Şərqli çobanın fəlsəfəsi
10 avqust 2011
06:00
Keçən həftə, avqustun 2-də Milli Kino Günü səssiz, ciddi, bir neçə nəfəri mükafatlandırmaqla və rejissor Yavər Rzayevin “İlahi məxluq” filminin təqdimatı ilə qeyd olundu.
Zövqünə inandığım bir neçə nəfərin “bu filmə baxmağa dəyər” tövsiyəsi məndə Yavər Rzayevin ekran işini izləmək həvəsini oyatdı.
Azərbaycan kinosuna nihilist mövqedə dayanmaq təəssüratını yaratmaqdan çəkinsəm də… yenə deyəcəm.
Filmin ilk 10 dəqiqəsindən sonra sıxılmağa, darıxdığımdan yerimdə qurcalanmağa başladım.
Yəqin ki, Y.Rzayev bu yerdə Antonioni, Fellini, Tarkovski kimi ünlü rejissorlarla işləmiş italyan ssenaristi Tonino Querradan sitat gətirərdi: “Əsl kino darıxdırıcı olmalıdır”.
Sinyor Querranun fikrinə qatılmıram. Amma 60-70-ci illər müəllif kinosundan qaynaqlanan uzun, statik planlar, dialoqların azlığı, gərilmiş sükut kimi vasitələr imitasiyaya məruz qalanda film doğrudan da darıxdırıcı olur.
****
Əsla Y. Rzayevin imitator olduğunu demək istəmirəm.
Art-house kinosunun təmsilçilərindən biri, amerikalı rejissor Cim Carmuşdan sitat gətirsəm, - yerinə düşər: “Nəzarətin limitləri” trillerinin çəkilişi zamanı 1970-80-ci illər Avropasının kriminal filmləri haqda çox düşündüm. Söhbət filmlərin imitasiyasından yox, üslub axtarışlarından gedir”. Bu mənada Y. Rzayev də axtarışdadır, hərçənd, axtarış uğura doğru gedə bilməyib.
****
Aydınlıq üçün filmin qısa süjeti: dağlarda məskən salan bir çoban ailəsi. Ata (Nurəddin Mehdixanlı) Bakıdan gələn rəssam qızın (Vəfa Zeynalova) oğlu İsmayılı (Corc Qafarov) təsiri altına salmasına, onda rəssamlıq sənətinə meyl yaratmasına qıcıqlanır. Və oğlunun evini atıb Qərbə gedəcəyindən qorxaraq, nəyin bahasına olursa-olsun onu şimal küləyinin “zərərli tendensiyası”ndan qorumağa çalışır.
****
Göründüyü kimi, film klassik mövzunu – ata-oğul, Şərq-Qərb dünyagörüşlərini, təbiət-urbanizasiya toqquşmasını anladır.
Fəqət, problem mövzuda deyil. Problem, filmdəki metafora bolluğunda, şərtilikdə, poetik ruhun hakim olmasında, fəlsəfi məzmuna cəhddə və ənənəvi yozumdadır.
Başa düşürəm ki, Tarkovskinin metaforik sistemi, filmlərinin sakral ruhu çox rejissora doğmadır, xüsusən də şərqli rejissorlara. Amma bu ifadə tərzində həmin rejissorun fərdi dəsti-xətti, fərdiliyi hardadır?
Məhz onu filmdə görmədim...
****
Dünya kinematoqrafiyasında metaforik sistem, poetizm potensialını xərcləyib.
Kimsə bir il əvvəl Berlinaledə baş mükafat alan türk rejissoru Semih Kaplanoğlunun “Bal”ını (o cümlədən bu trilogiyaya daxil olan “Yumurta” və “Süd” filmləri) nümunə gətirəcəkcə, bəri başdan deyim ki, film Tarkovski yaradıcılığının çox pis şəkildə imitasiyasıdır.
Nə türk, nə də ümumiyyətlə dünya kinosunda sənət nöqteyi-nəzərindən əhəmiyyətli olmayan “Bal”ın mükafat almasını isə siyasi konyunkturaya bağlayıram.
****
Bu mənada Tarkovskinin sisteminə öz özəlliyini qatan, ikinci nəfəs verən hələ ki, İran kinosu (gerçəkliyin təsvirində bədiiliklə sənədlilik arasında sərhədi silmək, İran fəlsəfəsi, sıravi insanın gün-güzəranı, universallıq, informativlik, incə yumor) olub. Və İran kinosu zamanında həm də italyan neorealizmindən, fransız “Yeni dalğa”sından bəhrələnib.
Müasir İran kinosu artıq metaforalarla işləmir. Təbii ki, söhbət dünyada tanınan rejissorlardan gedir. Onlar rəmzlərə varmadan, birbaşa hədəfə dəyən filmlər çəkir. Bu səbədən də ölkənin məşhur rejissorları ya əcnəbi kino şirkətləri ilə çalışır, ya da azad çalışmaq üçün vətəndən gedir. Tanınmayan ortabab İran rejissorları isə hələ də təqlid edir.
*****
Ənənəvi üslubun cəlbedici olması üçün özündən də nəsə gətirməlisən axı. Amma Y. Rzayevin filmində azərbaycanlı obrazı yox, dünyaya bəlli, ümumiləşmiş, şərqli obrazı var.
Məsələn, filmi belə yozardım: Şərqdə uşaqların seçim imkanı yoxdur, onlar böyüklərin zorakılığandan əziyyət çəkir.
Ata Qərbə nifrət edir, hətta o həddə qədər ki, rəssam qızı zorlayır, üstəlik arvadıyla kobud rəftar edir, oğlunun istəyinın qarşısını almaq üçün onu döyür. Burda qadın və uşaq haqlarının pozulması məsələsi də ortaya çıxır.
İntibah dövrünün çılpaq rəsmləri isə şərqli kişi üçün pozğunluq, yeniyetmə üçün masturbasiya vasitəsidir.
Təcavüzdən sonra qız dağları tərk edir. “Bütün təhlükələr şimaldan gəlir” deyən Şərq (yəni çoban – S.S. ) Qərbə fiziki anlamda qalib gəlir və onu mənən sındırır.
O, eqosunu zorun gücünə qoruyur, dəyişikliyi rədd edir.
Böyük ehtimalla, əcnəbi tamaşaçının yozumu belə olacaq.
Üstəlik, film dünyada formalaşmış Şərq haqda təsəvvürlərə də uyğundur.
Bəs rejissor nə təklif edir? Şərqin - Qərbdən gələn müdaxiləyə qarşı təklif etdiyi yeganə alternativ onun özünə qapanıb qalmaq, tədric olunmaq, sənətə, təhsilə, inteqrasiyaya yox demək?
Velaskesin “Venera güzgü qarşısında” rəsmindən tutmuş Qogenin “Hardan gəlmişik, biz kimik, hara gedirik” əsərinədək nadir nümunələrin yalnız ehtiras mənbəyi olma iddiası?
Y. Rzayevin bir neçə il əvvəllki müsahibəsini xatırlayıram: “Xristian dramaturgiyası tükənib. Qərbdə yaradıcılıq böhranı başlayıb və o, Şərqə doğru meyllənir. Xristianlıq, katolik xristianlıq ölür. Özləri də bilirlər ki, artıq vaxtları bitib, başqa mədəniyyət gəlməlidir”.
Rejissor intibahın Şərqdən gəlməsi iddiasında israrlıdır və film də əslində, bu mesajı ötürmək istəyir. Amma di gəl ki, filmdə əks nəticə çıxır. İntibahın işartıları əvəzinə patriarxal, durğun Şərq, təbiəti seçib, amma onunla harmoniyada olmayan obrazlar canlanır.
*****
Yeri gəlmişkən, filmin musiqi həlli barədə. Az qala hər kadrda, həyəcanlı, mistik ovqat aşılayan və bir az da saspens yaradan musiqinin səslənməsi tamaşaçıya hardasa gizlənmiş böyük mənaya, ilahi sirrə eyham vurur. Amma sonda məlum olur ki, alt qatlarda gizli bir şey yoxdur.
Sitat: “Mən həmişə tamaşaçını diqqətini mürgüləndirməyə meylləndirən ənənəvi musiqi şərhlərini rədd etmişəm. Obrazların musiqiyə “qovulma” ideyası ürəyimcə deyil, sanki söhbət opera librettosundan gedir”.
(Mikelancelo Antonioni)
Aktyor oyununa gəlincə, ən yadda qalan Nurəddin Mehdixanlının parlaq ifası oldu. Onun pafosunu sevməsəm də, bu dəfəki ifası son dərəcə səmimi idi.
Filmdəki mükəmməl təbiət təsvirləri isə İran operatoru Rəsul Tənhayinin payına düşür.
Sevda SULTANOVA
(Foto: Abbas Atilay)

1835 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024