Jiqalo – kişi fahişələri - ARAŞDIRMA

Jiqalo – kişi fahişələri - ARAŞDIRMA
9 iyul 2011
# 06:00
Jiqolo – onu bəzən “alfons”la eyniləşdirirlər. Lakin bu doğru deyil. Alfonsla jiqolonun arasında professional uçurum var. Əslində hər ikisi “kişi fahişəliyi”nin bir növüdür. Və nə qədər maraqlı olsa da, kişi fahişəliyi ən az araşdırılan mövzulardan biridir. İstər internetdə, istərsə də kitablarda bu sahə haqqında çox az məlumat var. Bütün bunları nəzərə alıb “Jiqolo” haqqında dərin araşdırma aparmaq qərarına gəldik. Təxminən 50-ə yaxın saytdan yığdığımız məlumatlar nəticəsində aşağıdakı yazı meydana çıxdı.


Jiqolo nədir?


Jiqolo xüsusi peşə sahiblərinə verilən adla yanaşı, həm də bir peşənin adıdır. Bu peşə qadınları və homoseksualları istədikləri zaman istədikləri şəkildə tərəf müqabili ilə təmin edən sahənin ümumi adıdır. Yaranması ilə bağlı dəqiq tarixi yoxdur. Ehtimal olunur ki, jiqololuq fahişəlik qədər qədim olmasa da, amma kökü qədimlərə qədər uzanır. Qədim Yunanıstanda və Romada “kişi fahişəxanaları”na rast gəlinir.

Orta əsr İslam dünyasında “kişi fahişəliyi” geylik və anormal seksual aktlar kimi qadağan olunsa da, qulların arasından seçilən “jiqolo” təcrübəsi yaşanıb.

Yaponiyada Edo dövründə bu tip xidmət göstərən kişilər olub və onlara “kagema” deyilib. Onların müştəriləri arasında qadınlar çox az idi, müştəriləri yaşlı kişilər idi.

Orta Asiya və Əfqanıstanda bu işi “bacchá”lar, Hindistan və Pakistanda isə “xidjra”lar bu işi yerinə yetiridilər.

ABŞ-da “kişi fahişəliyi” 17-ci əsrdən etibarən var.


Jiqolo necə pul qazanır?


Jiqoloların iş prinsipləri mühitə və yaşadığı şəhərə görə dəyişə bilər. Böyük şəhərlərdə onlar jiqolo məkanlarında çalışırlar. Bu sektor böyük şəhərlərdə və böyük əyləncə məkanlarında çox yayılıb. Jiqololuq bir nəfər üçün yaşam tərzidirsə, təbii ki, professional kimi gecə məkanlarında olmalı və tərəf müqabilləri tapmalıdır. Balaca şəhərlərin jiqoloları saytlar sayəsində ünsiyyət qurub, təqdimatlarını yayımlaya bilərlər.

Bilirsiniz ki, indiki vaxtda bir çox partnyor axtaran adam jiqololarla birlikdə olmaq üçün bəzi fədakarlıqlarda olmaqdan çəkinmirlər. “Jiqolo” deyincə ağla gözəl bədən quruluşlu, yaraşıqlı partnyor gəlsə də, bəzi müştərilər tüklü, qarınlı jiqololar da sifariş verirlər. Yaxşı qazanan bir jiqolo olmaq üçün bu işin qızıl qaydalarını unutmamaq lazımdır. Qızıl qaydalardan bəziləri bunlardır:

- təmiz və baxımlı jiqolo olmaq,
- gözəl bədənə sahib olmaq və onu qorumaq,
- daim mədəni və gözəl geyinmək.

Ancaq belə bir jiqolonun hər zaman müştərisi olar və rahat bir iş həyatına sahib olar.
Hər adam jiqolo ola bilməz, jiqolo ola bilmək üçün xüsusi bədən quruluşuna və yüksək seksual performansa sahib olmaq lazımdır.

Qərb ölkələrində inkişaf etmiş və təşkilatlanmış jiqolo sektoru var.

Xüsusilə baxımlı kişilərin arzu edildiyi jiqololuq sektorunda atletik vücuda sahib olan və cinsi performansı yüksək olan gənclərin yer alması, bu xidmətdən istifadə etmək fikrinə düşənləri daha da coşdurur.

Əslində jiqololuq həm də “kişi fahişəliyidir”. Sözün hərfi mənası bir yana, işin əsil mahiyyəti kişilərin qazanc qarşılığında bədənlərini təklif etməsidir. Təbii ki, sahib olduğumuz dəyərlər səbəbindən bizlər buna heç bir halda “pul qazanmaq ayıb deyil” prinsipi ilə yanaşa bilmərik. İşin bir başqa tərəfi isə, pulsuzluğun baş alıb getdiyi dönəmdə jiqololuğun asan qazanc mənbəyi kimi cəlbedici görünməsidir. Yəni bütün parametrləri ilə asan görünən bu iş, əslində çox çətin və bir o qədər də təhlükəlidir.


Jiqolo olmaq çətin imiş…


Yazının bu yerində qeyd edim ki, Azərbaycanda bu fəaliyyət növü sistemli və təşkilatlanmış şəkildə demək olar ki yoxdur. Amma bəzən gənclərimiz özləri bilmədən bu “vəzifəni” yerinə yetirirlər. Yəqin, hər birimiz “varlı bir qadın tapıb, onunla yaşayır, pulu da olur” sözlərinə rast gəlmişik. Təbii ki, mənfəət güdərək “sevgili”yə çevrilmək bütün hallarda pozğunluqdur.

İş konkret jiqololuğa gələndə isə məsələ daha da qəlizləşir. Birincisi ona görə ki, jiqolo seçən deyil, seçiləndir. Yəni istədiyi qadınla olmaq və ya olmamaq kimi şansı yoxdur. Bütün tipdən və yaşdan olan qadınlara, həmçinin homolara ən yüksək şəkildə “xidmət” göstərməyə borcludur. Dünyanın harasında yaşamasından asılı olmayaraq normal bir kişi üçün bu ən böyük problemdir.

İkincisi, jiqolo xidmətinə müraciət edən qadının çox az halda normal olduğu müşahidə olunub. Məntiqlə də, normal və xoş qadın niyə pul verərək özünə sevgili tapmalıdır ki?! Təbii ki, xüsusi istisnalar mümkündür. Kübar cəmiyyətdən olan qadınlar əlaqələrinin gizli qalmalarını istəsələr və yataqda professional qulluğa üstünlük versələr, jiqolo sifariş edərlər.

Araşdırmalara görə, jiqolo xidmətinin qadağan olunduğu ölkələrdə bu xidməti gizlin göstərənlərə müraciət edənlərin böyük əksəriyyəti cinsi xəstəlikdən və ruhi pozğunluqdan əziyyət çəkənlərdir. Bundan sonar məsələnin nə qədər təhlükəli olduğunu yazmağa ehtiyac yoxdur. Bu xidmətin qanunlarla qadağan olunmadığı ölkələrdə də eyni problem yaşanır. Çünki müştəri xidməti 24 saat ərzində tələb edir ki, bu müddətdə onun sağlam olub-olmadığını araşdırmaq mümkün deyil. Əvvəlcədən alınan “sağlamlıq haqda sənəd”lər isə o qədər də inandırıcı olmur.

Məhz bu səbəbdən də jiqololuğun vətəni sayılan Avropada bu sektorun fəaliyyətinə ciddi nəzarət var. Jiqololar daimi olaraq həkim müayinəsindən keçirlər. Bu isə o deməkdir ki, o, bütün hallarda qurban kimi qəbul olunub, indi məqsəd onun özünün xəstəlik yayıcı olmasının qarşısını almaqdır. Bu yerdə xatırladaq ki, jiqolo yalnız “sevgilisi”nin istəyinə görə qoruyucudan istifadə edə bilər.


Rentboy və yaxud eskort


Rentboy və yaxud da eskort jiqolonun müasir formasıdır. Onlar hər pul verən qadınla deyil, yalnız zəngin işadamları ilə əlaqəyə girən jiqolo sinifidir.

Jiqalonun inişaf etmiş tipi olan eskortlar yaraşıqlı, sağlam, gözəl geyimli, gözə xoş və rəftarı ilə seçilirlər.

Əlaqələrinin ümumiyyətlə gizli qalması, qadının şəxsi həyatına müdaxiləni sıfıra endirir. Münasibətləri heç bir zaman sevgiyə dönməz. Eskortlar da “kirayə kişi” sinfinə aid olduğundan onların müştəri ilə əlaqələrinin forması və müddəti müəyyən deyil; bunlar müştərinin istəyindən asılıdır. Jiqalo escort kimi müştərisi ilə tədbirə də qatıla bilər, bir dağ evində dost yığıncağına da. Ya da əlində qırmancı olan seks dəlisi ilə də qarşılaşa bilər.

Eskorta üz tutan qadınların yaşı adətən orta yaş həddindən çox olur. Onları həm də varlı və baxımlı qadınlar seçirlər.

Jiqolo xidmətinin rəsmən icazəli olan ölkələrdə escort qiymətləri 1000 ABŞ dollarından başlayır.

Bəzi ölkələrdə kübar cəmiyyətindən çox, xaricindən gələn turistləri aeroportda qarşılayıb, tətili boyunca eskortluq edənlər jiqololar da olur. Onların qiymətləri olduqca yüksək olmaqla bərabər, mədəni səviyyələri də yüksek olur.

Eskortluq düşünüldüyü kimi asan bir iş deyil. Bir qadınla evdə baş-başa qalmaq bəlkə də asan görünə bilər, ancaq toplumun içinə həmin qadınla qatılanda çətinlik tam olaraq özünü göstərir.

Jiqolo müəyyən ödəniş qarşılığında qadınlarla, geylərlə və ya müxtəlif kütləvi qruplarla əlaqə quran insanlara deyilir. Bu münasibətlərdə cinsi akt zəruri deyil, lakin çox insan pulunu ödədikdən sonra “niyə bundan yataqda da faydalanmayım” deyir.

Jiqololar özlərini “kişi fahişəsi” hesab etmirlər. Onlara görə bu fikirdən istifadə edənlər onları kiçik görmək istəyənlərdir. Jiqololar iddia edirlər ki, bədbəxt insanları xöşbəxt etməkdən daha gözəl heç nə ola bilməz.


Jiqolo xidmətləri aşağıdakılardır:

- eskortluq xidməti
- professional masaj xidməti
- cangüdən
- qaravul
- tətil yoldaşı
- kavaler xidməti
- professional striptiz şou
- saatlıq və ya gecəlik jiqolo xidməti
- tək və ya toplu seks xidməti


Jiqololar ümumiyyətlə qadınlara və homoseksuallara fantaziyalarını reallaşdırmaq üçün bütün növ xidmətləri göstərirlər. Jiqolo xidmətləri təkcə cinsi tələbatın təmin edilməsi deyil, əlamətdar günlərdə və ya yığıncaqlarda müştərilərinin xəyal sərhədləri çərçivəsində qalmayıb onların fantaziyalarını inkişaf etdirməklə də xidmətlərini qat-qat artırırlar. Onlar həmçinin müştərilərinə fantziyalarını gerçəkləşdirmələri üçün uyğun məkanlar da təmin edirlər. Lüks otellər, meşələr, dəniz sahilləri, adalar, damlar, duşlar və xüsusi məkanlarda xüsusi xidmətlər...


Vüqar QURDANLI
# 5274 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #