Gah özümü söyürəm, gah da... - Səlim Babullaoğlunun yeni şeiri

Səlim Babullaoğlu, şair

Səlim Babullaoğlu, şair

11 oktyabr 2023
# 18:15

Kulis.az Səlim Babullaoğlunun yeni şeirini təqdim edir.

Bilirəm, darlxırsan,
Mən də ki sənin kimi.
Gah özümü söyürəm,
Gah da neynim, iqlimi.


Ömür dediyin ki var
Bir yatımlıq yuxuymuş.
Olanlar elə olur,
Sanki heç vaxt yoxuymuş.


Yenə öz ayaq səsim
Ötürür məni evə.
Sən aç qapını yenə
Üzümə sevə-sevə...

# 2408 dəfə oxunub

Müəllifin son yazıları

# # #