“Əclaflar”, “satqınlar”, “ziyankarlar” – 1937!
9 avqust 2011
11:00
Bir müddət əvvəl “13 oktyabr 1937 – “Beyin qətli“ tarixi!” adlı yazı hazırlamış, həmin yazıda yüzlərlə Azərbaycan ziyalısının bir günün içərisində 15 dəqiqəlik aralarla mühakimə edildiyini və 13 oktyabr tarixində güllələndiyini yazmışdıq. Həmin yazıdan sonra o günlərdə mətbuatda məlum hadisə ilə bağlı nələrin yazıldığını araşdırmaq və mümkün olarsa, yeni faktlar əldə etmək qərarına gəldik. Hələlik bu zəmində araşdırmalarımız istədiyimiz nəticə verməsə də, 26 oktyabr 1937-ci il tarixli “Kommunist” qəzetində Həmid Sultanov və “dəstəsinin” ittihamnaməsini, o cümlədən onun son sözünü əldə etdik. Bu faktların əsasında geniş araşdırma yazısı hazırlayıb diqqətinizə təqdim edəcəyik.
İndi isə həmin günlərdə yüzlərlə ziyalını heç bir səbəb olmadan güllələdən sovet ideologiyasının mətbu vasitələrinin hadisələr barədə açıq-aşkar olmasa da, gizli təbliğatlarını diqqətinizə təqdim edirik.
Xatırladaq ki, “Oktyabr və Azərbaycan ədəbiyyatı” adlı yazı 27 oktyabr tarixində bir qrup ziyalının güllələnməsindən sonra yazılıb.
Oktyabr və Azərbaycan ədəbiyyatı
Böyük Oktyabr Sosialist revalyusiyasının ilk illərindən etibarən Azərbaycan intelligensiyasının ən yaxşı nümayəndələri, Lenin-Stalin bayrağı altında duraraq, mülkədar-burjua-müsavat hökumətini ölkədən qovmuş işçi-kəndlilərin tərəfinə keçdilər.
Cəlil Məmmədquluzadə və Haqverdiyev kimi qoca yazıçılar ömürlərinin son gününə qədər işçi sinfinə sadiq qalıb, sovet ədəbiyyatının və sənətinin inkişafı uğrunda öz energiyalarını və talantlarını sərf etdilər.
Vaxtilə millətçilərin təsiri altına düşən, lakin Aprel Sosialist revolyusiyası ayəsində müsavatçıların konturrevolyusyon simalarını və vətən xaini olduqlarını açıqdan-açığa görən Cəfər Cabbarlı həmişəlik olaraq o mənhus aləmlə əlaqəsini kəsdi və heç tərəddüd etmədən sosializm cəbhəsinə keçdi. Cəfər Cabbarlı öz bədii realizmi revolyusion tematikası sosializm quruluşu uğrunda çarpışan yeni insan obrazları ilə Azərbaycan sovet səhnəsini zənginləşdirdi.
Revolyusiya illərində Azərbaycan sovet ədəbiyyatı istər poeziya, istər proza və istərsə dramaturgiya sahəsində böyük müvəffəqiyyətlər əldə etmişdir. Azərbaycan xalqı öz şairlərini sevir, onları alqışlayır.
Azərbaycanda proletar ədəbiyyatının təşkili və inkişafı uğrunda böyük işlər görmüş şair Süleyman Rüstəm öz əsərlərində komsomolun vətəndaş müharibəsi cəbhələrindəki qəhrəmanlıqlarını təsvir edir, “Yaxşı yoldaş” poemasında pambıq uğrunda aparılan mübarizəni, sosialist yarışını və sosializm quruluşu şəraitində insan psixologiyasının dəyişməsini, əməyə, ictimai əmlaka qarşı yeni baxışların əmələ gəlməsini göstərir. “Stalin” şeirində şair böyük rəhbərimizə olan tükənməz məhəbbətini ifadə edir.
Səməd Vurğun öz yaradıcılığında çox mürəkkəb yollarla inkişaf etmişdir. İlk illərdə S.Vurğunun şeirlərində ümidsizlik, həsrət və qeyri-ictimai motivlər böyük bir yer tuturdu. Son illərdə yazdığı əsərlərdə S.Vurğun sosializm quruluşu tematikasına yaxından yanaşır, xoşbəxt və nəşəli həyatımızı ruh yüksəkliyi ilə sadə xalq dilində tərənnüm edir (“Səadət nəğməsi”, “Azad ilham”, “Günəşin keşiyində”).
Son illərdə xeyli irəli gələn şairlərdən biri də Məmməd Rahimdir. Oxucular arasında məşhur olan “Ölməz qəhrəman” şeirində o, böyük Stalinin ən sadiq silahdaşı Azərbaycan əməkçilərinin unudulmaz rəhbəri Sergey Mironoviç Kirovun alçaq xalq düşmənləri tərəfindən öldürülməsinə qarşı həyəcanını ifadə etmişdir.
Son illərdə Azərbaycan poeziyası bir sıra gənc kadrlar yetişdirə bilmişdir.
Çox gənc olmasına baxmayaraq, Azərbaycan sovet prozası bir sıra görkəmli əsərlər yaratmışdır. Bu sahədə ilk müvəffəqiyyətli addımı Ə. Əbülhəsən atmışdır. Onun “Dünya qopur” romanı Aprel revolyusiyasının ilk illərində Azərbaycanda gedən sinfi mübarizəni təsvir edir.
Son illərdə Azərbaycan ədəbiyyatında tarixi romana qarşı böyük bir maraq oyanmışdır. M.S. Ordubadi İranda revolyusion hərəkatı təsvir etdiyi “Dumanlı Təbriz” romanı ilə birlikdə Azərbaycan işçilərinin kommunist partiyasi rəhbərliyi ilə kapitalizmə qarşı apardıqları revolyusion mübarizəsini təsvir edən bir neçə roman yazmışdır (“Döyüşən şəhər”, “Gizli Bakı”). Hazırda Ordubadı Bakı işçilərinin unudulmaz dostu polad bolşevik S.M. Kirovun mübarizəsinin təsvir edən roman üzərində işləyir.
Mir Cəlal “Dirilən adam” romanı ilə ədəbi fəaliyyətində irəliyə doğru ciddi bir addım atmışdır.
Bütün bu müvəffəqiyyətləri gözləri götürməyən qəddar burjua-nasionalistləri müsavatçılar trotskist-buxarinçi diversantları, banditləri, əclaf xalq düşmənləri Azərbaycan sovet ədəbiyyatına olduqca böyük zərər vurmuşlar. Onlar proletarların şanlı mübarizə tarixini ləkələyən konturrevalyusiaon millətçi, pantürkist, panislamist əsərləri çap etdirir, mükafatlandırır və beləliklə də həqiqi sovet ədəbiyyatının inkişafına mane olurdular.
İfşa edilmiş qəddar xalq düşmənləri ədəbiyyatımızın hər sahəsində ziyançılıq işləri aparırdılar. Bu ziyançılıq hər şeydən artıq dramaturgiya sahəsində olmuşdur. Sovet səhnəsinə gözəl əsərlər verən “Od gəlini”, “1905-ci ildə”, “Almaz”, “Yaşar” kimi ölməz pyesləri ilə Azərbaycan səhnəsini çiçəkləndirən Cəfər Cabbarlıya qarşı vaxtilə xalq düşmənləri və onların quyruq bulayanları tərəfindən nə qədər hücumlar edilir və böhtanlar atılırdı. Sosializm quruluşuna sədaqətlə xidmət edən adamları işçi sinfindən və onun avanqardı olan bolşevik partiyasından ayırmaq istəyən bu əclaflar dramaturgiya sahəsində yeni qüvvələrin hazırlanması işini də alçaqcasına pozurdular. Onlar gənc talantlı dramaturq İbrahimov Mirzənin “Həyat” pyesinin qabağına süni olaraq divar çəkmişdilər.
Azərbaycan sovet ədəbiyyatına vurulan ziyanların nəticəsini aradan qaldırmaq üçün böyük işlər görülür. Ədəbiyyata yeni talantlı gənc qüvvələr gəlir, prinsipial ciddi tənqid və özünütənqid genişlənir. Yazıçılar bir sıra mühüm temalar üzərində çalışırlar. Azərbaycan yazıçıları qardaş rus və erməni yazıçıları ilə birlikdə çalışırlar. M. Qamski öz hekayələrində Azərbaycan kəndlərinin kollektivləşmə uğrundakı mübarizəsini təsvir edir. S. İvanov və Oratovski kimi gənc rus şairlərinin yeni əsərləri çap olunur.
Erməni yazıçılarından Sevunts, Oktyabrın XX illiyinə həsr etdiyi yeni “Buxtada” adlı romanında bolşeviklərin neft uğrundakı mübarizəsini və sinfi düşmənlərin kontrrevalyusion çıxışlarına qarşı mübarizəsini təsvir edir. Azərbaycan yazıçılarının əsərləri qardaş xalqların dillərində nəşr edilir. Azərbaycan ədəbiyyatının zəngin tarixini göstərmək üçün rus sovet şairlərinin köməyi ilə rus və Azərbaycan dillərində “Azərbaycan poeziyası antologiyası” nəşr olunur.
Azərbaycanın ən yaxşı şairləri böyük gürcü şairi Şota Rustavellinin “Pələng dərisi geymiş pəhləvan” adlı məşhur poemasını Azərbaycan dilinə tərcümə edirlər.
Azərbaycan aşıqları sovet şairləri ilə birlikdə sosializm quruluşunun qəhrəmanlıq pafosunu əks etdirirlər. Aşıq Əsəd, Aşıq Avaq, Aşıq Mirzə Bozalqanlı, Aşıq Hüseyn və başqaları böyük bir ruh yüksəkliyi ilə sosializm quruluşunu, şanlı rəhbərimiz Leninin, Stalinin, Kirovun, Orçonikidzenin, 26 Bakı komissarının obrazlarını şən və nəşəli kalxoz kəndini, neft staxanovçularını, Qızıl Ordunu, Stalin Konistitusiyasını şirin xalq dili ilə tərənnüm edir, xalq düşmənlərinə – trotskist-buxarinçi, kontrrevalyusion müsavat banditlərinə qarşı dərin nifrət və qəzəblərini ifadə edirlər.
Oktyabr Sosialist revolyusiyasının XX illiyinə Azərbaycan yazıçıları böyük müvəffəqiyyətlərlə gəlirlər.
Lakin bu müvəffəqiyyətlərə baxmayaraq, Azərbaycan sovet yazıçılarının qarşısında olduqca böyük və ciddi vəzifələr durur.
Ədəbiyyatda düşmən agenturası ilə, trotskist-buxarinçi, müsavatçı, nasional-uklonist ziyançılara bu german-yapon faşist razvedkası agentləri ilə amansız mübarizə aparmaq, Stalin Konstitusiyası epoxasının irəli sürdüyü tələblərə cavab verə biləcək bolşevik idealı, yüksək məzmunlu bədii əsərlər yaratmaq, yeni sağlam yazıçı kadrları yetişdirmək, prinsipial, ciddi ədəbi tənqidi genişləndirmək – partiyalı və partiyasız sovet yazıçılarının ən şərəfli və müqəddəs vəzifəsidir.
Heç şübhə yoxdur ki, bolşevik partiyasının ən yaxın rəhbərliyi ilə çalışan Azərbaycan sovet yazıçıları üzərlərinə düşən bu vəzifəni sədaqətlə yerinə yetirəcəklər.
3 noyabr 1937-ci il, №255
Hazırladı: Vüqar Qurdqanlı

2136 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024