Dövlət “Qan yaddaşı”nı sifariş verib

Dövlət “Qan yaddaşı”nı sifariş verib
22 iyul 2011
# 10:42
Kinoaktyor, ssenarist, rejissor Əbdül Mahmudbəyov yeni ssenari üzərində işləyir.

Müəllifin Kulis.az-a dediyinə görə ssenaridə tarix boyu ermənilərin türklərin başına gətirdiyi müsibətlərdən-soyqırımdan bəhs edilir: “Bu soyqırım məsələsini ilk dəfə 1989-cu ildə rəhmətlik Heydər Əliyev dilə gətirdi ki, ermənilərin bizə qarşı törətdikləri əslində soyqırım siyasətidir. İndiyə qədər də hamı deyir ki, bu siyasət 1-ci Pyotrdan üzü bəri Rusiya imperiyasının apardığı məqsədyönlü siyasətdir, amma heç kim bilməyib ki, I Pyotr bu barədə rəsmi dövlət sənədi imzalayıb. Deyib ki, bizim imperiya siyasətimizin qarşısını yalnız türk milləti ala bilər, ona görə də bunları birləşməyə imkan verməməliyik. Bunun üçün ən yaxşı vasitə isə ermənilərin müsəlmanlar yaşayan yerlərdə yerləşdirilməsini bildirib. Onların satqınlığı bizim xeyrimizə işləyəcək deyib. Əlimdə üç tomluq “Kafkazda erməni məsələsi adlı” bir elmi əsər var. Burda hamısı faktlarla, sənədlərlə öz əksinin tapıb. Tomluğu Londonda “Avropa Azərbaycan Cəmiyyəti” çap etdirib. Ssenarini həmin elmi, tarixi araşdırma əsasında hazırlayıram. Artıq hazır olmaq üzrədir.”

Ssenarinin şərti adı “Qan yaddaşı”dır. Film həm bədii, həm də etnoqrafik xarakterli olacaq. Onu da deyək ki, bu filmin dövlət sifarişi ilə çəkiləcəyi bildirilir.

Ramilə QURBANLI

# 2011 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər