Qadından çox qadın...

Qadından çox qadın...
6 aprel 2011
# 10:32

“Ben köküne kadar kadınım ve ben kendi kendimi yaptım...”

40-dan çox bəstəyə imzasını atan Deniz Seki deyir bu sözləri.
Məxməri səsli, bəstəboylu, füsunkar Seki. Yaşadığı ömür boyunca çəkdiyi acıları bəstələrinə və mahnılarına hopdurdu. Dəlicəsinə sevdi, həm də yaşının ən gözəl çağında.. Qadınlıq çağında...

Dedi-qodular, qalmaqallar yaşadı, adına yuva yıxan qadın damğasını vurdular. Amma o israrla bu tənələri rədd etdi. “Yıkılıcak yuva yıkılacakdı zaten” deyib məhəbbətinə qaldığı yerdən davam etdi. Daha sonralar adı narkotikaya qarışdı.

Qarışacaqdı da zatən. İçindəki coşqulu, ehtiraslı qadını tapa bilməsi, bütünləşdirməsi üçün çox sınaqlardan keçməyə boyun əyəcəkdi. Denizə dərsi həyat özü keçəcəkdi.. O isə bütün bunlardan xəbərsiz, azad, xöşbəxt günlərinin birində yatdığı şirin yuxulardan ayılmağa məcbur oldu...

... Həmişə dəbdəbəli, parıltılı və cazibədər olan Seki bu dəfə qolları qandallı, qızılı saçları pərişan həbs olundu. Sevənlərinə duyduğu dərin hörmətdən olmalıydı ki, biləklərindəki qandalları əllərində tutmuş olduğu plastik su qabıyla gizlətməyi də bacardı. Tam 218 gün məhbus həyatı yaşadı.

Məhbuslarla birgə döşəmələri sildi, qabları yudu və çox kitab oxudu. Göz yaşlarını tənha gecələrinə saxladı. Artıq həyata çəhrayı gözlüklərlə baxdığı günlər çox gerilərdə qalmışdı... Və acımasız müəllimi onun da gözlərinə qəhvəyi qadın eynəyini endirdi. Qazandığı şöhrəti bir gecədə itirdi Seki.

Lakin sevənlərinin sevgisini heç bir zaman itirmədi. Denizi sevənlərdən biri də mən oldum hər zaman. Onu mübarizələrdən yorulmayan, üsyan etməyi isə əsla sevməyən, həyata on əllə sarılmağı bacaran qadın kimi, sənətkar kimi sevdim və ondakı qadınlıq zərifliyinə həmişə heyran oldum...

Azadlığına qovuşduğu gün ən xöşbəxt günlərindən birini yaşadı. Bir müddət özünü dinlə təsəlli etdi. Sonra içindəki melodiyaları çölə axıtdı. Ona gözəl, unudulmaz günlər yaşadan, onlarala mahnılar bəstələdən, lakin məhbus olduğu günlərdə vəfasını ondan əskik edən yarı Hüsnüdən üz çevirməyi də bacardı Seki.

Amma “Sevmeden duramam. Ben hayatı sadece aşk için yaşıyorum” deməyi də unutmadı.

Bu günlərdə Deniz ən son musiqi albomunu pərəstişkarlarının ixtiyarına verdi. Albomdakı 16 mahnıdan 13-ü Deniz Seki bəstəsidi. Onun bütün mahnıları gözəl və duyqularla dolu idi. Suya hapsettim mahnısı dinləyən hər kəs Dənizin və ən əsası dolu-dolu bir qadının bütün həyatını gözləri önünə gətirməyi bacarmalı..

“Qadın gitara kibidir. Ona toxunmağı bildiğin zaman inanılmaz melodiyalar eşidərsən...” Dəniz Seki bu sözləri əlində işıq tutaraq yoluna qaldığı yerdən davam etdi. Amma bu dəfə heç kəsə məhəbbət hissi duymadan, yalnız özünü sevərək başladı bu yola... Öncə özünü, öz içindəki Dənizi sevdi, onu sıfırdan yaratdı və bunu bacardı...

# 4188 dəfə oxunub

Müəllifin son yazıları

# # #