“Aktyorluq məni bezdirdi, məndən bu qədər!..”
10 avqust 2011
07:00
Türk mediasının gündəmindən düşməyən Teomanın karyerasını bitirmə xəbərindən sonra fransız aktrisa Odri Totu da sənətdən getdiyini bildirdi.
Teoman iki yaxın insanı – xalası və dostunu itirdikdən sonra həyatına başqa gözlə baxmağa çalışdığını söylədi. Braziliyaya bal ayına gedən dostu Murat Çetintürkün orada avtoqəzada ölməsi və Teonun cənazəni almaq üçün Cənubi Amerikaya yollanması, görünür, müğənnidə hələ də ağır təəssüratlar buraxıb. O, sevdikləri ilə bundan sonra daha çox vaxt keçirmək istədiyini, bundan sonra onu bir az rahat buraxsaq, xoşbəxt olacağını yazdı. Həm də iki məktubla!
Bu hadisədən bir neçə gün sonra “Ameli” filmindən tanıdığımız aktrisa Odri Totu da sənətdən gedəcəyini açıqladı. 34 yaşlı “Ameli” İngiltərənin “Daily Telegraph” qəzetinə karyerasını bitirmə səbəbini belə bildirib:
“Karyerama heç də bağlı deyiləm. Başqa planlarım var: dənizçi olmaq, rəsm çəkmək, yeni şeylər öyrənmək. Amma vaxtım yoxdur. Böyük büdcəli filmlərdə oynamaq məni yordu. Mən belə bir gücə sahib olmaq istəməmişdim. Azad olmaq istəyirəm....
...Məktəbdən məzun olanda “Venus Beauty” filminə çağırıldım. Bu gün də rejissorlar zəng vurub məni filmə dəvət edəndə təəccüblənirəm. Məndə nə tapırlar anlamıram. Köhnə filmlərimi izləyəndə “İlahi! Bərbad oynamışam!” - deyə təəssüf edirəm. İrəlidəki 10 ildə də indi oynadığım filmlərə baxıb eyni şeyləri deməyi planlaşdırıram”.
Nə Teoman, nə də Odri Totu ilk hal deyil. Bir çox məşhurlar səhnədən, ədəbiyyatdan, musiqidən, sənətdən gedib. Bəziləri Teoman kimi bir məktub yazıb, sonra pərəstişkarlarının narahatlığına biganə qalmayıb, ikincini yazıb, bəziləri də Selincer kimi heç kimi vecinə almayıb, sakit guşəsinə çəkilib yaşayıb. Ancaq Kventin Tarantino, Entoni Hopkins kimi məşhurlar onlar qədər cəsarətli ola bilməyib. Karyeralarını bitirdiklərini söyləsələr də, sonra yenidən sənətə qayıdıblar.
Beləliklə, karyeralarına erkən yaşda son verən məşhurlar...
Şon Konneri – Ceyms Bond rolunun əfsanəvi yaradıcı “Fövqəladə cənablar liqası” filminin çəkilişlərindən sonra aktyorluqdan soyuyub və təqaüdə çıxacağını açıqlayıb. “Əsrin ən seksual kişisi” seçilən aktyor “İndiana Cons və Kristal kəllələr krallığı” filmindəki Henri Sr. rolunu da rədd edib.
Bricit Bardo – ən məşhur sarışınlardan olan Bardo 1973-cü ildə hələ 39 yaşında ikən aktrisalığı buraxıb. 45 filmdə çəkilən Bardo gedişini bu sözlərlə bildirib: “Fürsət düşmüşkən, kübar şəkildə bu işdən sıyrılmaq istəyirəm”.
Ceromi Devid Selincer – keçən il həyatını itirən yazıçı yazmağı 44 yaşında buraxıb. “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin gətirdiyi şöhrətdən yorulan yazıçı cəmiyyətdən tamam ayrıldı. 1980-ci ildə verdiyi son reportajında yazmağı çox sevdiyini, amma yayımlanmasına qarşı olduğunu açıqlayıb.
Entoni Hopkins – 1998-ci ildə “İnstinkt” filminin çəkilişlərində “Daily Mail”ə açıqlama verən Hopkins: “Aktyorluq zehni sağlamlığıma pis təsir edir. Dözə bilmirəm. Həyatımı bu mənasız işin arxasınca ziyan edirəm. Məndən bu qədər” cümlələri ilə sənətini bitirib. Bundan sonra 17 filmə çəkilən Hopkins 2006-da “New York Post”a aktyorluğu atıb, ssenari yazmağa başlayacağını bildirib. Bu da azmış kimi “Hər kəs aktyor olmaz ki! Ürəyimdəki Bethoven kimi bir bəstəkar olmaqdır” deyib musiqiyə də baş vurub. Daha 12 proyektdə yer alan Hopkins nə aktyorluğu buraxıb, nə ssenari yazıb, nə də bəstəkar olub...
Nikolas Keyc – 2008-ci ildə “Bəzi aktyorlar məşhurluqlarından çox razıdırlar və əylənirlər. Mən isə bezdim. Aktyorluq məni məhv etdi. Davam etməyi düşünmürəm” deyən Keyc bundan sonra 14 filmdə yer aldı və hələ də sənətdədir.
Kventin Tarantino – rejissor 2005-ci ildə bird aha filmlərdə rol almayacağını söyləyib. Tarantino.info-da yer alan məktubunda “Artıq özümü aktyor kimi görmürəm. İlham mənbəyimi itirdim” - yazıb. Bundan sonra 3 filmdə - “Death Proof”, “Planet Terror” ve “Inglorious Basterds” filmlərində çəkilib.
Günel Əsgərzadə

1355 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024