Kitabdan başqa heç nəyi olmayanlar

Kitabdan başqa heç nəyi olmayanlar
27 may 2015
# 14:17

Son pullarını üst-üstə qoyub, sevdikləri kitab mağazasından sevdikləri kitabı aldılar. Sonra sevdikləri kitab satıcısının qaytardığı xırda pullarla “smit” aldılar tindən. Sahildəki tənha ağacın altındakı skamyada üzü dənizə oturub “smit”lərini yedilər. “Smit”in qırıntıları dizləri üstünə qoyduqları kitabın üz qabığına töküldü. Onları yığıb qağayılara atdılar. Başqa heç nəyləri yoxuydu qağayılara atmağa.

Künəfə yeməyə gedə bilmədilər. Evdən çıxanda pulları çatırdı. İkisinə bir künəfə yeyəcəkdilər. Qaymaqsız. Tanış lokantaçı çayı da havayı verəcəkdi.

Amma kitabı seçdilər. Kitabın “zdaç”ıyla doydular.

Və şad-xürrəm qayıtdılar evlərinə. Baş-başa verib aldıqları kitabı oxumağa.

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

# # #