Pandemiya harınlamışlara dərs oldu – Müğənnilər toy sevincini bölüşür

Pandemiya harınlamışlara dərs oldu – Müğənnilər toy sevincini bölüşür
22 iyun 2021
# 14:10

İyulun 1-dən toy şənliklərinin keçirilməsinə icazə veriləcək. Bu xəbər çoxlarını sevindirib. İlk növbədə də toydan ən çox gəlir götürən müğənniləri. Biz bu müğənnilərdən bir neçəsi ilə əlaqə saxlayıb onların təəssüratını öyrəndik.

Mənsum İbrahimov
Xalq artisti

Mənsum İbrahimov Strasburqda konsert proqramı ilə çıxış edəcək | Report.az

Toyların keçirilməsinə icazə verilməsi ilə bağlı fikirlərim çox gözəl, çox müsbətdir. Ona görə ki, il yarımdır bizim nə qədər gəncimiz nişanlı qalıb, toy gözləyir. Düşünürəm ki, bu icazə xalqımızın, hər birimizin ürəyincə oldu. Dövlətimizin bu qərarını alqışlayıram. Bir sənət adamı kimi mən də sevindim. Toylarımız mütləq olmalıdır. Amma pandemiyanın şərtlərin uyğun olan o qayda-qanunları, məsafəni mütləq hamı gözləməlidir ki, xəstəliklər yenidən artmasın, qadağalar qoyulmasın. Düşünürəm ki, insanlarımız buna riayət etməlidir ki, biz də birdəfəlik normal həyatımız qayıdaq. Bu qədər vaxt ərzində hər kəsin düşünməyə vaxtı oldu. Mənə belə gəlir, bundan sonra bütün məclislərimizin formatı yaxşılığa doğru dəyişəcək.

Xumar Qədimova
Əməkdar artist

Xumar Qədimovaya ağır itki

Əgər söhbət konkret toydan, el məclislərimizdən gedirsə, mən illər öncə, sənətə təzə gələn vaxtlarımda Zəlimxan Yaqubun sözlərin “Bəzənin, qızlar, bəzənin” şeirini məhz bu məclislər üçün bəstələyib, oxumuşam. Bu gözəl nəğməmlə öz ürək sözlərimi demişəm. İnsan olaraq ancaq “mən” prinsipi ilə yaşamadığım üçün insanlara ancaq gözəllik, sevgi, şənlik, məclis, toy-büsat, bir sözlə xoşbəxtlik arzu edirəm. Hamı xoşbəxt, firavan yaşasın!

Səməd Səmədov
Xalq artisti

Səməd Səmədov: "Sən əsl kralsan" - xeberler

- Toy qazancdır. O yerdə ki, qazanc var, o evdə qazan qaynayır. Evdə qazan qaynayırsa, deməli, həyat davam edir, deməli, camaatın imkanı olacaq, pulu olacaq. Həm də bizə vətəni qoruyacaq əsgərlər lazımdır. Toy olmasa, o əsgərlər necə dünyaya gələcək? Toylara icazə verilməsi münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Toylar, nişanlar başlayacaq və həyat davam edəcək.

Toy olmayan müddətdə yoldaşımla bağ evində qalırdıq. Biabırçılıq... Nə qonaq qəbul edə bilirdik, nə qonaq gedə bilirdik. Çünki qonaq qəbul etmək üçün gərək masa nemətlərlə dolu ola. Toysuz da qazanc yox, bir şey yox, necə olsun o nemətlər? Çox çətin idi. Hətta maşınımı da satdım, daha ucuzunu aldım.

Könül Kərimova
Əməkdar artist

Könül Kərimova izləyiciləri təhqir etdi

Allaha çox şükür olsun. Axır ki, bu qadağa aradan götürüldü. Düzdür, indi deyirlər, toylarda çox israfçılıq olurdu. Amma bu, hər kəsin öz şəxsi işidir. Biz insanların arzularına, istəklərinə müdaxilə edib, onları kökündən dəyişə bilmərik. Kimin nəyə gücü çatır, elə də toy edir. Uzun müddət inkişaf etmiş adət-ənənələri birdən necə dəyişmək olar? Ümid edirəm, zaman-zaman bunlar da qaydasına düşəcək. Ən əsası odur ki, toyu bizim xalqımıza yaraşdırdılar. Millətimizin, xalqımızın yenə deyib-gülən, qız-gəlin köçürən, oğul evləndirən günləri gələcək. Arzu edirəm, qurulan ailələrdə, toy çalınan mənzillərdə, ümumiyyətlə, bir-birinə könül verən gənclərin həyatında xoşbəxtlik olsun.

Vaqif Yaquboğlu
Məşhur tamada

No description available.

Dövlətimizə minnətdaram ki, bu qadağanı ləğv etdi. Böyük-böyük marketlərə 300-500 adam eyni anda girə bilirsə, toy zallarına da girmək, müəyyən məsafəni gözləməklə, qaydalara əməl etməklə toy keçirmək olar. Toy bir çox insanın həm də gəlir yeri idi. Taksi sürücülərindən tutmuş, gül dükanlarında, toy zallarında çalışanlara qədər çox adamın qazancı toylardan çıxırdı, adamlar dolanırdı.

Çox arzu edərdim ki, toy ənənəmiz indən belə daha gözəlləşsin, daha mədəniləşsin. Sirr deyil ki, toylarımızda həddən artıq israfçılığa yol verilirdi. Qonşudan geri qalmamaq prinsipi ilə yaşayırdıq. Süfrədə qırx cür salat, içki, yemək olar? Hərəsindən bir qaşıq yesən, mədədə yer qalmır. Gecə saat 11-dən sonra aş yeyib yatmaq olar? Xüsusən, imkanlı adamların toylarında israfçılıq çox olurdu. Bəlkə, bir imkanlı adamın toyu ilə beş-altı kasıbın toyunu yola vermək olardı. Musiqi də ki, çox səs-küylü, insanı narahat edən dərəcədə idi. Ona görə, qonaqların çoxu zalda otura bilmirdi. Daha çox çay içməyə, siqaret çəkməyə çıxırdılar. Toydan sonra o musiqilərin səsi saatlarla adamın başından çıxmırdı. Ümid eləyirəm, pandemiyadan sonrakı toylarda bu nöqsanlar da aradan qalxacaq və toylarımız bizi ikiqat sevindirəcək.

Elza Seyidcahan
Əməkdar artist

Elza Seyidcahan Sarkisyana şeir yazıb: "Qanmırsan sən?!"

- Şükür Allaha! Xoşbəxtlik olsun, mehribanlıq olsun! Toylara icazə verildi. Onsuz da evlənmək istəyənlər öz ailə üzvləri ilə balaca tədbirlər eləyib evlənirdilər. Əsas odur, xoşbəxt olsunlar. Milyardlar xərcləyib atəşfəşanlıqla, dəbdəbə ilə toylar eləyib bir ayın içində boşananlar ailələrinin, valideynlərinin zəhmətinin, əziyyətinin qədrini bilmədi. Bu uzun müddət ərzində toyların olmaması insanlar üçün bir imtahan idi. Allah insanlara başa saldı ki, hər şeyin qədrini bilmək lazımdır. Bu da Allahın bir lütfü idi insanlara.

Toylar olmayan müddətdə şeirlərim mənə kömək oldu, şeirlərimin ruzisi ilə dolandım. Bir çox insanlar, saytlar fərqli təqdim etsə də, şeirlərimdən həm maddi, həm mənəvi yararlananlar oldu. Kitabımda vətənpərvər şeirlərim çox idi. Qələbə uvertüram, şəhid analarına, qızlarına həsr etdiyim şeirlər... Ona görə, sağ olsun, bir çoxları yüksək qiymətləndirdi. Hətta, pandemiya dövründə bəzi insanlar, xüsusən xəstəxanadan evə qayıda bilməyən həkimlər pandemiya stressindən mənim şeirlərimlə, musiqilərimlə çıxdığını deyirdi. Şeirlərim onların ruh yüksəkliyini artırırdı. Onlar özləri kitablarıma görə mənə pul verirdilər. Deyirdilər, siz də toylara gedə bilmirsiniz, bu pullarla yeni musiqilər, mahnılar bəstələyin.

Pandemiya isə bütün israfçılara, harınlamışlara, çaşmışlara, təkəbbürlülərə dərs oldu. Bundan sonra sağlamlıqlarının da qədrini biləcəklər, pullarının da, ailələrinin də. Elə gəlinlər var ki, günorta iki-üç saatlıq kirayə gəlinlik götürüb fotosessiyalar edirdilər, sonra onu qaytarıb toyda sadə paltarla otururdular, amma elələri var idi ki, toy ərzində üç gəlinlik, doqquz brilyant komplekt dəyişirdi, yenə də qədrini bilmirdi. Düşünürəm ki, indən belə hamı hər şeyin qədrini biləcək.

# 4032 dəfə oxunub

Müəllifin son yazıları

# # #