“Plagiator” adlandırılan yazıçılar: Şekspir, Umberto Eko, Orxan Pamuk...

“Plagiator” adlandırılan yazıçılar:  Şekspir, Umberto Eko, Orxan Pamuk...
11 avqust 2011
# 16:30
Başqasına aid söz, məhsul və ya fikirlərin orijinal qaynağına istinad edilmədən istifadə edilməsi, sanki özünə aidmiş kimi göstərilməsi plagiat adlanır.


Azərbaycanda bu söz şou-biznesdə daha çox istifadə edilsə də, dünya miqyasında ən çox ədəbiyyat sahəsində işlədilir. Hətta ədəbiyyatda plagiatlığın tarixi uzun illər əvvələ qədər uzanır...


Habertürk-dən faydalandığımız bu yazıda diqqətinizə sübut olunan və hamımıza tanış olan ədəbiyyat nümunələrindəki plagiatlardan söz açacağıq...


İddialara görə, ingilis ədəbiyyatının nəhəng simalarından olan Şekspir əsərlərini məşhurluq qazana bilməyən İtalyan yazıçılardan və italyan xalq nağıllarından götürüb. “Harry Potter”i qələmə almaqla bütün dünyada ən çox satan kitablardan birini ərsəyə gətirmiş Coan Roulinq romanlarını yazarkən “Müqəddəs Kasa” adlı qədim xristian nağılından lazımı qədər bəhrələnib.


Türk romançı Peyami Safanın iddialarına görə, Rəşad Nuru Güntəkin “Çalıkuşu”nu Leon Frapinin “Əyalət müəlliməsi” adlı romanından oğurlayıb. Yəhya Kamalın “Leyla”sı isə fransız şairlərindən birinə aiddir və əsl adı “Solanqe”dir. Hətta Yəhya Kamal “Solanqe”nı də özünün yazdığını iddia edib...


Plagiat ittihamları Peyami Safanın özündən də yan keçmir. “Saxta bakirələr” kitabının məzmununu Marsel Prevostun “Yarım bakirələr”lə Viktor Marquaretin “Subay qız” (“La Garçonne”) əsərindən götürüb. “Qarşıdakı evin işığı” adlı hekayəsi isə italyan yazıçısı Pirandellonun “O biri evin işığı” hekayəsindən mənimsəyib.


Yağmur Atsız Nazim Hikmətin “Sən xoşbəxtliyin şəklini çəkə bilərsənmi, Abidin?” misrasını Pier Bonardın “Xoşbəxtliyin Şəklini Çəkmək” adlı rəsmindən oğurlandığını iddia edib.


Bir zamanlar serialı da məşhur olan “Köklər” (“The Roots”) adlı romanın müəllifi Aleks Haleyin Harold Kourland adlı yazarın “Afrika”sını öz adına çıxıbmış. Amma məhkəmədə oğurluğu boynuna aldı və Kourləndə nə az, nə çox, düz 650 min dollar təzminat ödəməli oldu.


Pulitzer mükafatının laureatı Qudvin 1987-ci ildə yazdığı “The Fitzgeralds and the Kennedies” adlı kitabında oğurluq etdiyi sübut edildikdən sonra 2002-ci ildə bu mükafatın münsifliyindən istefa verdi.


Murad Bardakçı Nobel mükafatlı Orxan Pamukun “Ağ qala” adlı romanında Fuad Carımın “Qanuni dövründə İstanbul” adlı kitabından köçürmələr etdiyini iddia edib. Orxan Pamuk cavab verməkdən imtina edib.


Məşhur yazar Den Brounun “Da Vinçi şifrəsi” adlı kitabından 20 il əvvəl nəşr olunan “The Holly Blood” adlı əsər, hazırda məşhur olan əsərlə eyni məzmundadır.


Umberto Eko isə “Gülün adı” romanını Emile Henriotun 1946-cı ildə Fransada çap etdirdiyi “La Rose də Bratislava” (“Bratislavada gül”) adlı kitabından ciddi şəkildə bəhrələnərək qələmə alıb. Üstəlik, bu iddianı şəxsən “Gülün Adı”nı rus dilinə tərcümə edən Elena Kostyukoviç ortaya atıb. Eco isə “emprik bir yazar olan Henriotun romanını oxumadığımı və belə bir romanın mövcudluğundan xəbərsiz olduğumu söyləməyimin heç bir mənası yoxdur” deyə, təəssüfünü bildirib.



KİNO


1922-ci ildə lentə alınan “Nosferatu” filmi Bram Stokerin “Drakula” romanının icazəsiz uyğunlaşdırılması olduğu üçün məhkəməyə verildi və nəticəsində filmin nüsxələri məhv edildi.


Yazıçı Harlan Ellison “Terminator” filminin öz yazdığı “The Outer Limits” adlı əsərdən götürüldüyü üçün filmin rejissoru, ssenaristi və prodüseri olan Ceyms Kamerona qarşı iddia qaldırdı. İddianı qazanan Ellisonun aldığı təzminatın məbləğı gizli saxlanılır və artıq titrlərdə adı yazılır. Kameron son filmi olan “Avatar”da həm vizual, həm də motiv olaraq plagiatlıq etdiyinə görə də gündəmdə idi.


Vüqar Qurdqanlı
# 2008 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər