Kəramət Böyükçöl: “Qalib ya Natiq Rəsulzadə olacaq, ya da Pərviz Cəbrayıl”

Kəramət Böyükçöl: “Qalib ya Natiq Rəsulzadə olacaq, ya da Pərviz Cəbrayıl”
13 aprel 2011
# 11:41
Gənc yazar Kəramət Böyükçölün Milli Kitab Mükafatı haqda Kulis.az-a yazılı müsahibəsi

- MKM-a qatılanda neçənci yerə çıxacağını düşünürdün?

- Səmimi deyim ki, heç bu haqda düşünməmişəm. Müsabiqə vicdanla, ədalətli keçirilsin, mən hər zaman udmağa da hazıram, uduzmağa da!

- “İyirmi” likdə adını görəndə nə düşündün?

- Mən adımın “iyirmi” liyə düşməyinə görə fəxr eləmirəm. Adının “iyirmi” liyə düşməyini qələbə hesab edənlərə, bununla böyük qürur hiss duyanlara isə, səmimi deyim ki, bir az gülümsəməyim gəlir.

- Onluğa düşməməyinin səbəbini nədə görürsən?

- Mən onluğa düşməməyimin səbəbini əsərimin layiq olmamağımda görmürəm. Ola bilsin ki, mənim əsərim müəyyən ekspertlərə layiq olmayıb. Ömrü boyu səsi ancaq qəzet köşələrindən gələn Qan Turalının və ömrü boyu ondan-bundan pul alıb tərifli yazılar yazan, bədii əsərə məhəlləçilik təfəkkürü ilə yanaşan Tehran Əlişanoğlunun burnunu ucundan o tərəfi görməməyi şübhəsiz ki, burada da təsirsiz ötüşmədi.

- Ümumən, ekspertlərin işini necə dəyərləndirirsən?

- Mən öncə də qeyd eləmişəm. Burada fəal və qeyri fəal eksperlər olub. Ən fəalları isə Tehran və Qan Turalı olub. Proses boyu eksperlərin arasında nə söhbətlər olurdusa, hər kəsin bundan xəbəri var idi. Əvvəl müəlliflər zəng eləyib eksperlərin bayramın təbrik eləyib, sonra da eksperlər onların bayramını təbrik eləyib. Tehranla Turalın burada konkret maraqları və məqsədləri olub. Onlar əsərə qiymət verməyiblər. Sənin adamın mənim siyahımda olsun, mənim də adamım sənin. Digər ekspertlər isə bu iki balaca despotun xahişini yerə salmayıblar.

- Səncə, mükafatın verilməsində obyektivlik olacaqmı?

- Bilmirəm, bunu məndən yox, fəal münsiflərdən soruş!

- Səncə, mükafat kimə veriləcək?

- Əvvəla, hər bir iştirakçıya uğurlar arzulayıram. O ki, qaldı şəxsi fikrimə, məncə, qalib ya Natiq Rəsulzadə olacaq, ya da Pərviz Cəbrayıl. Bu təkcə şəxsi yox, bir az da ictimai fikirdir.

- MKM-in növbəti müsabiqəsinə əsər verməyi düşünürsənmi?

- Mən bütün məqamlarda ədəbiyyat adına görülən bu işi alqışlayıram. Nə qədər haqsızlıq, ədalətsizlik eləsələr də Milli Mükafatın keçirilməsi yaxşı bir işdir. Ədəbiyyat həyatımın bir hissəsidir. Bu müsabiqələr mənim yazmağıma mane olmur. Növbəti romanımı yazıram. Əlbəttə, gələn ilki müsabiqəyə qədər əsərimi bitirsəm, mütləq qoşulacağam. Baykot elmək fikrim yoxdur!

Elmin Həsənli
# 2536 dəfə oxunub

Oxşar xəbərlər

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

15:30 11 iyun 2026
Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

12:00 9 iyun 2026
"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

15:20 8 iyun 2026
Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

14:00 7 iyun 2026
"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər