Fon Trier: “Dostoyevskini oxumadan “İdiot“u çəkdim“ - MÜSAHİBƏ
30 iyun 2011
17:00
Bu günlərdə Moskvada Lars fon Trierin “Melanxoliya” filminin premyerası olub. Rejissorun “Park kultura”da nəşr olunmuş müsahibəsini kiçik ixtisarla təqdim edirik.
– Persona non qrata olmaq necə hissdir?
– Əslində, nə zamansa persona non qrata ola biləcəyimi arzulamağa belə cəsarətim çatmırdı. Təbii ki, mən bu statusumla qürur duyuram. Hərçənd buna səbəb olan vəziyyətlə əsla fəxr etmirəm. Bəzən mən təbii fəlakətə çevrilirəm, nə danışdığıma və nə edəcəyimə nəzarəti itirirəm... Bəzən bu yaxşıdır, başqa hallarda isə problemin sonu görünmür. Məsələn, indiki kimi.
– Siz illərlə təsdiq edirdiniz ki, kommunistsiniz, buna hamı çox və ya az dərəcədə zarafat kimi baxırdı. Amma özünüzü nasist adlandıran kimi hamı dərhal inandı.
- Mən özüm də çaşıb qalmışam. Sizcə, bu nə deməkdir?
– Doğrudanmı bu onu göstərir ki, nasistlər indi kommunistlərdən daha populyardır?
– Deyəsən, belədir (gülür). Öz aramızda qalsın, kommunistlər də neçə adam güllələyib və güman edirəm ki, siz məsələnin həqiqi vəziyyətini təxmin edirsiniz: mən kommunistəm, amma 100% yox. Demək, burda təhlükəli əraziyə giririk. Ağzımı qapalı saxlamalı olduğum zaman susmağa ağlım çatmadı. Mətbuat konfransları mənim üçün deyil. Sizinlə burda söhbət edirik və mən nəsə yersiz söz desəm, dərhal üzünüzün ifadəsindən və ya səs tonunuzdan anlayacağam ki, xətrinizə dəymişəmmi və siz zarafatı başa düşmüsüzmü? Məsələn, belə sarsaqlaya bilərəm: “Hitlerə hörmət edirəm”, siz isə təbii ki, soruşacaqsınız: “Hansı mənada?” Və mən hansısa düşünülmüş izah verəcəyəm. Mətbuat konfranslarında isə bu mümkün deyil. Nə desən, mütləq hansısa yozumlar olacaq. Sizə qəti şəkildə və vicdanla deyirəm: özümü nasist saymıram. Xahiş edirəm bunu yazın.
- Bu sözlər “Melanxoliya” filminin festivalda yaxşı qəbul olunmasına instinktiv reaksiya idimi? Hamı razıdır, hamı tərifləyir və birdən siz nə isə pis bir şey demək istəyirsiniz?
- Əgər hətta belədirsə, bu şüuraltı səviyyədədir. Mən çoxlu jurnalist görəndə özümü narahat hiss edirəm. Necəsə onları əyləndirmək istəyirəm. Birtəhər... və mən bu istəyi yerinə yetirirəm. Təbii ki, mənim tərəfimdən bu qeyri-peşəkarlıqdır.
– Qalmaqal yaranan kimi, hər kəs sizin barmaqlarınızda tatu etdirdiyiniz “fuck” işarəsinə diqqət yetirdi. Doğrudanmi siz bunu xüsusi olaraq Kann üçün etmişdiniz?
– Yox, nə danışırsınız. Bunu yarım il əvvəl etmişəm. Yəqin ki, bu tatu orta yaş böhranını adlamaq üçün vasitədir. Mən “Qaçqın hindi” filmini izlədim, orda Viqqo Mortensenin personajının belə tatusu var. Son dərəcə xoşuma gəldi, mən də belə etməyə qərar verdim, arvadımla da məsləhətləşdim, o, etiraz etmədi. Düzü, tatunun mənasını heç anlamıram, amma çox xoşuma gəlir. Təsəvvür edirəm ki, tabutda necə uzanmışam, əlimdə isə ”fuck” yazılıb.
- Tabut, təsadüfən büllurdan deyil?
- Niyə də yox. Lenindəki kimi. Ya da özümü qocalar evində təsəvvür edirəm. Tibb bacısı əlində dərmanlarla sənə yaxınlaşır, sən isə artıq danışa bilmirsən... ona yumruq göstərirsən, yumruqda isə “fuck” yazılıb!
- Sizin alman köklərinizə qayıdaq.
- Çoxdan vaxt yetişib.
– “Melanxoliya” Rixard Vaqnerin musiqisi ilə qidalanıb. Məlumdur ki, siz onun çoxdankı pərəstişkarısız. Onun musiqisi “Epidemiya”da da səslənib. Siz ilk dəfə nə zaman onun musiqisinə yoluxmusunuz?
- Nədən başlayacağımı bilmirəm. Vaqnerin uvertüraları məni həmişə ovsunlayıb. Operaları dinləmək çətindir, xüsusən də Vaqnerin. Vaqnerin operaları öz dövründə inqilab idi və bü günə kimi də inqilab olaraq qalır. Tənqdiçilər onun musiqisini kəskin tənqidi resenziyalarla qarşılamışdı və bu məndə onun musiqisinə rəğbət oyatmışdı. Əlbəttə, Vaqnerin özü o qədər də yaxşı oğlan olmayıb. Onun məktublarını diqqətlə oxumuşam, onu əsasən yəhudilər maliyyələşdirib, o isə yəhudilərə dəhşətli təhqirlərlə cavab verib. Alçaq antisemit, opportunist idi, pulu hesabına yaşadığı adamlara nifrət edirdi. Eyni zamanda dahi idi. Bildiyiniz kimi həyatımın iki ilini həsr etdiyim “Der Ring des Nibelungen” (Vaqnerin əsəri) projem alınmadı: mən çox ambisyalı idim, ideyam gerçəkləşmədi. Mən həddən artıq nəhəng məsələləri həll etməyə ümid edirdim: arzum köhnə dəbli quruluş idi - istəyirdim publika inansın ki, səhnədəki səfeh dekorasiya yox, əsl əjdəhadır! “Nimfomanka” porjesini isə reallaşdırmaqda qərarlıyam. Var gücümlə hazırlaşıram.
– Məhz necə?
- Dostoyevskini oxuyuram. Əvvəl onu yaxşı tanımırdım. Əyləncəli əsərdir. Hətta mən ondan gözləmirdim.
– Ən çox hansı əsər xoşunuza gəldi?
– “İdiot”.
– Məntiqidir, siz axı “İdiotlar” filminin müəllifisiz.
– Amma mən bu filmi çəkəndə Dostoyevskini yaxşı tanımırdım.
- “Melanxoliya”dakı qəhrəmanın adı Cülyuettadır. Bu ad Markiz de Sadın əsərini xatırladır. Sizin nə zamansa Sadın əsərindən olan qəhrəmanlar – Cülyetta və Cüstin adlı iki bacı ilə bağlı ideyanız vardı. “Nimfomanka”da qəhrəman kim olacaq, Cülyrtta, yoxsa Cüstin?
– “Nimfomanka” bir qadının doğulandan 50 yaşına qədər erotik həyatının araşdırması olacaq. Bu müddətdə o tədricən Cüstindən Cülyettaya çevriləcək. Film çox uzun olacaq.
- Filmin süjeti Tuve Yansonun “Muminroll və kometa” əsərinə çox bənzəyir.
– Nə deyəcəyimi bilmirəm. Ola bilər. Ola bilsin bu kitabı oxumuşam, uşaqlıqda mumintrollara pərəstiş edirdim! Amma heş nə xatırlamıram. Lənət şeytana, yeni heç nə yoxdur. Qolf meydançasını Antonionidən, başqa səhnəni “Maral ovçusu” filmindən...
- Demək olar ki, son filmlərinizdə özünüzü analiz edirsiniz.
- Bunu demək çətindir. “Nimfomanka”nın ssenarisini “Supermen” filminin sseanrisini yazacağım kimi yazıram. Çox gənc olanda özümü həddən artıq çirkin hesab edirdim. Qadınlarla münasibət son dərəcə çətin və fantastik görünürüdü. Mən hətta onları arzulamağı belə cəsarət etmirdim. Mənim yaraşıqlı, 17-18 yaşlı qız rəfiqələrim vardı və artıq onda hiss edirdim ki, onlar təbiətin onlara verdiyi hakimiyyətdə üzürlər. Əgər sənin 17 yaşın varsa və kiminlə yatdığın vecinə deyilsə, onda dünya üzərində hakimiyyətin nəhəngdir.
– “Melanxoliya”ni çəkərkən qiyamət günündə son gününüzü necə keçirməyi düşündünüzmü?
– (Uzun pauza) Mən Tarkovskiyə baxardım. Dahiyanə əsərləri olsa da, Vaqneri dinləməzdim. Amma Tarkovski mənim üçün müqəddəs ruhun təcəssümüdür.
– Sizin Martin Skorseze ilə birgə film çəkək ideyanız qüvvədə qalır?
– Biz Martinlə bu işə ciddi yanaşırıq, amma əminəm ki, zövqsüz zarafatımdan sonra proje hələ də qüvvəsində qalır. Bir tərəfdən də Martinin həyatında müxtəlif mərhələlər olub, ona görə onun sağlam düşüncəsinə ümid edək.
– İki il əvvəl demişdiz ki, siz dünyada ən yaxşı rejissorsuz. O vaxtdan fikriniz dəyişməyib?
–Mən hamıdan yaxşıyam, amma “Melanxoliya” da yox. Onu çəkəndə mən həddən artıq əylənmişəm, ona görə də şedevr alınmadı.
– Yəni şedevr yaradıcısına iztirab gətirməlidir?
– Şedevr mürəkkəb olmalıdır. “Melanxoliya” isə “kinder ”oyuncağı kimidir: bəzən onu quraşdırmaq asan deyil, amma son nəticədə bütün detallar yerini tutur.
– Amma məntiqlə özünü pis rejissor hesab etmək daha faydalıdır. Ən azı nəyəsə nail olmaq istəyirsən.
– Siz hər şeydə haqlısız. Hamı haqlıdır, mən isə yox..... hansısa həddə qədər. Amma özümü həmişə onunla sakitləşdirirəm ki, peşəkar olmadığım sahələrdə uğura cəhd edirəm. “Melnxoliya”daki günahım o idi ki, ustaca bildiyim işdən yapışdım.
- Siz günahdan danışırsınız, amma filmdə mahiyyətcə ateizmi davam etdirisiniz.
– Pravoslav və katolik kilsə sahəsində araşdırmalara baxmayaraq, mən öz fikrimdə dayanıram. Hərçənd, məndə güclü təssürat yaradan az informasya da almamışam. Belə anladım ki, katolisizmin bütün estetikası sevgi iztirabına əsaslanıb, amma şübhə etmirəm ki, pravoslavlıqda da buna bənzər bir şeylər var…
– Şübhə etməyin.
– Siz mənim əndişələrimi təsdiqlədiniz. Din – sayıqlamadır. Mən dinlər haqda kifayət qədər yaxşı bilmirəm. Amma heç cürə bu fikirdən uzaqlaşa bilmirəm ki, dinləri Tanrılar yox, insanlar yaradıb.
Hazırladı: Sevda Sultanova

1018 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024