Qaradərili qıza 14 fevral məktubu

Qaradərili qıza 14 fevral məktubu
14 fevral 2013
# 11:57

Bu gün sevgililər günü,

səninçün darıxıram.

Gözümü dikib tavana

sənə, sənə baxıram.

Burda tənhayam, qorxuram,

bilməm sığınım kimə.

Bir kimsə yanıma gəlmir,

hami gəlir üstümə...

Bəlkə orda həyatımdan

sən də çıxaçıxdasan.

Yaxın gəl, bir görüm məndən

nə qədər uzaqdasan.

Amma axı bir yerdəyik,

ağrı sənsən, dözən mən...

Yatağımız çay yatağı –

axan sənsən, üzən mən.

# 2918 dəfə oxunub

Müəllifin son yazıları

# # #