memuarlarını oxumaq istərdim.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Peşəmlə əlaqədar mütəmadi oxuyuram.

- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?

- İctimai nəqliyyatdan istifadə etmirəm. Axırıncı dəfə Moskvada olanda müşahidə etdim. Orada yenə də oxuyurlar kitab. Metroya minmişdim oxuyurlar. Mən çox istərdim insanlarımız oxusunlar, amma bizdə kitab oxunmur.

- Yandırdığınız kitab olubmu?

- Yox

- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?

- Olur, mən oxuduğum kitabların əksəriyyətini birnəfəsə oxumuşam.

- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?

- Şəxsən tanımıram, amma düşünürəm ki ola bilər.


Fərid Mirzəyev
# 2822 dəfə oxunub

Oxşar xəbərlər

"Çırpınırdı Qara dəniz, baxıb türk bayrağına!" - Məşhur mahnı necə yarandı?

"Çırpınırdı Qara dəniz, baxıb türk bayrağına!" - Məşhur mahnı necə yarandı?

15:30 3 sentyabr 2026
Təbiətlə ilahi dünya arasında mistik körpü - Serafin Luinin "Həyat ağacı"

Təbiətlə ilahi dünya arasında mistik körpü - Serafin Luinin "Həyat ağacı"

14:00 3 sentyabr 2026
Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri  - Anri Russonun "Yatmış qaraçı qadın"ı

Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri - Anri Russonun "Yatmış qaraçı qadın"ı

13:30 2 sentyabr 2026
Sədaqət, itaət və  andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

Sədaqət, itaət və andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

16:30 1 sentyabr 2026
"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

17:00 31 avqust 2026
Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

17:00 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər