Kulis.az şairə Səhər Əhmədin yeni şeirini təqdim edir.
***
Yorğun bazar günü,
Sabah nazlı-nazlı oyanar,
Mətbəxdə təzə payız qoxusu,
Səhər yeməyində yağışlar.
***
Odladım xatirələri
Ürəyimin atəşində.
İndi rahat və xoşbəxtəm,
Bircə qoxuları xatırlayıram
Mövsümlər dəyişəndə.
***
Gözəl, yağışlı bir gün,
Acı-acı düşündüm.
Yağışlardan doymayıb,
Dünyadan köçənləri.
***
Gecənin qoynunda
Yağış səsitək
Ən köhnə nəğmədi-həyat,
ən gerçək.
***
Sonbahar sərgisinin
Xəzəllər rəsminin önündə.
Utanır küknar ağacı,
Öz nimdaş geyimindən.
***
Hələ pəncərəmdə yağış,
qapımda külək.
Axır sevdim səni,
Eh gidi fələk.