Nəcis qoxuyan kral sarayları
1 avqust 2011
11:44
Haqlı olaraq deyirlər ki, şüurlu insanların tarixi əlinə ilk ağac ala bilən insandan deyil, tualeti ilk tikən insandan başlayır.
Biz həmişə çətir və yelpiyi görəndə ilk olaraq fransız madam və mademuazelləri xatırlayırıq. Çünki orta əsrlərə aid ədəbiyyatlarda və rəsm əsərlərində çətir və yelpik fransız qadınların simasında avropalı feminanın başlıca aksessuarı sayılıb. Bilməyənlərə yəqin elə gəlir ki, çətir yağış və günəşdən, yelpik isə istidən qorunmaq məqsədilə orta əsr Avropa qadını tərəfindən hər yerə daşınırdı.
İlk baxışda bir-birinə qətiyyən aid olmayan iki fərqli məfhumu – çətir və tualeti bir araya gətirərək isbat etməyə çalışacağıq ki, bunların biri o birini heç də inkar etmir və parisli xanımların çətir sevgisinin əsl səbəbi nədir. Bu absurd qoşalaşdırmaya bizi orta əsrlərin və müasir dünyanın ən mədəni xalqlarından biri sayılan fransızlar vadar edib. Və çətirdən aidiyyatı üzrə istifadə edilməməsinin səbəbini açmaq üçün bizi tualetin tarixinə nəzər salmağa yönləndirib.
Oturacaqlı tualetin eramızdan 2600 il əvvəl şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında rast gəlinir.
Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olub. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi.
Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi (Bu həqiqətdir ki, orta əsrlər Avropasında tualet mədəniyyəti çox primitiv formada, məhz tarixəqədərki dövrdə olduğu kimi həll edilib).
İlk tualetin nə vaxt yarandığı çox mübahisəlidir. İnanmaq çətindir ki, Paris, London kimi Avropa şəhərlərində tualet tamamilə olmayıb. Sənədli sübutlara görə, saray əyanları və monarxlar öz təbii ehtiyaclarını harda gəldi – parklarda, həyətin küncündə, balkonlarda ödəyiblər. Bu səbəbdən də, sarayların girişindən ta bal zallarına qədər hər yer “ətir” iztirabı verirmiş. Bəzənsə saraydan kənara çıxmağa tənbəllik edən əyanlar güvəclərdən (qorşok) istifadə ediblər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isə adi qablardan istifadə edirmiş. Sadəcə, güvəcləri sonra harasa boşaltmaq lazım gəlib.
Fransız tədqiqatçıların yazdığına görə, şəhərlərdə elə bir çala yox idi ki, ora güvəclər boşaldılmasın. Çirkabın iyindən adamlar başlarını pəncərədən çölə çıxara bilmirdilər. Hətta Parisdə belə bir fərman çıxmışdı ki, adamların özlərini qorumaları üçün çirkabı atmamışdan əvvəl uç dəfə bərkdən “Diqqət, tökürəm” deyə bağırmaq lazımdır.
Sən demə, ilk su ilə yuyulma sistemi olan tualetin layihəsini dahi Leonardo da Vinçi kral I Fransua üçün təklif eləyib. Lakin dahinin əksər ixtiraları kimi bu tualet layihəsi də kağız üzərində qalıb. Yeri gəlmişkən, sonralar kralın qəbullarında güvəci dəbə salan ilk adam da məhz I Fransua olub.
Avropada 1596-cı ildə Con Harrinqton su ilə yuyulan ayaqyolu layihəsini İngiltərə kraliçası Elizabet üçün hazırlayıb. Lakin Elizabet onu qiymətləndirməyib və Harrinqtonun ixtirası hardasa 20 il unudulub. Yalnız 1738-ci ildə Brondelin cəhdləri nəticəsində tualetin yuyulan variantı meydana gəlib. Fərziyyələrdən birinə görə, həmin vaxtdan etibarən ilk dəfə olaraq Fransada tualetsiz ev tikməyə icazə verməməyə başlayıblar. Onda ilk ictimai tualet tikilib və qadınlarla kişilərin tualeti ayrılıb. Baxmayaraq ki, faktlar bunun əksini isbat edir...
XVIII əsrin ortalarında mühəndislərin su ilə yuyulan ayaqyolu ilə bağlı ideyaları yaranıb. Nəhayət, 19-cu əsrdə kiçik Britaniya kəndindən olan çilingər Tomas Krepper kanalizasiyaya çıxışı olan və pis qoxunu rədd etmək üçün suyun axıdıla biləcəyi müasir formalı unitazı və U-şəkilli kanalizasiya borusunu ixtira edib. İlk unitaz farfordan hazırlanıb və vaza şəklində olub. Krepper öz şirkətini yaradaraq Bukingem və Vindzor saraylarında bu santexnika aparatlarını quraşdırıb.
XX əsrin əvvəllərində İspaniya şirkəti olan “Unitas” (bu sözün ilk hərfi U-şəkilli boruya işarə idi) oturacağı və su bakı olan tualetin istehsalına başlayıb. Həmin firmanın sayəsində “unitaz” sözü məişətə daxil olub.
Bakıda yaşayanlar və bura qonaq gələnlər, yəqin, özlərindən soruşurlar ki, niyə sovet dövründə tikilən binaların böyük əksəriyyətində mətbəxlə tualet yanaşıdır? Bunun səbəbini heç bir konstruktor, heç bir inşaat mühəndisi izah edə bilməz. Çünki bu binalar fransızların Raymond Kamyu firmasının layihəsi əsasında tikilmişdi.
Bəs fransız konstruktorlar niyə düşünmüşdü ki, tualet mətbəxə bitişik olmalıdır?
Bunun kökündə çox dərin bir səbəb durur. İntibah dövrünə aid bir sıra saray banketləri rəsmlərində və karikaturalarda saray əyanları oturduqları stulun qabağında yemək, altında isə güvəclə təsvir olunub.
Fransanın rəsmi administrativ mərkəzinin 1666-ci ildən yerləşdiyi Versal sarayından Yelisey sarayına köçürülməsinin də qəribə bir tarixçəsi var. 1682-ci ildən etibarən 6 min saray əyanının evinə çevrilmiş Versal sarayı siyasi mərkəz olub. Versalın salınması üçün Lüdovik 800 hektar bataqlığı qurudub. 101 hektarlıq bağın salınması üçün bir meşənin ağacı bura köçürülüb. Burada qazon, çiçək ləkləri, göllər, hovuzlar, fontanlardan və heykəllərdən ibarət xiyaban salınıb. XIV Lüdovik Parisin siyasi intriqalarından uzaq durmaq və aristokratları göz önündə saxlamaq məqsədilə onları monarxın mütləq hakimiyyətini ifadə edən bu nəhəng ölçülərə malik sarayda yerləşdirmişdi. 30 min işçinin tikdiyi, o zaman 10.500 ton gümüşün dəyərindəki 25 milyon livrə başa gələn (ekspertlərin hesablamalarına görə, müasir pula çevirəndə bu 259,56 milyard avro dəyərindədir) Versalı 1789-cu ildə məhz üfunət iyinə görə Yeliseyə dəyişdilər. Şahidlər deyirmişlər ki, Versal şəhərciyində gəzintiyə çıxan zənginlər daim özləri ilə çətir götürürdülər. Elə anlaşılmasın ki, onlar günəşdə yanmaqdan, yaxud da yağışda islanmaqdan qorxurdular. Onlar məhz Versal sarayının balkonlarından atılan güvəclərin üst-başlarını bulamasından ehtiyat edirdilər.
Tualet tikmək nə 1661-ci ildə XIV Lüdovikin əmrinə əsasən Versal sarayını inşa edən görkəmli arxitektorlar Lui Levo və Jül Arduen-Monsarın, nə də Versal parkının qurucusu Andre Leno Trunun ağlına belə gəlməmişdi. Baxmayaraq ki, 18-ci əsrdən etibarən Versalda bütün dünya tarixi üçün önəmli olan çoxsaylı beynəlxalq müqavilələr, sülh sazişləri imzalanmışdı.
Arxeoloqların araşdırmaları zamanı ilk çətir təsvirlərinin 3000 il əvvələ aid olduğu aşkarlanıb. Çətirdən ilk istifadə edən insanlar Çin əyanları olub. Hətta belə bir əfsanə də var ki, ilk çətiri düzəldən dülgər onu sevimli qadını üçün düşünüb ki, həm onu Günəşin yandırıcı şəfəqlərindən qorusun, həm də qadını çətirə baxanda həmişə ərini xatırlasın. Çində çətir həmçinin, nəciblik, şan-şöhrət, zənginlik əlaməti hesab olunub.
Sonralar Şərq çətiri Qədim Yunanıstana, ordan da Romaya keçərək qadınların qarderobuna daxil olub. Qərbi Avropada çətirlər XVII əsrdə peyda olub. İlk olaraq fransızlar ondan aksessuar kimi istifadə ediblər. Dizayner tərəfindən hazırlanan ilk çətirlə gəzməyi kraliça Mariya-Antuanetta çox xoşlayırmış. Amma qəribə olan o idi ki, çətirin Versal həyətində vacibliyini anlayan Mariya-Antuanettanın özünün qızıl güvəci varmış və xidmətçiləri bu güvəc dolduqda, onun içindəkini balkondan aşağı endərirmiş. Fəqət kraliçanın ağlına belə gəlmirmiş ki, çətirlə qorunmaq əvəzinə güvəcləri yığışdırmaq və təbii ehtiyacları ödəmək üçün xüsusi yer hazırlatmaq olar.
O da maraqlıdır ki, ilk yelpiyi də çinlilər ixtira ediblər. Lakin o da fransız zadəganları arasında vacib aksessuar kimi məşhur olub. Versal tarixçiləri qeyd ediblər ki, sarayın giriş qapısından bal zalına keçənə qədər aristokrat xanımlar yelpiklərini fasiləsiz olaraq yelləyirdilər. Bu isə heç də istini qovmaq üçün deyil, üfunət iyindən xilas olmaq üçün idi. Fransız qadınların yelpiklərindən ətir iyinin gəlməsi də bunu isbat edən başlıca sübutlardan biridir.
Ülkər İsmayılqızı
P.S. Oxucular fransızların müasir tualetə məhz 19-cu əsrdə qovuşduğunu duyub sevincək olmasınlar. Bəzən azərbaycanlılar müsəlman Şərqinin üstünlüklərindən bəhs edərkən 19-cu əsrə qədər Avropada hamam və tualet mədəniyyətinin olmamasından ağız dolusu danışırlar. Lakin unudurlar ki, Azərbaycanın əksər kəndlərində ötən əsrin 50-ci illərinə qədər hamam və tualet olmayıb. Hətta hamam və tualeti olmayan evlərə indi də rast gəlmək mümkündür. Bölgələri bir kənara qoyun, Bakının qəsəbə və kəndlərinin çoxunda bu gün heç kanalizasiya sistemi yoxdur. Tarixi hardasa 5 min il əvvələ gedib çıxan tualetin bəzi adamlara bu günə qədər gəlib çatmamasına nə ad qoyursunuz, qoyun. Axı doğrudan da tualet insanların mədəni və gigiyenik həyatlarının bir parçasıdır...

2684 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024